Avropa işi; Azərbaycanlı siyasi mühacirlərə və onların qohumlarına qarşı həyata keçirilən təzyiqlər, mövcud durum və reallıqlar”



Yüklə 196,32 Kb.
səhifə2/4
tarix02.06.2018
ölçüsü196,32 Kb.
#52421
1   2   3   4

Məmməd Qurbanov. Naxçıvanda bizneslə məsğul olub. Tənqidi fikirləri ilə seçilib və 2012- ci ildə müxalifətin yaratdığı İctimai Palatanın üzvü olub. Bildirdiyinə görə dəfələrlə siyasi sifarişlə maddi, mənəvi və fiziki təzyiqlərə məruz qalıb. 08 dekabr 2012 ci il tarixində Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talibovun sifarisi ilə şərlənərək Azərbaycan Respublikasının CM-nin 221.2.1- ci və 315.1-ci maddələri ilə 4 il muddətinə həbs edilib. Hüquq- müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb. Avropa səfir və nümayəndələri iş adamının həbsi İlə bağlı Naxçivana səfər etmişlər, onun azad olunması ilə bağlı Vasif Talıbovla danışıqlar aparmışlar. Məmməd Qurbanovla təcridxanada görüşmək istədiklərini bildirmişlər, lakin buna nail ola bilməmişlər. Məmməd Qurbanovun ailə üzvləri ilə görüş keçirmişlər (https://www.azadliq.info/27296.html). Sonradan Avropa nümayəndələrinin Azərbaycan dövlət başçısı ilə danışıqlarının nəticəsində 4 ay 19 gündən sonra, iş adamı Məmməd Qurbanovun 2 il şərti işlə, kürəkəni Nadir Məmmədovun isə 3 il sərti işlə azadliğa buraxılmasına nail olmuşlar. Məmməd Qurbanov bildirir ki, Vasif Talibovun bacısınin əri Fəxrəddin tərəfindən onun biznes işinə əl qoyulmuşdur; “40 min dollarliq Toyota Kamri minik maşınımı yandıraraq yararsiz hala salmışlar. Kulli miqdarda mallarımı əlimdən alıb mənimsəmişlər. Təzyiqlər ucbatından ailəmlə birlikdə Naxcıvanı tərk edərək Bakı şəhərinə daşındım, amma yenə də mənə və ailəmə qarşı təzyiqlər davam etdi. Məcbur olub ölkəni tərk etdim. Hal-hazırda Almaniyaya siyasi qaçqın kimi sıgınmışam. Mənim burdakı ictimai- siyasi fəaliyyətimə görə ailə üzvlərimə Azərbaycanda ciddi təzyiqlər var. Son zamanlar qızım Aynurə Qurbanova və həyat yoldaşım Fəridə Qurbanova dəfələrlə Bakı şəhərində “bandotdel”- lə aparılıb, təhdid və təzyiqlərə məruz qalıblar. Həmcinin Vasif Talıbovun Avropadakı muzdlu adamları tərəfindən Azvision.az saytına təxribatcı yazılar yazıb paylaşaraq özümün və kürəkənim Nadir Məmmədovun ailəsinin Avropada siyasi oturum almağımızı əngəlləmək ucun maneələr yaratmışlar (https://azvision.az/news/109947/news.html). Almaniyanın Berlin şəhərində, Köln şəhərində, Dusseldorf şəhərində Azərbaycan hakimiyyəti əleyhinə keçirilən aksiyalarda iştirak etdiyimə görə, diktator İlham Əliyevin portretini tərs tutduğuma, onu ayaqları altına atdığıma, portretini yandırıb, videosunu facebook səhifəmdə davamlı paylaşdığıma, hakimiyyət əleyhinə yazdığım kəskin statuslara görə ailəmə, yaxınlarıma dəfələrlə təzyiq edilib.

2017- ci il dekabr ayının ortalarında qızımı 2 gün “banditizm”- ə aparıb gətiriblər. Yenə eyni sözlərlə hədələmişlər. Qızımın iş yerinə tapşırıblar ki, atası tənqidi çıxışlarını dayandırmasa onu işdən çıxaracaq və atasını da ölkəyə gətirib həbs edəcəklər”.

06 fevral 2018- ci il tarixdə Berlində "Siyasi məhbuslara azadlıq" tələbi ilə keçirilən aksiyanın fəal iştirakçılarından olduğuma görə həyat yoldaşım Fəridə Qurbanova DİN Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb (http://xebername.info/siyasi-muhacir-m%C9%99mm%C9%99d-qurbanovun-h%C9%99yat-yoldasi-polis%C9%99-aparildi/). Ondan idarədə soruşublar ki, ərin və kürəkənin niyə xaricdə İlham Əliyevin və Vasif Talıbovun əleyhinə danışırlar? Hədələyiblər ki, səni narkotika ilə həbs edərik. Fəridə Qurbanova 3 saat adı çəkilən İdarədə saxlandıqdan sonra sərbəst buraxılıb. Ona xəbərdarlıq ediblər ki, ərin və kürəkənin bir də İlham Əliyevin əleyhinə danışsa səni həbs edəcəyik”. Yeri gəlmişkən bildirim ki, haqqımda olan qanunsuz məhkəmə hökmü və dəyən maddi ziyanla bağlı Avropa Məhkəməsində kürəkənim Nadir Məmmədovla birgə 2 şikayətimiz var”.

Məlumat üçün bildirək ki, 06 fevralda Berlində keçirilən aksiyada "İlham Əliyev diktatordur", "Siyasi məhbuslara azadlıq" və s. şüarlar səsələndirilib. Heydər Əliyevin plakatı aşırılıb. Məmməd Qurbanov həmin aksiyada iştirak edib şüarlar səsləndirib.



Əmirova Könül İmayət qızı. Azərbayacn Demokratiya və Rifah Hərəkatının üzvü olan Könül Əmirova 08 dekabr 2016- cı ildə Avropaya gəlib. Özünün bildirdiyinə görə “ölkədə olan haqsızlıqdan, idarələrdə süründürməçilikdən və hakimiyyətə qarşı olduğuma görə polislərlə daima problem yaşayırdım. 2017- ci il yanvar ayının 18- də Berlində Azərbaycan səfirliyinin qarşısında keçrilən aksiyadan bu günə qədər bütün aksiyalarda iştirak etməyə çalışmışam. Xalam Sevinc İsgəndərova ilə birlikdə Bonda BMT- nin binasının qarşısında “Diktaturaya son, siyasi məhbuslara azadlıq!” aksiya təşkil etmişdik. Bu aksiyalardan sonra qohumlarıma polis tərəfindən təzyiqlər başlanılıb. Mənim burada mitinqlərdə iştirak etməməyimi, hakimiyyət əleyhinə yazılar yazmamağımı istəyirlər. Məcburiyyət qarşısında qalıb bəzi qohumlarım işlərini itirməməyinə görə bir neçə dəfə mənə mesaj da göndərmişlər. Hətta ona görə nömrəmi dəyişmişəm.

Atam Əmirov Himayəti işlədiyi Hökməli qəsəbəsindəki orta məktəbdən 2017- ci ildə noyabr ayında işdən azad ediblər. Atam təxminən 15 ildən çox olar ki orada təlim- tərbiyə üzrə direktor müavini işləyirdi. Atama, qohumlarıma əvvəllər də təzyiqlər var idi. Amma indi avqust ayında mənim və xalam Sevinc İsgəndərova ilə birlikdə təşkil etdiyimiz aksiyadan sonra bu təzyiqlər daha güclənib. Nəhayət, atamı MTN- ə və polisə aparıblar. Orada mən mitinqdə "rədd olsun İlham Əliyev" dediyimi göstəriblər və deyiblər ki mən və xalam ermənilərə işləyirik. Ona görə də işdən azad ediblər. Atamın 69 yaşı var bu il 1 illik müqavilə bağlayıb onu həmin vəzifəsində saxlamışdılar. İndi məcbur edirlər ki könüllü ərizə yazsın. Yaşı ilə əlaqədar. Başa düşmürəm iki aya neçə artdı atamın yaşı? Deyiblər ki susmasam mənim və atamın yaşadıqları evlər sənədsizdir, onları geri alacayıq. Artıq 15 ildi mən, valideynlərim isə bəlkə də 20 il olar Bakıda Xirdalan şəhərində yaşayırlar. İndi evlərimizin sökülməsi ilə də hədələyiblər. Əmim qızı vəzifədə çalışır. Atamdan sonra onu çağırıb axrıncı xəbərdarlıq ediblər (bundan öncə də bir neçə dəfə xəbərdarlıq etmişdilər- K. Ə.) Mənim susmayacağım təqdirdə onu da işdən çıxardacaqlarını bildirirlər. Onlara bildirmişəm ki, gedin mənimlə qohumluqdan imtina edin.

Xalamla mənim təşkilatçı oldğumuz 29 avqust 2017- ci ildə Bonda BMT- nin qərargahı qarşısında keçirdiyimiz aksiyadan sonra dayım İsgəndərov Müşfiq İsmi oğlu işlədi yerdən çıxarılıb. O hazırda ölkəni tərk edə bilmir, polis onu axtarır və o gizlənir”.

Seyidli Camal Mirqafar oğlu- 07.02.1984- ci ildə Naxçıvan şəhərində anadan olub. Heç bir siyasi təşkilatın üzvü olmasa da ictimai- siyasi proseslərdə fəal iştirak etdiyini bildirir. Qeyd edir ki, 2016- cı ilin avqust ayında Almaniyaya mühacirət edib. Getmə səbəbini onunla izah edir ki, 2002- ci ildə YAP hakimiyyətinin şərinə qurban gedərək azadlıqdan məhrum edilərək həbs edilib. 2004- cü ildə azadlığa cıxdıqdan sonra YAP hakimiyyətinin təzyiqləri davam etmiş və dəfələrlə qeyri- qanuni şəkildə sutkalarla polis bölmələrində saxlanılaraq işgəncələrə məruz qalıb. Səbəbsə ölkədəki özbaşınalığa və korrupsiyaya, monopoliyaya qarşı çıxaraq xalqı bu rejimə qarşı qaldırmaqla məsğul olması olub. Camal Seyidlinin atası və qardaşı uzun müddətdir ki, AXCP üzvüdürlər. Bildirir ki, “ölkədən çıxmağıma da səbəb ikinci dəfə uzun müddətli həbs olunacağımı bilib ölkəni tərk etdim. Almaniyada bir çox mitinqlərə qatılaraq ölkədəki siyasi məhbuslara azadlıq tələb etmişəm. Facebook səhifəmdə hakimiyyətə qarşı tənqidi yazılarıma görə ölkədə qardaşımı iki dəfə polis orqanlarına apararaq hədə- qorxu gəliblər məni susdurmaq üçün. Qardaşım Cəlal Seyidliyə təzyiqlər olunur.

Atam Seyidli Mirqafar Mirsəməd oğlu AXCP- nin üzvüdür. Atam demək olar ki ölkədə keçirilən bütün mitinqlərdə iştirak edib. Qardaşım Cəlal Seyidli Naxçıvanda yaşayır hal- hazırda, amma bir müddət Bakıda atamla bir yerdə qaldığı müddətdə bir çox mitinqlərdə iştirak edib. AXCP Naxçıvan şəhər şöbəsinin uzun müddətdir ki fəal üzvüdür, atam da həmçinin. Ölkədə bir çox mitinqlərdə iştirak etmişəm və ölkədə təhsil nazirliyinin önündə hicaba qarşı keçirilən mitinqdə polislər tərəfindən polis bölməsinə aparılaraq işgəncələrə məruz qalmışam.

Mənə görə ən çox qardaşım Cəlal Seyidli təzyiqlərə məruz qalıb. Onu 2017- ci ilin yay aylarında bir neçə dəfə polisə aparıb təzyq ediblər. Bildiriblər ki, “qardaşın sussun, tənqid edir hakimiyyəti”. Axırıcıncı dəfə 05 dekabr 2017- ci ildə DİN əməkdaşları gəlib işdən aparıblar onu nazir müavini Qaçay müəllimin yanına. 5- 6 saat polisdə saxlayıb sənədlərini alıblar. Bildiriblər ki, qardaşın sakit dursun, danışmasın. Facebook- da yazdığım tənqidi statuslara görə onu polisə aparıb incidiblər. Eyni zamanda doğma əmim oğlu Mir Səidə zəng edib hədə- qorxu gəliblər. Bakıda yaşayan atam Mirqafar Seyidliyə DİN- dən zəng edib hədə- qorxu gəliblər. Qohumlarıma təhdid ediblər ki, məndən imtina etsinlər.

Camal Seyidlinin yeznəsi Aydın Məmmədovu 20 fevral 2018- ci ildə polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə həbs edərək ona 30 sutka inzibati həbs cəzası verilib. C. Seydili bildirib ki, yeznəsini onun siyasi fəalığına və facebook səhifəsində yazdığı tənqidi statuslara və Almaniyanın Bonn şəhərində BMT- nin binası önündə keçirdiyi aksiyaya görə həbs olunub.

Sevinc İsgəndərova. “Mədən Sənayesində Şəffaflığın Artırılması”  QHT Koalisiyasının üzvü,  Demokratik Təsisatlar və İnsan Hüqüqları ictimai birliyinin sədr müavini, Qadın Passiyentlərinin Hüquqlarını Müdafiəsi İctimai Birliyinin, eyni zamanda "Demokratiya Naminə Vətəndaş Təşəbbüsləri" İctimai Birliyinin sədri Sevinc İsgəndərova Azərbaycandakı siyasi təzyiqlərlə əlaqdar olaraq Almaniyaya mühacirət edib. Bildirdiyinə görə ictimai fəaliyyətinə görə dəfələrlə hüquq- mühafizə oqranlarına çağrılıb və təzyiqlərə məruz qalıb; “Demokratik Təsisatlar və İnsan Hüquqları İctmai Birliyindəki fəaliyyətimə, eyni zamanda həbsdə olduğu müddətdə hüquq müdafiəçisi Leyla Yunusun müdafiəsinə qalxdığım üçün dəfələrlə hüquq mühafizə orqanlarına çağrılmışam. Hal- hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı Avropa Məhkəməsində iki şikayətim var.  Qadın Passiyentlərinin Hüquqlarını Müdafiəsi İctimai Birliyi ilə bağlı kommunikasiyasi başlanıb.

"5- ci kalon”-un üzvləri siyahısına daxil edilmişəm. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən yerli QHT-lər və beynəlxalq  donor təşkilatlara qarşı başlanan cinayət işilə əlaqədar olaraq Demokratik Təsisatlar və İnsan Hüqüqları ictimai birliyinə görə məni sorğu- sual ediblər. Belə ki, mən təşklatın  layihə rəhbəri olmuşam. Hal- hazirda saxta ittihamla mənə qarşı 20 min manatdan artıq vergi cəriməsi kəsilib və bu sənəddə öz əksini tapıb.  

2014- cü ildə yerli QHT- lərə qarşı qaldırılan cinayət işi ilə əlaqədar təşkilatın bank hesabına həbs qoyuldu, layihələr dayandırıldı və təşkilatımıza qarşı absurd vergi cəriməsi tətbiq olundu. Mən məcbur olub 2016-ci ilin fevral ayında ölkəni tərk edərək Almaniyaya mühacirət elədim. Hal- hazırda burada keçirilən kütləvi aksiyalarda, müxtəlif toplantılarda iştirak edir və sosial şəbəklərədə fəaliyyətimi davam etdirirəm. Həyat yoldaşım Rafiq Həsən AXC-Musavat hakimiyyəti dövründə Yevlax rayon icra hakimyyətinin başçısı işləyib. Qarabag döyüşçüsüdür  və artıq 25 ildir işsizdir. 1-ci qrup əlildir.  

Almaniyadakı fəaliyyətimə son qoymaq üçün qarşdaşıma bir neçə dəfə yerli hüquq mühafizə orqanları və yerli icra orqanları tərəfindən xəbərdarlıq edilib.  29 avqsut 2017-ci ildə Almaniyanin Bonn şəhərində BMT-nin ofisi qarşısında “siyasi məhsbulara azadlıq” adı atında keçirilən aksiyadan sonra yaxın qohumlarıma təzyiqlər başlayıb və hökümət qəzetləri mənim əleyhimə kampaniya aparır və mənə və ailə üzvlərimə qarşı aşaglaycı sözlər yazıblar. Qızım Zöhrə Həsən 18 yanvar 2017-ci ildə Berlin mitinqdə iştrak etdyinə görə "Səs" və “Kaspi” qəzetlərində “Azərbaycana dönük çıxanlar” adlı yazıda (http://kaspi.az/az/azerbaycana-dnuk-cixanlar/) onu vətən xaini adlandırmagdan belə çəkinməyiblər.

Qardaşım Müşfiq İsgəndərovu dəfələrlə polisi axtarıb, onu polisə gəlməsini tələb ediblər. Amma o polisə getməyib (http://www.contact.az/ext/news/2017/12/free/Social/az/67447.htm). O, Atıcılıq Mərkəzində işləyirdi. Bizim Almaniyada keçirdiyimiz aksiyadan sonra bizi əsas gətirərək 2017- ci ilin sentyabrında onu işdən azad etdilər. Digər qohumlarımıza qarşı təzyiqlər davam edir”.

Şirəliyev Elmir Hüseyn oğlu Bildirdiyinə görə ölkədə olduğu müddətdə aktiv Facebook istifadəçisi olub; “2013- cü ildə tənqidi fikirlərin və video süjetlərin yer aldığı "Azərbaycandakı Azərbaycan" səhifəsini yaradaraq ölkədə baş verən haqsızlıqları paylaşmışam. Buna görə 2014- cü ildə bir neçə dəfə polis bölməsinə çağırılıb xəbərdarlıq almışam. Sonra gördüm ki, ölkədə ictimai siyasi vəziyyət pisləşir və mənim Facebook səhifəm hökümətin xakerləri tərəfindən bağlanıldı. Həbs oluna biləcəyimi düşünərək 2014- cü ildə ölkəni tərk etdim. Avropaya gəldikdən sonra da fəaliyyətimi davam etdirdim. "Korrupsiyaya “yox” de" və yenidən yaratdığım "Azərbaycandakı Azərbaycan" səhifələrinin adminiyəm. 2017-ci il 28 oktyabr tarixində Almanıyanın Ludwigshafen şəhərində mən və qardaşım (Şirəliyev Emin Hüseyn oğlu) “Siyasi məhbuslara azadlıq və diktaturaya son!” aksiyasını təşkil etdik. Oktyabr ayının 26- da atam Şirəliyev Hüseyn Şirməmməd oğlu Hacıqabul rayon polis şöbəsinə aparılıb və bizim bu aksiyanı keçirəcəyimiz təqdirdə qohumlarımıza basqılar olacağı barədə xəbərdarlıq ediblər. Biz 28 oktyabrda öz aksiyamızı keçirdik və bundan sonra atama basqılar artdı. Qohumlarımı işdən azad elədilər. Həyat yoldaşım Fizuli rayonundan məcburi köçkün olduqları üçün bizim Almaniyada keçirdiyimiz aksiyadan sonra onun ailə üzvlərinə (cəmi 9 nəfərə- red.) dövlət tərəfindən verilən yardım kəsilib. Həyat yoldaşımın hərbi sahədə işləyən 2 qohumu işdən çıxarılıb.

Hakimiyyətə yaxın mətbuat orqanlarında mənim və ailəm haqqımda böhtan xarakterli yazılar dərc olunmağa başlanıldı. Məsələn, "Olaylar" qəzeti və digər saytlarda (http://olaylar.az/news/siyaset/242603) "Kriminal ailənin demokrat uşaqları" adları yazı dərc olundu (http://www.aznews.az/news/siyaset/154720.html). Bizim oktyabrın 28- də Almanıyada təşkil etdiyimiz aksiya bunları çox qıcıqlandırıb. Amma yəqin bunlara orta məktəbdə vətən sevgisi aşılamayıblar. Qarabağ qazisinin, Qarabağ köçkününün haqqını yeyən bir hakimiyyətdə vətən sevgisi necə olmalıdır? Atam qanunu pozub və cəzasını çəkib. Mənim atam qonşu ölkələrdən adam oğurlamayıb. Mənim atam heç kimin cibinə narkotik maddə ataraq həbs etməyib. Mənim atamın övladı avtomobil ilə heç kimin üzərindən keçməyib. Mənim atam müxalifətin mitinqinə gedən insanları həbs etməyib...”

Elmir Şirəliyev bildirir ki, Almaniyada Berlin və Bonn (06 fevral və 14 fevral 2018- ci il- red.) mitinqindən sonra 17 fevral 2018- ci ildə Hacıqabul rayon sakini bacım Şirəliyeva Aynurun həyat yoldaşı, ev təmiri işləri ilə məşğul olan yeznəm Abuzərov Abdulla Səməd oğlu Bakı şəhərində polislər tərəfindən saxlanılıb və Hacıqabul rayon polis bölməsinə gətirilərək 30 sutka inzibati həbs cəzası alıb.



Elmir Şirəliyev bildirir ki, onun qohumlarına xəbərdarlıq edirlər ki, biz Almaniyada fəaliyyətimizi dayandırmasaq daha ciddi tədbirlərə əl atacaqlar.

Xudiyev İntiqam Səmədağa oğlu. “Avropa Demokratik Dəyərlərinin Təbliği Mərkəzi” İctimai Birliyinin sədridir. Rəhbəri olduğu təşkilatın dövlət qeydiyyatına allınması ilə bağlı Avropa Məhkəməsinə müraciət olunub. Ölkədə olan təzyiqlər ucbatından 2016- cı ilin iyun ayında Almaniyaya mühacirət edib. Bildirdiyinə görə Almaniyada yaşadığı müddətdə ordakı bir çox təşəbbüslərə qoşulub, keçirilən aksiyaların çoxunda fəallıq göstərərək iştirak edib; “18 yanvar 2017-ci ildə Almaniyanın Berlin şəhərində Azərbaycan səfirliyinin qarşısında “siyasi məhbuslara azadlıq”, “biz qul deyilik”, “talana son” adlı aksiyada iştirak etmişəm. Aksiyadan sonra aksiyada iştirak edənlərin bir çoxunun Azərbaycanda olan qohumlarını polisə aparıb dindiriblər. Həmçinin mənim də atamı Şirvan şəhər Polis şöbəsinə çağırıb dindiriblər. Ona mənə görə hədə- qorxu gələrək “oğluna de, bu işlərdən əl çəksin. Yoxsa onu gətirib içəri atacayıq” deyiblər. Hətta orda atamın üzünə məni ölümlə hədələyiblər. Yanvar ayının 22-də mütəmadi olaraq zənglər edib telefonla atamı polis şöbəsinə çağırıblar. Artıq 31 yanvarda rəsmi bildirişlə Şivan şəhər polis şöbəsinə çağırıb yenə də ona hədə- qorxu gəliblər. Bildiriblər ki, oğulun Almaniyada dövlət əleyhinə çıxışlar və hərəkətlər edir. Ona de ki, bu işlərdən əl çəksin, yoxsa pis olacaq. Təsəvvür edin ki, aksiyada iştirak edənləri polisdə necə dindirirlər, nəinki “Heydər Əliyev”- in plakatını aşırdan olsun (Almaniyada azərbaycanlı mühacirlər aksiya keçirib Heydər Əliyevin böyük plakatını aşırırlar; https://www.youtube.com/watch?v=Gmc5e3qNooA&feature=youtu.be). Və nəticədə 03.02.2017-ci ildə atam ona qarşı olan mənəvi, psixoloji təzyiqlərə dözməyib infarkt keçirdərək dünyasını dəyişib. Məlumat üçün deyim ki, atam uzun müddət Şirvanda “Şirvan OİL” neft şirkətində fəhlə işləyib, bunu yazmaqda məqsədim odur ki, neft şirkətində işləyənlər hamısı siğorta olunub və sağlamlıqları daim yoxlanılır.. Yeni atamın heç bir xəstəliyi yox idi, tam sağlam idi...”

İntiqam Xudiyevin bildirdiyinə görə ona görə qardaşına qarşı da təzyiq ediblər. Polis onun iş yerinə gələrək onu axtarıb. Ertəsi gün qardaşı polisin təzyiqi nəticəsində Şirvanda işlədiyi kafedə işdən uzaqlaşdırılıb.



Abdullayev Pərviz Eyvaz oğlu. 20 aprel 1982- ci ildə Mingəçevir şəhərində anadan olub. Umid partiyasının üzvüdür. Almaniyaya 2016- ci ildə gəlib. Bildirir ki, “2016- ci ildə Ağdaş rayonunda təkrar kečirilən deputat seçkilərində üzvü olduğum Umid partiyasinin namizədi İqbal Ağazadənin təbliğat və təşkilat kampaniyasında fəal iştirak etmişəm. Və eləcə də seçki prosesində müşahidəçi olmuşam. Fəallığıma görə məntəqədən polis bölməsinə aparılıb 2 gün saxlandıqdan sonra azad edilmişəm. Ondan əlavə 1999- cu ildə qəbul olduğum Mingəçevir Politexnik Universitetindən 2001- ci ildən Azərbaycan Milli İstiqlal partiyasının fəal üzvü olduğum üçün xaric olunmuşam. Almaniyada təşkil olunan mitinqlərin əksəriyyətinin iştirakçısı və Almaniyanın Duisburg şəhərində 2 sentyabr 2017- ci ildə mitinq təşkil etmişəm. Bu fəaliyyətimdən dolayi qardaşim Abdullayev Ramin Eyvaz oğlu 9 sentiyabr tarixində həbs edilərək 25 sutka inzbati cəza tətbiq edilmiş və bu haqda ona heç bir məhkəmə qərarı və sənədləri verilməmişdi. Buna etiraz eden atam Abdullayev Eyvaz Nəsrəddin oğlu da 2 sutka qeyri- qanuni polis bölməsində saxlanılmış, daha da irəli getməmək barədə xəbərdarlıq edilmişdir. Həmçinin mənim ölkəyə dönəcəyim təqdirdə başıma açılacaq oyunlardan danışaraq azad etmişlər. Yaxın və uzaq qohumlarım yaşadıqları ərazi polis bölmələrinə aparılaraq sorğu- sual olunub sonra azad ediliblər. 2017- ci ilin dekabrın 9- da Azərbaycan Naminə Demokratiya təşkilatının keçirdiyi toplantıda və siyasi məhbuslarla bağlı bizə yaxın ərazilərdə keçirilən mitinqlərdə (Essen, Bokum, Bonn və s.- red.) iştirak etmişik.

Oktyabr- noyabr aylarında ünvansız nömrələrdən 4- 5 dəfə zəng edərək məni hədələyiblər. Onlardan soruşanda danışan kimdir, cavab verirlər ki, “səni otağımda dindirəndə biləcəksən biz kimik” deyiblər. Mən bu barədə yerli polisə məlumat vermişəm. Qardaşım Abdullayev Ramin izləmədədir. Hər dəfə atamı gördükdə “oğluna de qayıtmasın” deyərək psixi təsir edirler. Onların həyatı üçün narahatam”.



Türkel Azərtürk. AXCP Gənclər Komitəsinin İdarə heyətinin üzvü olan Türkel Azərtürk ictimai- siyasi fəaliyyətlə yanaşı bloggerlik fəaliyyəti ilə məşğul olub. 2016-cı ilin yanvar ayının 7-də Hollandiyaya mühacirət edib. Mühacirətə gedəndən sonra isə "Turan TV"- də çalışmağa başlayıb. Həftədə 3 dəfə Turan TV-də yayımlanan "Xəbər var" verilişinin müəllifi və aparıcısıdır. 2017- ci il noyabr ayında onun Azərbaycanda yaşayan bacanağı Emin Saqiyev narkotika ittihamı ilə (maddə 234.4.3) həbs olunub.

Türkel Azərtürk bildirir ki, “Emini məhz Turan TV-dəki fəaliyyətimə görə həbs ediblər. Çünki hamı bilir ki, mən həmin verilişlərdə hakimiyyəti tənqid edirəm. Ehtimal edirəm ki, Mehriban Əliyeva haqqında daha çox danışmağım xoşlarına gəlməyib. Çünki bu heç kimə sirr deyil ki, lap əvvəlindən Mehribanın adını çəkənləri bağışlamırlar.

Emin 2017- ci ilin noyabr ayının 14- də Bakıxanov qəsəbəsində avtomobilinə ehtiyyat hissəsi almağa gedərkən, orada DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb və barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti- imkan tədbiri seçilib. Yeri gəlmişkən saxlandığı ilk günlərdə onun ailəsinə "oğlunuz Türkelə məlumat ötürür deyə həbs edilib" deyiblər. Sözü gedən idarənin əməkdaşları həm də yoldaşımın ailəsinə və yaxınlarına bizimlə danışmamağı tövsiyyə ediblər. Hətta sonda "nömrələriniz nəzarətdə qalacaq və kiminsə onlarla əlaqə saxladığı məlum olsa, o da Emin kimi cəzalandırılacaq" deyiblər. Hazırda yoldaşımın ailəsi və yaxınları ilə heç cür əlaqə saxlaya bilmirik. Digər qohumlarıma da təzyiqlər davam edir”.

Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) Emin Saqiyevi siyasi məhbus elan edib.



Fikrət Hüseynli. “Azadlıq” qəzetinin keçmiş əməkdaşı, ölkədə olduğu müddətdə tənqidi yazılarına görə təzyiqlərə məruz qalaraq, bir dəfə də 2006- cı ilin mart ayında maskalı şəxslər tərəfindən oğurlanaraq döyülən və ölümlə təhdid edilən jurnalist Fikrət Hüseynli təqiblər ucbatından 2008- ci ildə ölkəni tərk edərək Hollandiyaya gedib. 2017- ci ilin oktyabr ayında Ukraynanın Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılan jurnalist 18 günlüyə həbs edilib. Bu haqda qərarı Borispol Məhkəməsi verib. Jurnalisti vəkil Dmitri Mazurok (Ukrayna Helsinki İnsan Haqları Birliyi) müdafiə edir. Fikrət Hüseynli məhkəmə qərarı ilə azad olunsa da Ukrayndan kənara buraxılmır. O, Cinayət Məcəlləsinin 318 (sərhədi qanunsuz keçmə) və 178-ci (fırıldaqçılıq) maddələri ilə cinayət işi başlayıblar. Jurnalist həmin cinayət işi üzrə İnterpola verilən təqdimat əsasında saxlanıldığı bildirilir (http://www.faktxeber.com/News_h503899.html).

Verilən məlumata görə jurnalist Azərbaycan hökumətinin Ukrayna təhlükəsizlik qüvvələrinə verdiyi sorğu əsasında saxlanılıb. O, Niderland vətəndaşlığı alıb və hazırda xaricdən yayımlanan "Turan TV" müxalif telekanalı ilə əməkdaşlıq edir (https://www.amerikaninsesi.org/a/hebs/4070245.html).

Həbsi və üzləşdiyi olayla bağlı Fikrət Hüseynli bildirir ki, “Mənə özümün xəbərim olmadan Azərbaycanda məhkəmə qurub, mənim adımdan mənə vəkil tutub, mənə Azərbaycan pasportu düzəldib, sonra da İnterpola verib həbs etdiriblər Ukraynada. 5 aydır ki, burdayam və hələ də Ukraynadan çıxa bilmirəm, işimi itirmişəm buna görə, külli miqdarda zərərə düşmüşəm. Mənə görə qardaşımı (Elxan Hüseynov) mənim cinayət işimə salıb ona cinayət işi açıblar. Mövcud duruma görə, ata-anam stress keçirib və hazırda xəstədirlər.” Jurnalistlə bağlı vəziyyətə nə zaman aydınlıq gələcəyi və cinayət işinə xitam veriləcəyi aydın deyil.



Sahib Teymurov. Şəki qarışıq tipli Uşaq Evində böyüyən, “Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin sədri, hazırda Kanadada yaşayan siyasi mühacir Sahib Teymurov Şəki Uşaq Evinin işgəncələrdən danışan şagirdi ilə müsahibənin videosunu internetdə yaydığına görə həbsinin “hazırlanması” ilə əlaqədar ölkəni tərk etmək məcburiyyətində qaldığını bildirir. O, facebook- da yazdığı tənqidi yazılardan sonra 2017- ci ilin dekabr ayında 7- də heç bir səbəb olmadan qardaşı Tahir Teymurov həyat yoldaşı, qızı və oğlu ilə birlikdə Bərdə rayon polis şöbəsinə aparıldığını bildirir; “Onlara məndən imtina etmələri üçün təzyiq göstərilib. Bundan sonra qardaşımın uşaqları facebook- da yazdığım statusların altında şərhlər yazaraq məni “vətən xaini” adlandırıb, mənə nifrət etdiklərini bildiriblər. Qardaşım Tahir dekabrın 8-də yenidən polisə çağırılıb və dekabrın 21-nə qədər ondan xəbər olmayıb. Sonradan məlum olub ki, onun cibindən 0,5 qr heroin “tapılıb” və narkotik yaymaq ittihamı ilə həbs edilib”.

Dövlət tərəfindən təyin edilmiş vəkil Seymur Zeynalov bildirib ki, Tahir Teymurova qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixiotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli miqdarda baş verdikdə) cinayət işi başlanıb. Onu Gəncə istintaq təcridxanasına köçürüblər.

Sahib Teymurovun sözlərinə görə, ona Facebook-da tənqidi statuslar yazmağa son qoyması üçün təzyiq göstərilir. Amma Sahib Teymurov fəaliyyətini dayandırmayacağını bildirib.

O, 2007-ci ildə cinsi istismara məruz qalan yetkinlik yaşına çatmamış QİÇS xəstəsi olan qızla bağlı məlumatı ictmailəşdirdikdən sonra həbs edilib.

 Qeyd; Sahib Teymurov 7 fevral 2018- ci ildə məlumat yayaraq bildirib ki, 60 günlük fasilədən sonra onun qardaşı Tahir Teymurov həbsdən ev dustaqlığına buraxılıb, haqqında olan cinayət işinin istintaqı isə davam edir.


Yüklə 196,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin