Avropa işi; Azərbaycanlı siyasi mühacirlərə və onların qohumlarına qarşı həyata keçirilən təzyiqlər, mövcud durum və reallıqlar”



Yüklə 196,32 Kb.
səhifə4/4
tarix02.06.2018
ölçüsü196,32 Kb.
#52421
1   2   3   4

Qədirov Azər Adil oglu. 9 iyun 1983- cü ildə anadan olub. Ali təhsillidir 2013- cü ildə keçmiş MTN tərəfindən həbs olunub, ağır işgəncələrə məruz qaldığını və bu gün də həmin işgəncələrdən əziyyət çəkdiyini bildirir. Təzyiqlər ucbatından 2015- ci ildə ölkəni tərk edib; “Mən xeyli vaxtdır ki, Azərbaycanda mövcud olan diktator rejimi ilə mübarizə aparıram. Buna görə atam Adil Qədirovu dəfələrlə Sabirabad rayon polis şöbəsinə aparıblar. Səbəb mənim sosial şəbəkələrdəki yazılarım və gündəlik apardığım mübarizə olub. Berlində 11 apreldə keçirdiyimiz aksiyadan sonra onu həbs ediblər. Bakıda atam- anam, həyat yoldaşım, iki övladım və bir bacım yaşayır. Həyat yoldaşımı polisə aparıb ona qarşı əxlaqsız hərəkətlər edəcəyi ilə ilə hədələyirlər. Mənə görə üzləşdikləri təzyiq ucbatından atam və anam ərizə yazıb məndən imtina ediblər.

13 mart 2018 - ci il və 11 Aprel 2018 -ci il tarixlərində Almaniyanın Berlin şəhərindəki mitinqlərdə iştirak etdiyimə və mənim dəfələrlə keçirdiyim "Diktatoru tanıdaq" aksiyalarından sonra təzyiqlər həddindən çox artdı (https://m.facebook.com/story.php?story_fbid=158138874864205&id=146551906022902). Bacım və həyat yoldaşım Qədirova Könülü polisə aparacaqları ilə hədələyərək məcburən məndən Prezidentə imtina ərizələri yazdırıblar. Dövlət orqanlarında işləyən qohumlarımı çağıraraq onları işdən azad edərək cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədəliyirlər. Həyat yoldaşımın cib telefonuna zəng edərək mən hökümət əleyhinə danışmağa davam edəcəyim təqdirdə övladlarımdan birini oğurlayacaqları ilə hədələyiblər. Bu səbəbdən yoldaşım boşanma ərizəsi verib. 04.02.2018- ci il tarixində gecə saatlarında Bakı şəhəri Binəqədi rayonu, Ceyhun Hacibəyli küçəsində avtodayanacaqda naməlum şəxslər tərəfindən bacım Qədirova Pərvanəyə məxsus maşının şüşələri sındırılmış və avtomabilin üzərini çızaraq "XƏBƏRDARLIQ" sözü yazmışlar. 5-ci polis bölməsinə şikayət olsa da bunu edənlər tapılmayıb. Qohumlarıma təzyiqlər bu gün də davam edir”.



Rafael Piriyev. 12 aprel 1986- cı ildə anadan olub. 2015- ci ilin avqust ayında Almanyaya mühacirət edib. Almanya hökümətindən sığınacaq alıb. Azərbaycan hakimiyyətinə qarşı tənqidi fikirlərinə və fəaliyyətinə görə özünün və qohumlarının təzyiqlərə məruz qaldığını bildirir; “2018- ci ilin fevral ayından etibarən Azərbaycanda hökm sürən haqsızlığa, qanunsuzluğa susa bilmədim və başladım Azərbaycan hökümətinə qarsı siyasi fikirlərimi sosial şəbəkələr vasitəsi ilə dediyimə görə mənə Azərbaycan höküməti tərəfindən təhqir mesajları gəldi. Hətta mənə ölüm təhdidləri də gəldi. Martın 9-u saat 16:30 radələrində evimin yaxınlığında mənə 5 nəfər yaxınlaşdı. Məni avtomobilə basaraq yaxınlıqdakı meşəyə apardılar. Orada yerdə sürüdülər, qarın nahiyəmə yumruqlar vurdular, təhqir etdilər. Dedilər video çəkib, deməlisən ki, “Azərbaycan xalqından, İlham Əliyevdən üzr istəyirəm”. Mən bunun mümkün olmayacağını söylədim. Bu zaman məni avtomobilə qoyub gətirdilər evimin yaxınlığına. Düşəndən sonra gördüm ki, evimin yanında artıq polis avtomobilləri var. Və onlara alman qonşularım xəbər veriblər. Mən polislərə hadisəni danışdım, izahat yazdım. Hal-hazırda axtarış aparırlar (http://bastainfo.com/az/2018/03/23/hakimiyy%C9%99t-bir-nec%C9%99-muhacirin-q%C9%99tlini-planlayir/).

Bu hadisədən öncə isə mənim iki dayim- Malik Süleymanov və Sadiq Süleymanovun hərəsinə 30 sutka inzibati həbs cəzası verdilər. Mənim doğma əmim Piriyev Tahir və başqa bir yaxınım Qafarov Ələkbər, hər iki şəxs Bərdə şəhər polis tərəfindən həbs olundu və 4 gun sonra həmən şəxslərdən mənə qarşı ağır söyüşlər, təhqirlər video yolu ilə youtube.com-a yerləşdirildi. Onlar vasitəsi ilə məni təhqir elədilər (https://www.youtube.com/watch?v=ptvFOsJurlI). Təbii ki bunu edənlər Azərbaycan hökümətidir. Və hal- hazırda təzyiqlər və təhqirlər davam etməkdədir. Bütün bunları isə Azərbaycan höküməti təşkil edir. Başıma nəsə gəlsə, bu, birbaşa İlham Əliyevin boynundadır.”



Yekun. Avropada yaşayan mühacirlərin özlərinə və yaxın qohumlarına qarşı həyata keçirilən təzyiqlərlə bağlı yuxarıda qeyd olunan nümunələr və keyslər yalnız ümumi təzyiqlərin bir hissəsini təşkil edir. Bu misalların sayını artırmaq və çoxaltmaq olar. Amma qeyd olunan nümunələr də ümumi mənzərəni özündə ehtifa edir. Azərbaycan hakimiyyəti nəinki ölkə daxilində, hətta ölkədən kənarda da onu tənqid edənləri sevmir və bağışlamır. Nə yolla olursa olsun onları cəzalandırmağa çalışır. Siyasi mühacirlərin yaxınlarına qarşı həyata keçirilən təzyiqlər də bu “cəzalandırma”- nın tərkib hissəsidir.

Nəticə. Aparılan araşdırmalar göstərir ki, müxtəlif səbəblər ucbatından (daha çox sosial- iqtisadi vəziyyət və siyasi səbəblər- red.) ölkəni tərk edərək Avropa ölkələrində yaşayan mühacirlər yaşadıqları ölkədə göstərdikləri fəallıqdan dolayı onların özləri və Azərbaycandakı qohumları müxtəlif təzyiqlərə məruz qalırlar. Xüsusən hakimiyyət əleyhinə aksiyalar təşkil edən və orda iştirak edən, sosial şəbəkələrdə tənqidi fikirlər paylaşan fəallar daha çox hədəfdə olurlar. Azərbaycan hakimiyyətinin əli birbaşa onlara çatmadığı üçün onları susdurmaq və mövqelərindən geri çəkmək üçün həmin şəxslərin Azərbaycandakı ailə üzvlərinə və qohumlarına qarşı təzyiqlər həyata keçirir. Onların qohumlarını işdən çıxarır, polisə çağırıb təzyiq göstərir, həbs edir. Bəzən isə onları Avropadakı qohumlarından imtinaya məcbur edir. Bütün bunlar isə yerli və beynəlxalq qanunlara, eləcə də milli- mənəvi dəyərlərə ziddir.

Təkliflər. Avropada yaşayan azərbaycanlı siyasi mühacirlərin ictimai- siyasi fəaliyyəti ilə əlaqədar onların ailə üzvlərinə, qohumlarına qarşı həyata keçirilən təzyiqlər qanunlara zidd olmaqla yanaşı insanlar, ailələr, cəmiyyət və hakimiyyət arasında gərginliyin böyüməsinə təkan verir. Mühacirlərə olan təzyiqlər onlarla hakimiyyət arasında qarşılıqlı ittihamlara və müzakirələrə yol açıb. Bu təzyiqlər yol verilməzdir və dayandırılmalıdır. Aidiyyatı qurumlar bu yanaşmalardan çəkinməlidir. Siyasi müzakirələrin iştirakçılarından hər biri şərəf və ləyəqətin alçaldılmasına imkan verməməlidir. Siyasi mühacirlərə təzyiqlərlə bağlı beynəlxalq təşkilatlar seyriçi mövqe tutmamalı, Azərbaycan hakimiyyətinə qarşı tələb və tövsiyyələrini artırmalıdırlar.

İstinad olunan mənbələr;

  1. Təzyiqlərə məruz qalan mühacirlər və onların qohumlarından alınan məlumatlar;

  2. Mətbuatın xülasəsi və KİV- də dərc olunan məlumatlar;

  3. Almaniya Federal Statistika İdarəsinin məlumatı;

  4. Diasporla İş üzrə Dövlət Komitəsi;

  5. Beynəlxalq təşkilatların (Amnesty İnternational, Fredoom House və s.) yaydığı sənədlər;

  6. Avropa İnsan Haqları məhkəməsinin internet saytı;

  7. AR Cinayət Məcəlləsi və digər qanunvericilik aktlarından çıxarışlar;

  8. Sosial şəbəkələrdə yer almış (facebook.com, youtube.com və s.) məlumatlar, video sujetlər və s.

Mart 2018- ci il, Bakı şəhəri



Qeyd. Hesabatdan istifadə edilərkən istinad zəruridir.

Əlaqə; email: o.gulaliyev@gmail.com, tel; (+994) 070 971 71 21
Yüklə 196,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin