Avropa ittifaqının regional əməkdaşlığın istiqamətləri



Yüklə 15,5 Kb.
tarix31.12.2021
ölçüsü15,5 Kb.
#112519
Avropa ittifaqı


Avropa ittifaqının regional əməkdaşlığın istiqamətləri

Avropa ittifaqının enerji əməkdaşlığı daha fəal formada Azərbaycan,MDB dövlətləri ilə o cümlədən Ukrayna, Qazaxıstan,Rusiya,Özbəkistan və başqa dövlətlər ilə 2 və çoxtərəfli müqavilələrin bağlanması ilə həyata keçirilir.Avropa Ittifaqı SSRInin süqutundan sonra enerji əməkdaşlığının yeni strateji mərhələsinin əsasını qoymuşdur.1988-ci ildən başlayaraq AÌ və İran körfəzi ərəb ölkələri əməkdaşlıq şurası ilə müqavilələrə malik olmuşdur.Lakin Lakin həmin vaxtdan bu ölkələr arasında imzalanan müqavilənin ele də ciddi öhdəliklər müəyyən etməmişdi.Yalniz iki region arasında neft,qaz,neft məhsullarının ticarətin ümumi məsələləri müzakirə edilmişdi.Avropa Ittifaqının energetika və təhlükəsizlik sferasında əməkdaşlığının bir istiqamətini də Aralıq dənizi hövzəsinin dövlətləri ilə energetika formu təşkil edir.1997-2004-cü illər ərzində Avropa Ittifaqı və Əlcəzair,Tunis, Mərakeş,İsrail,Suriya,Livan dövlətləri ilə əməkdaşlıq haqqında sazişlər bağlanmışdır.Hemçinin qeyd edilən dövlətlər Aİ arasında əməkdaşlıq enerji xartiyasi üzrə konfrans çərçivəsində həyata keçirilir.Bezi sazişlərin məzmunu belə deməyə imkan verir ki,iqtisadi əməkdaşlıqdan iqtisadi inteqrasiyaya keçid baş verməkdədir.

2)MDB ölkələri ilə AI-nin enerji əməkdaşlığı edən ölkələri 3 qrupda tesnifləşdirmək olar.

1)ixracçı dövlətlər: Azərbaycan,Qazaxıstan,Özbəkistan, Türkmənistan 2)idxalçı dövlətlər-Ermenistan,Ukrayna,Moldova, Tacikistan 3) Tranzit dövlətlər:Azərbaycan, Özbəkistan, Qazaxıstan,Ukrayna



Avropanın eyni strukturlarında təmsil olunma,iqtisadiyyatda bazar iqtisadi sisteminin olması,investisiya və texnologiyaya olan tələbat Avropa ittifaqı və MDB ölkələri arasında əməkdaşlığa daha geniş imkanlar açır.Azerbaycan və Qazaxıstanla bağlanan sazişdə hidroenergetikanın,bərpa olunan enerji resurslarının istifadəsi aspekti vurğulanır.Həmçinin bu sazişdə təchizat təhlükəsizliyi tranzit məsələləri,boru kəmərlərinin inkişaf etdirilməsi zərurəti təsbit olunub.AI ilə Rusiya arasında energetika sahəsində əməkdaşlıq 1994-cü ildə bağlanmış Tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişlə tənzimlənir.Müvafiq olaraq tərəflər daha əlverişçilik,tranzitin azadlıq prinsipini qarşılıqlı olaraq təqdim edirlər.
Yüklə 15,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin