Ümumi məlumat
|
Fənnin adı, kodu və kreditlərin sayı
|
HIST 322 Avropa ölkələrinin müasir tarixi, (3 kredit)
|
Departament
|
“Tarix və Arxeologiya” departamenti
|
Proqram (bakalavr, magistr)
|
Bakalavr
|
Tədris semestri
|
Payız 2013
|
Fənni tədris edən müəllim (lər)
|
Araz Aslanlı
|
E-mail:
|
aslanly@yahoo.com
|
Telefon:
|
(012) 421-79-16 (departament)
|
Mühazirə otağı/Cədvəl
|
Təhsil fakultəsi – III gün, saat 15:10-16:30, 16:40-18:00
|
Məsləhət saatları
|
|
Prerekvizitlər
|
|
Tədris dili
|
Azərbaycan dili
|
Fənnin növü
(məcburi, seçmə)
|
Məcburi
|
Dərsliklər və əlavə ədəbiyyat
|
Əsas dərsliklər:
-
Mühazirə mətnləri
-
Musa Qasımlı, Avropa və Amerika ölkələrinin müasir tarixi, II cild, Bakı 2008.
-
Fahir Armaoğlu, XX Yüzyılın Siyasi Tarihi, Ankara 1991.
-
Məqalələr (müəllim tərəfindən veriləcək).
Əlavə mənbələr:
İnternet saytları
-
http://www.fpri.org
-
http://www.ces.fas.harvard.edu
-
http://www.councilforeuropeanstudies.org
-
http://www.ies.be
-
http://europa.eu
-
http://ec.europa.eu
-
http://www.coe.az/AZ/
-
http://www.turksam.org
|
Tədris metodları
|
Mühazirə
|
Tədris metodları
Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:
-
mühazirələr
-
mövzu ətrafında müzakirələr
-
xəritələr, bilgisayar, video və digər əyani vəsaitlərdən istifadə
-
bəzi mövzularda alim və mütəxəssislərin dərslərə dəvət edilməsi
|
Qrup müzakirəsi
|
Praktiki tapşırıqlar
|
Praktiki məsələnin təhlili
|
Digər
|
Qiymətləndirmə
|
Komponentləri
|
Tarix/son müddət
|
Faiz (%)
|
Aralıq imtahanı
|
Sentyabr və oktyabr aylarında keçirilən dərslər əsasında noyabr ayında imtahan verilir.
|
30 bal
|
Praktiki məsələ
|
|
|
Fəallıq
|
Dərslərdə, diskussiyalarda, prezintasiyalarda və elmi seminarlarda iştirak etmək
|
10 bal
|
Tapşırıq və testlər
|
|
|
Kurs işi (Layihə)
|
Esse və təqdimat
|
15 bal
|
Prezentasiya/Qrup müzakirə
|
|
|
Final imtahanı
|
Noyabr və dekabr aylarında keçirilən mövzular əsasında yanvar ayında final imtahan verilir.
|
45 bal
|
Digər
|
|
|
Yekun
|
|
100 bal
|
Kursun təsviri
|
|
Kursun məqsədləri
|
Fənnin məqsədi
Avropanın müasir tarixi əsasən Fransa inqilabından sonrakı dövrü əhatə edir. Bu tədrsi proqramında Avropanın tarixinin ən qədim dövrdən Fransa inqilabına qədərki mərhələsi haqqında ümumi giriş veriləcək, vacib proseslərin səbəb və nəticələri üzərində durulacaqdır. Fransa inqilabı və İkinci Dünya Müharibəsi arasındakı hadisələr nisbətən daha geniş yer ayrılacaq, amma əsasən İkinci Dünya Müharibəsindən sonra həm ayrı-ayrılıqda Avropa ölkələrinin daxili və xarici siyasətləri, həm də ümumlikdə Avropanın bütövləşməsi ilə bağlı proseslər keçiləcək və müasir Avropanın mənzərəsi ortaya qoyulacaqdır. Eyni zamanda Avropa ölkələrinin və Avropa Birliyinin Cənubi Qafqaz və xüsusilə Azərbaycan ilə bağlı siyasətlərinə də işıq tutulacaqdır.
|
Tədrisin (öyrənmənin) nəticələri
|
Fənnin Tədrisinin nəticəsi
Fənnin ümumi tədrisi prosesində tələbələrdə:
-
Avropanın tarixi haqqında ümumi məlumat yaranacaq,
-
Avropanın coğrafiyası və geopolitikası da müəyyən dərəcədə öyrənilərək tarixi proseslərin daha yaxşı dərk olunması təmin ediləcək,
-
Avropada baş verən proseslərin səbəb və nəticələri öyrənilmiş olacaq,
-
Avropa ölkələrirnin İkinci Dünya Müharibəsindən sonrakı dövrdəki ümumi tarixləri, daxili və xarici siyasətləri, müəyyən dərəcədə Cənubi Qafqaz və xüsusilə Azərbaycan ilə münasibətlər öyrənilmiş olacaq,
-
Avropanın bütövləşməsi təşəbbüsləri, Avropa Birliyinin strukturu, AB-nin enerji, xarici siyasət və təhlükəsizlik siyasəti öyrənilmiş olacqdır.
Qazanılmış təcrübə
-
tarixi hadisələrin analizi
-
tarixi hadisələrə tənqidi və obyektiv yanaşma
-
Avropa tarixinin araşdırılması və müasir Avropanın dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi.
|
Qaydalar (Tədris siyasəti və davranış)
|
Qaydalar
Davamiyyət
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.
Dərsə gecikmələr və ya digər dərs pozuntuları
Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.
Yoxlama işi
Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.
İmtahanlar
Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.
Fənni bitirmək qaydası
Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.
Tələbələrin davranış qaydaları
Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.
|
Cədvəl (dəyişdirilə bilər)
|
Həftə
|
Tarix
(planlaşdırılmış)
|
Fənnin mövzuları
|
Dərslik/Tapşırıqlar
|
-
|
18.09.13
|
Mövzu 1. “Avropa Ölkələrinin Müasir Tarixi” fənninə giriş. Dərslə və dərs planıyla ümumi tanışlıq
|
4
|
-
|
25.09.13
|
Mövzu 2. Avropanın ümumi coğrafiyası, Avropanın geopolitikası
|
4
|
-
|
02.10.13
|
Mövzu 3. Avropanın ümumi tarixi (ən qədim dövrdən İkinci Dünya Müharibəsi sonuna qədər)
|
4
|
-
|
09.10.13
|
Qeyri is gunu
Mövzu 4. İkinci Dünya Müharibəsindən sonra Avropanın ümumi mənzərəsi. Böyük Britaniyanın yaxın (İkinci Dünya Müharibəsindən sonrakı) tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)
|
4
|
-
|
16.10.13
|
Qurban bayrami
Mövzu 5. Fransanın yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)
|
4
|
-
|
23.10.13
|
Mövzu 6. Almaniyanın yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)
|
4
|
-
|
30.10.13
|
Mövzu 7. İtaliyanın yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)
|
4
|
-
|
06.11.13
|
Aralıq imtahanı
|
|
-
|
13.11.13
|
Mövzu 8. İspaniyanın yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)
|
4
|
-
|
20.11.13
|
Mövzu 9. Yunanıstanın yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)
|
4
|
-
|
27.11.13
|
Mövzu 10. Benelüks, Skandinaviya və Baltıkyanı ölkələrin yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)
|
4
|
-
|
04.12.13
|
Mövzu 11. Şərqi Avropa ölkələrinin yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)
|
4
|
-
|
11.12.13
|
Mövzu 12. Avropalaşma və Avropanın bütünləşməsi prosesi, Avropadakı dövlətlərarası qurumlar
|
4
|
-
|
18.12.13
|
Mövzu 13. Avropa Birliyi (formalaşması, strukturları, ortaq xarici siyasət və təhlükəsizlik siyasəti planı, xarici siyasəti, enerji siyasəti)
|
4
|
-
|
25.12.13
|
Mövzu 14. Avropa Birliyinin genişləmə siyasəti, yaxın qonşuluq siyasəti, Rusiya Federasiyası, Türkiyə Respublikası, İran, Çin və Qafqazla bağlı siyasət)
|
4
|
|
|
Final imtahanı
|
|