Avropa ölkələrinin müasir tarixi



Yüklə 61,63 Kb.
tarix22.10.2017
ölçüsü61,63 Kb.
#10987
növüMühazirə

Avropa ölkələrinin müasir tarixi

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

HIST 322 Avropa ölkələrinin müasir tarixi, (3 kredit)

Departament

Tarix və Arxeologiya” departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Payız 2013

Fənni tədris edən müəllim (lər)

Araz Aslanlı

E-mail:

aslanly@yahoo.com

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

Təhsil fakultəsi – III gün, saat 15:10-16:30, 16:40-18:00

Məsləhət saatları




Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas dərsliklər:

  1. Mühazirə mətnləri

  2. Musa Qasımlı, Avropa və Amerika ölkələrinin müasir tarixi, II cild, Bakı 2008.

  3. Fahir Armaoğlu, XX Yüzyılın Siyasi Tarihi, Ankara 1991.

  4. Məqalələr (müəllim tərəfindən veriləcək).

Əlavə mənbələr:

İnternet saytları



  1. http://www.fpri.org

  2. http://www.ces.fas.harvard.edu

  3. http://www.councilforeuropeanstudies.org

  4. http://www.ies.be

  5. http://europa.eu

  6. http://ec.europa.eu

  7. http://www.coe.az/AZ/

  8. http://www.turksam.org



Tədris metodları

Mühazirə

Tədris metodları

Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:



  • mühazirələr

  • mövzu ətrafında müzakirələr

  • xəritələr, bilgisayar, video və digər əyani vəsaitlərdən istifadə

  • bəzi mövzularda alim və mütəxəssislərin dərslərə dəvət edilməsi

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

Sentyabr və oktyabr aylarında keçirilən dərslər əsasında noyabr ayında imtahan verilir.

30 bal

Praktiki məsələ







Fəallıq

Dərslərdə, diskussiyalarda, prezintasiyalarda və elmi seminarlarda iştirak etmək

10 bal

Tapşırıq və testlər






Kurs işi (Layihə)

Esse və təqdimat

15 bal

Prezentasiya/Qrup müzakirə







Final imtahanı

Noyabr və dekabr aylarında keçirilən mövzular əsasında yanvar ayında final imtahan verilir.

45 bal

Digər







Yekun





100 bal

Kursun təsviri




Kursun məqsədləri

Fənnin məqsədi

Avropanın müasir tarixi əsasən Fransa inqilabından sonrakı dövrü əhatə edir. Bu tədrsi proqramında Avropanın tarixinin ən qədim dövrdən Fransa inqilabına qədərki mərhələsi haqqında ümumi giriş veriləcək, vacib proseslərin səbəb və nəticələri üzərində durulacaqdır. Fransa inqilabı və İkinci Dünya Müharibəsi arasındakı hadisələr nisbətən daha geniş yer ayrılacaq, amma əsasən İkinci Dünya Müharibəsindən sonra həm ayrı-ayrılıqda Avropa ölkələrinin daxili və xarici siyasətləri, həm də ümumlikdə Avropanın bütövləşməsi ilə bağlı proseslər keçiləcək və müasir Avropanın mənzərəsi ortaya qoyulacaqdır. Eyni zamanda Avropa ölkələrinin və Avropa Birliyinin Cənubi Qafqaz və xüsusilə Azərbaycan ilə bağlı siyasətlərinə də işıq tutulacaqdır.



Tədrisin (öyrənmənin) nəticələri

Fənnin Tədrisinin nəticəsi

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:



  • Avropanın tarixi haqqında ümumi məlumat yaranacaq,

  • Avropanın coğrafiyası və geopolitikası da müəyyən dərəcədə öyrənilərək tarixi proseslərin daha yaxşı dərk olunması təmin ediləcək,

  • Avropada baş verən proseslərin səbəb və nəticələri öyrənilmiş olacaq,

  • Avropa ölkələrirnin İkinci Dünya Müharibəsindən sonrakı dövrdəki ümumi tarixləri, daxili və xarici siyasətləri, müəyyən dərəcədə Cənubi Qafqaz və xüsusilə Azərbaycan ilə münasibətlər öyrənilmiş olacaq,

  • Avropanın bütövləşməsi təşəbbüsləri, Avropa Birliyinin strukturu, AB-nin enerji, xarici siyasət və təhlükəsizlik siyasəti öyrənilmiş olacqdır.


Qazanılmış təcrübə

  • tarixi hadisələrin analizi

  • tarixi hadisələrə tənqidi və obyektiv yanaşma

  • Avropa tarixinin araşdırılması və müasir Avropanın dünya miqyasında rolu və yerinin müəyyənləşdirilməsi.

Qaydalar (Tədris siyasəti və davranış)

Qaydalar

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbələr müəyyən səbəblərdən dərslərin buraxılması (xəstəlik, ailə vəziyyəti və s.) haqqında məlumatı fakültə dekanlığına təqdim etməlidirlər. 20%-dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.



Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə 5 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılmır. Buna baxmayaraq, tələbə ikinci dərs saatına buraxıla bilər.



Yoxlama işi

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.



İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanı mövzuları tələbələrə imtahandan öncə verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmırlar.

İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürülmələr qadağandır. Bu qaydaya riayət etməyən tələbələrin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymət ilə imtahandan kənarlaşdırılır.



Fənni bitirmək qaydası

Universitənin qaydalarına müvafiq olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60% və yuxarı hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.



Tələbələrin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və etik qaydaları pozmaq qadağandır. Həmçinin tələbələr arasında icazəsiz müzakirələr və mobil telefonlardan istifadə qadağandır.




Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



18.09.13

Mövzu 1. “Avropa Ölkələrinin Müasir Tarixi” fənninə giriş. Dərslə və dərs planıyla ümumi tanışlıq

4



25.09.13

Mövzu 2. Avropanın ümumi coğrafiyası, Avropanın geopolitikası

4



02.10.13

Mövzu 3. Avropanın ümumi tarixi (ən qədim dövrdən İkinci Dünya Müharibəsi sonuna qədər)

4



09.10.13

Qeyri is gunu

Mövzu 4. İkinci Dünya Müharibəsindən sonra Avropanın ümumi mənzərəsi. Böyük Britaniyanın yaxın (İkinci Dünya Müharibəsindən sonrakı) tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)

4



16.10.13

Qurban bayrami

Mövzu 5. Fransanın yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)

4



23.10.13

Mövzu 6. Almaniyanın yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)

4



30.10.13

Mövzu 7. İtaliyanın yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)

4



06.11.13

Aralıq imtahanı







13.11.13

Mövzu 8. İspaniyanın yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)


4



20.11.13

Mövzu 9. Yunanıstanın yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)

4



27.11.13

Mövzu 10. Benelüks, Skandinaviya və Baltıkyanı ölkələrin yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)

4



04.12.13

Mövzu 11. Şərqi Avropa ölkələrinin yaxın tarixi, daxili və xarici siyasəti (o cümlədən Qafqaz bölgəsi və xüsusilə Azərbaycanla münasibətlər)

4



11.12.13

Mövzu 12. Avropalaşma və Avropanın bütünləşməsi prosesi, Avropadakı dövlətlərarası qurumlar

4



18.12.13

Mövzu 13. Avropa Birliyi (formalaşması, strukturları, ortaq xarici siyasət və təhlükəsizlik siyasəti planı, xarici siyasəti, enerji siyasəti)

4



25.12.13

Mövzu 14. Avropa Birliyinin genişləmə siyasəti, yaxın qonşuluq siyasəti, Rusiya Federasiyası, Türkiyə Respublikası, İran, Çin və Qafqazla bağlı siyasət)

4







Final imtahanı




Yüklə 61,63 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin