"Avropa Peyk Rabitəsi Təşkilatının yaradılması haqqında" Konvensiyaya (düzəlişlərlə) qoşulmaq barəsində



Yüklə 85,66 Kb.
səhifə10/18
tarix07.01.2022
ölçüsü85,66 Kb.
#82824
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
(Təşkilatdan çıxma)

a) Hər bir Tərəf və ya iştirakçı XXI maddədəki qaydaya uyğun olaraq Depozitariyə yazılı bildiriş göndərməklə istənilən vaxt könüllü olaraq EUTELSAT təşkilatından çıxa bilər. Təşkilatdan çıxma Depozitarinin belə bildirişi aldığı tarixdən üç ay sonra qüvvəyə minir.

b) Əgər hərhansı bir Tərəf özünün Konvensiya üzrə öhdəliklərindən hər hansı birini yerinə yetirmək iqtidarında deyilsə, Tərəflərin Assambleyası bu barədə bildiriş aldıqda və ya öz təşəbbüsü ilə hərəkət edərək və göstərilən Tərəfin bildirdiyi istənilən mülahizələri nəzərdən keçirərək, öhdəliklərin yerinə yetirilməməsini təsdiq edərkən qərara ala bilər ki, həmin Tərəf EUTELSAT təşkilatından çıxmış hesab olunur. Belə bir qərarın qəbul edildiyi tarixdən etibarən Konvensiya maraqlı Tərəf üçün öz qüvvəsini itirir. Bu məqsədlə Tərəflərin Assambleyasının növbədənkənar sessiyası çağırıla bilər.

c) EUTELSAT-dan çıxan yaxud çıxmış hesab edilən Tərəfin Assambleyada təmsil olunmaqla bağlı hüquqlarına xitam verilir və həmin Tərəf faktiki çıxma tarixindən sonra, bu tarixədək mövcud olan hərəkətlərdən və ya hərəkətsizlikdən yaranmış vəzifələr istisna olmaqla, hər hansı öhdəlik və ya məsuliyyət daşımır.

d) Təşkilatdan çıxma barədə hər hansı bildirişi yaxud xaric edilmə haqqında hər hansı qərarı Depozitari təxirə salmadan bütün Tərəflərə göndərir.

Maddə XIV




Yüklə 85,66 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin