"Avropa Peyk Rabitəsi Təşkilatının yaradılması haqqında" Konvensiyaya (düzəlişlərlə) qoşulmaq barəsində



Yüklə 85,66 Kb.
səhifə14/18
tarix07.01.2022
ölçüsü85,66 Kb.
#82824
1   ...   10   11   12   13   14   15   16   17   18
(Qüvvəyə minmə)

a) Konvensiya XVI maddənin a) bəndinin i) yarımbəndinə müvafiq olaraq imzalandığı yaxud onun imzalamaq üçün açıldığı tarixdə Müvəqqəti Sazişi imzalamış Tərəflər (bir şərtlə ki, bu cür imzalayan Tərəflər yaxud onların ECS Sazişi üzrə səlahiyyətli iştirakçıları ECS Sazişi üzrə maliyyə paylarının ən azı üçdə ikisinə malik olsunlar) üzərində yurisdiksiyaya malik olan Dövlətlərin üçdə ikisi tərəfindən ratifikasiya edildikdən, qəbul edildikdən yaxud təsdiq edildikdən altmış gün sonra qüvvəyə minir.

b) Konvensiya imzalanmaq üçün açıldığı tarixdən azı səkkiz ay keçdikdən sonra qüvvəyə minə bilər. Əgər Konvensiya bu maddənin a) bəndinin müddəalarına uyğun olaraq, zəruri imzalama, ratifikasiya, qəbul etmə və ya təsdiq etmə predmeti olmamışdırsa, imzalanmaq üçün açıldığı tarixdən otuz altı ay ərzində qüvvəyə minmir.

c) Əgər ratifikasiya etmə, qəbul etmə, təsdiq etmə yaxud qoşulma barədə aktı Dövlət Konvensiyanın qüvvəyə minmə tarixindən sonra saxlanılmağa verirsə, Konvensiya həmin Dövlət üçün onun aktının saxlanılmağa verildiyi tarixdən qüvvəyə minir.

d) Qüvvəyə mindiyi andan etibarən Konvensiya onu ratifikasiya etmək, qəbul etmək və ya təsdiq etmək barədə qeyd-şərtlə imzalamış və bu barədə imzaladığı anda yaxud Konvensiya qüvvəyə minənədək istənilən digər vaxtda sorğu vermiş istənilən Dövlətə müvəqqəti olaraq tətbiq edilir. Müvəqqəti tətbiqə:

i) ya bu Dövlətin ratifikasiya, qəbul etmə yaxud təsdiq etmə barədə sənədi saxlanılmağa verdiyi anda,

ii) ya Konvensiyanın qüvvəyə minmə tarixindən iki il keçdikdən sonra (əgər belə Dövlət Konvensiyanı ratifikasiya, qəbul və ya təsdiq etməmişdirsə),

iii) ya da belə Dövlətin Konvensiyanı ratifikasiya etməmək, qəbul etməmək yaxud təsdiq etməmək barədə öz qərarına dair bu bəndin ii) yarımbəndində göstərilən müddətin bitməsinədək bildiriş göndərdiyi andan xitam verilir.

Əgər müvəqqəti tətbiq etməyə bu bəndin ii) və ya iii) yarımbəndlərinə uyğun olaraq xitam verilirsə, Konvensiyanın XIII Maddəsinin c) bəndinin müddəaları Tərəfin hüquq və vəzifələrini müəyyənləşdirir.

e) Konvensiya qüvvəyə mindikdən sonra Müvəqqəti Sazişi əvəz edir və onun qüvvəsinə xitam verir. Lakin Konvensiyada heç bir şey hər hansı bir Tərəfin əvvəllər Müvəqqəti Sazişi imzalamış Tərəf qismində əldə etdiyi hüquq və ya öhdəliklərinə toxunmur.

Maddə XVIII


Yüklə 85,66 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin