"Avropa Peyk Rabitəsi Təşkilatının yaradılması haqqında" Konvensiyaya (düzəlişlərlə) qoşulmaq barəsində



Yüklə 85,66 Kb.
səhifə17/18
tarix07.01.2022
ölçüsü85,66 Kb.
#82824
1   ...   10   11   12   13   14   15   16   17   18
(Müvəqqəti müddəalar)

1. Fəaliyyətin varisliyi

a) EUTELSAT təşkilatı ilə bağlanmış və Eutelsat SC-nin yaradılma tarixinə qüvvədə qalan hər hansı bir saziş yuxarıda göstərilən sazişin müddəalarına uyğun olaraq onun dəyişdirilməsi yaxud ona xitam verilməsi halı istisna olmaqla və ta həmin anadək qüvvəsini saxlayır. EUTELSAT təşkilatının qəbul etdiyi və Eutelsat SC-nin yaradılma tarixinədək qüvvədə qalan hər hansı qərar bu qərarın dəyişdirilməsi yaxud ona xitam verilməsi halı istisna olmaqla və ta həmin anadək qüvvədə qalır.

b) Əgər Eutelsat SC yaradıldığı anadək EUTELSAT-ın hər hansı bir orqanı icrası tələb olunan yaxud həll predmeti olan bir hərəkəti başlamış, lakin sona çatdırmamışsa, Eutelsat SC-nin İcraçı katibi və ya İdarə Heyətinin birinci Prezidenti öz vəzifələri çərçivəsində və EUTELSAT-la Eutelsat SC arasında müəyyən edilmiş qaydalara uyğun olaraq həmin hərəkəti başa çatdırmaq məqsədi ilə belə bir orqanın əvəzinə fəaliyyət göstərməlidir.

2. Keçirilmənin metodikası

a) EUTELSAT özünün fəaliyyəti (Əmanət müqaviləsində bu, ətraflı dəqiqləşdirilmişdir) ilə bağlı öz aktiv və passivinin tam və ya qismən Eutelsat SC-yə keçirilməsi ("Keçirilmə") məqsədi ilə Eutelsat SC ilə saziş ("Əmanət müqaviləsi") bağlayır.

b) Keçirilmə keçirilən fəaliyyətin tərkib hissəsi, tam və muxtar bir sahəsi sayılan fəaliyyətlə bağlı əmlakın tərkibinə daxil olan bütün hüquqların, əmlakın və öhdəliklərin universal ötürülməsi ilə nəticələnir. Bu Keçirilmə kommersiya səhmdar cəmiyyətləri ilə bağlı Fransanın 1966-cı il 24 iyul tarixli 66-537 nömrəli qanununun 382-ci və sonrakı maddələrinin tətbiqi yolu ilə bölüşdürmə rejimindən irəli gələn nəticələrə gətirib çıxarır, lakin bu zaman yuxarıda göstərilən qanunun müddəalarına uyğun olaraq, vəsait keçirən səhmdar cəmiyyəti üzərinə qoyulan öhdəlik və formallıqların heç biri EUTELSAT-a tətbiq edilməməlidir.

c) Bundan əvvəlkindən asılı olmayaraq, Keçirilmə Əmanət müqaviləsində nəzərdə tutulmuş tarixdən etibarən hər hansı bir şəxsə, o cümlədən kreditorlara bildiriş göndərmək zərurəti olmadan etibarlı erga omnes-dir. Eynən bu qayda ilə Keçirilmə intuitu personae kontraktı üzrə EUTELSAT təşkilatı ilə bağlı olan istənilən şəxsə münasibətdə etibarlıdır.

3. İdarəetmə

a) Yuxarıdakı 2 (c) yarımbəndinə münasibətdə EUTELSAT təşkilatının icra orqanının bütün heyəti Eutelsat SC-yə keçirilmək hüququna malikdir, bu hüquqları həyata keçirən şəxslər isə özlərinin keçiriləcəkləri tarixdən elə əmək şərtlərindən istifadə edirlər ki, bunlar Fransa hüququna müvafiq olduqlarına görə ən azı həmin şəxslərin bilavasitə bu tarixədək istifadə etdikləri şərtlərə ekvivalent olsun.

b) Keçirilmə tarixində EUTELSAT-ın pensiyalar haqqında Əsasnaməsinə uyğun olaraq vəsaitlər alan şəxslər köçürülmə tarixində qüvvədə olan yuxarıdakı Əsasnamənin bütün zəruri müddəalarına müvafiq qaydada onu almaqda davam edirlər.

c) Keçirilmə tarixində EUTELSAT-ın pensiyalar haqqında Əsasnaməsinə uyğun olaraq vəsait almaq hüququ qazanmış şəxslərin bu hüquqları saxlaması üçün müvafiq tədbirlər görülür.


d) nin yeni şərtlər müəyyən etməsinədək tətbiq olunacaqdır.

e) Eutelsat SC-nin İdarә Heyətinin birinci Prezidentinin və birinci İcraçı katibin öz vəzifələrinə başlamasınadək EUTELSAT təşkilatının Baş direktoru onların müvafiq funksiyalarını yerinə yetirir.

4. EUTELSAT təşkilatının funksiyalarının Eutelsat SC-yə və İcraçı katibə keçməsi

a) Eutelsat SC və Katiblik yaradılan tarixdə EUTELSAT təşkilatının Baş direktoru bu barədə bütün maraqlı şəxslərə məlumat verir.

b) EUTELSAT-ın Baş direktoru EUTELSAT təşkilatının qanuni nümayəndəsi kimi EUTELSAT təşkilatının əldə etdiyi bütün hüquq və vəzifələrin Eutelsat SC-yə və İcraçı katibə keçməsini vaxtında təmin etmək üçün bütün zəruri tədbirləri görür.
Əlavə B


Yüklə 85,66 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin