"Avropa Peyk Rabitəsi Təşkilatının yaradılması haqqında" Konvensiyaya (düzəlişlərlə) qoşulmaq barəsində



Yüklə 85,66 Kb.
səhifə18/18
tarix07.01.2022
ölçüsü85,66 Kb.
#82824
1   ...   10   11   12   13   14   15   16   17   18
(Arbitraj proseduru)
1. Konvensiyanın XV maddəsində göstərilən hər hansı mübahisəyə dair arbitraj qərarının çıxarılması məqsədi ilə aşağıdakı bəndlərə uyğun olaraq Arbitraj Tribunalı yaradılır.

2. Arbitraj çərçivəsində Konvensiyanın istənilən Tərəfi mübahisə tərəflərindən hər hansı birinə qoşula bilər.

3. Arbitraj Tribunalı üç üzvdən ibarətdir. Mübahisənin arbitraja verilməsi barədə digər tərəfin xahişinin alındığı tarixdən iki ay ərzində mübahisənin hər bir tərəfi bir arbitr təyin edir. Əgər Konvensiyanın XV maddəsi mübahisənin arbitraja verilməsi barədə mübahisə tərəflərinin razılığını tələb edirsə, iki aylıq müddət belə razılığın verildiyi tarixdən hesablanır. İkinci arbitrin təyin edildiyi tarixdən hesablanan iki aylıq müddət ərzində ilk iki arbitr üçüncü arbitri Arbitraj Tribunalının sədrini təyin edirlər. Əgər arbitrlərdən biri tələb olunan müddətdə təyin edilməmişdirsə, onu istənilən tərəfin tələbi ilə Beynəlxalq Məhkəmənin Sədri, tərəflər arasında razılıq olmadıqda isə Münsiflər Məhkəməsi Daimi Palatasının Baş katibi təyin edir. Arbitraj Tribunalının Sədri tələb olunan müddət ərzində təyin edilmədikdə də eyni prosedur tətbiq olunur.

4. Arbitraj Tribunalı özünün yerləşmə yerini təyin edir və öz prosedur qaydalarını müəyyənləşdirir.

5. Hər bir tərəf özünün təyin etdiyi arbitrin xərclərini, eləcə də Tribunalda təmsilçilik xərclərini ödəyir. Arbitraj Tribunalının Sədri ilə bağlı xərclər mübahisə tərəfləri arasında bərabər bölüşdürülür.

6. Arbitraj Tribunalının qərarı səsvermədə bitərəf qala bilməyən üzvlərin çoxluğu tərəfindən qəbul edilir. Bu qərar mübahisə tərəflərinin hamısı üçün qəti və məcburidir. Ondan şikayət verilə bilməz. Tərəflər təxirə salmadan arbitraj qərarını yerinə yetirməyə borcludurlar. Bildiriş yaxud onun məğzi ilə bağlı mübahisə yarandıqda Arbitraj Tribunalı mübahisə tərəflərindən hər hansı birinin xahişi ilə onun təfsirini verir.


* EUTELSAT təşkilatının üzvü olan dövlətlər: Avstriya, Belçika, Vatikan, Almaniya (Federativ Respublika), Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kipr, Lixtenşteyn Lüksemburq, Malta, Monako, Niderland, Norveç, Portuqaliya, San-Marino, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə, Finlandiya, Fransa, İsveç, İsveçrə, Yuqoslaviya.
Yüklə 85,66 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin