(EUTELSAT-ın strukturu)
a) EUTELSAT təşkilatına aşağıdakı orqanlar daxildir:
i) Tərəflərin Assambleyası;
ii) İcraçı katibin başçılıq etdiyi Katiblik.
b) Hər bir orqan Konvensiyanın ona verdiyi səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir.
Maddə VII
(Tərəflərin Assambleyası - tərkibi və sessiyaları)
a) Tərəflərin Assambleyası bütün Tərəflərdən ibarətdir.
b) Tərəflərin Assambleyasında hər bir Tərəfi istənilən digər Tərəf təmsil edə bilər, lakin heç bir Tərəf ikidən artıq digər Tərəfi təmsil edə bilməz.
c) Tərəflərin Assambleyasının ilk növbəti sessiyasını Konvensiyanın qüvvəyə mindiyi tarixdən sonrakı bir il ərzində Baş direktor çağırmalıdır. Bundan sonra növbəti sessiyalar, əgər növbəti sessiyada Tərəflərin Assambleyası sonrakı növbəti sessiyanın başqa müddətdə çağırılacağını qərara almazsa, hər iki ildən bir çağırılmalıdır.
d) Tərəflərin Assambleyası həmçinin Tərəflərdən birinin və ya bir neçəsinin sorğusu ilə (əgər Tərəflərdən ən azı üçdə biri dəstəkləyərsə) yaxud Eutelsat SC-nin sorğusu ilə növbədənkənar sessiyalar da keçirə bilər. Belə sorğuda növbədənkənar sessiyanın keçirilməsi səbəbləri açıqlanmalıdır.
e) Hər bir Tərəf Tərəflərin Assambleyasının sessiyalarında öz təmsilçilik xərclərini ödəyir.
Maddə VIII
Dostları ilə paylaş: |