(Tərəflərin Assambleyası - Prosedur)
a) Tərəflərin Assambleyasında hər bir Tərəf bir səsə malikdir. Səsvermədə bitərəf qalmış Tərəflər səs verməmiş sayılır.
b) Başlıca məsələlər üzrə qərarlar iştirak edən yaxud təmsil olunan və səs verən Tərəflərin səslərinin ən azı üçdə ikisi ilə qəbul edilir. Konvensiyanın VII Maddəsinin b) bəndinə uyğun olaraq bir və ya iki Tərəfi təmsil edən Tərəf təmsil etdiyi hər bir Tərəf üçün ayrıca səs verə bilər.
c) Prosedur məsələləri üzrə qərarlar iştirak edən və səs verən Tərəflərin sadə səs çoxluğu ilə qəbul edilir, özü də onlardan hər biri bir səsə malikdir.
d) Tərəflərin Assambleyasının istənilən iclası üçün yetərsayı bütün Tərəflərin təmsilçilərinin sadə səs çoxluğu təşkil edir, bir şərtlə ki, bütün Tərəflərin ən azı üçdə biri iştirak etsin.
e) Tərəflərin Assambleyası öz prosedur qaydalarını qəbul edir, həmin qaydalar Konvensiyanın müddəalarına uyğun olmalıdır və xüsusən aşağıdakı müddəalardan ibarətdir:
i) Sədrin və Rəyasət Heyəti üzvlərinin seçilməsi;
ii) iclasların çağırılması; .
iii) təmsilçilik və akkreditə; .
iv) səsvermə prosedurları.
Maddə IX
Dostları ilə paylaş: |