(Hüquq və vəzifələr)
a) Konvensiyanın prinsip və müddəalarına riayət etmək və onları inkişaf etdirmək məqsədi ilə Tərəflər Konvensiyanın onlar üçün təsbit etdiyi hüquq və vəzifələri öz üzərlərinə götürürlər.
b) Bütün Tərəflər Konvensiyanın müddəalarına uyğun olaraq təmsil olunmaq hüququna malik olduqları istənilən konfrans və müşavirələrdə, həmçinin EUTELSAT-ın çağırdığı yaxud belə iclaslar üçün EUTELSAT-ın qəbul etdiyi müddəalara uyğun olaraq onun himayəsi altında keçirilən hər hansı digər müşavirələrdə, keçirilmə yerindən asılı olmayaraq, iştirak edə bilərlər.
c) EUTELSAT təşkilatının mənzil-qərargahının yerləşdiyi ölkədən kənarda çağırılan hər hansı konfrans və ya müşavirədən öncə İcraçı katib diqqət yetirir ki, qəbul edən Tərəflə sazişlərdə belə konfransın və ya müşavirənin davam etdiyi müddət ərzində onun keçirildiyi Dövlətə iştirak etmək hüququna malik olan bütün Tərəflərin təmsilçilərinin gəlməsi və orada olması ilə bağlı müddəa nəzərdə tutulsun.
Maddə XII
Dostları ilə paylaş: |