"Avropa Peyk Rabitəsi Təşkilatının yaradılması haqqında" Konvensiyaya (düzəlişlərlə) qoşulmaq barəsində


(EUTELSAT-ın mənzil-qərargahı, imtiyazları, güzəştləri və immunitetləri)



Yüklə 85,66 Kb.
səhifə9/18
tarix07.01.2022
ölçüsü85,66 Kb.
#82824
1   ...   5   6   7   8   9   10   11   12   ...   18
(EUTELSAT-ın mənzil-qərargahı, imtiyazları, güzəştləri və immunitetləri)

a) EUTELSAT-ın mənzil-qərargahı Fransada yerləşir.

b) Konvensiyanın müəyyən etdiyi fəaliyyəti çərçivəsində EUTELSAT və onun əmlakı bütün Tərəflərin ərazilərində gəlir vergisindən və birbaşa əmlak vergisindən, bütün gömrük rüsumlarından azad edilir.

c) Bu bənddə adı çəkilən Protokola uyğun olaraq, hər bir Tərəf EUTELSAT-a, onun funksionerlərinə və heyətin göstərilən Protokolda müəyyən edilmiş digər kateqoriyalarına, Tərəflərə və Tərəflərin təmsilçilərinə, eləcə də arbitraj prosedurlarında iştirak edən şəxslərə zəruri olan müvafiq imtiyazları, güzəştləri və immunitetləri verir. Konkret olaraq hər bir Tərəf yuxarıda sadalanan şəxslərə öz funksiyalarını yerinə yetirdikləri zaman və bu bənddə göstərilən Protokolda nəzərdə tutulmuş hədlərdə və hallarda onların öz vəzifələri çərçivəsində etdikləri hərəkətə, yazılı və ya şifahi işlətdikləri ifadələrə görə yurisdiksiya immuniteti verir. Ərazisində EUTELSAT-ın mənzil-qərargahı yerləşən Tərəf mümkün qədər tez bir zamanda EUTELSAT-la danışıqlar aparır yaxud zərurət olduqda mənzil-qərargah haqqında sazişin imtiyaz, güzəşt və immunitetləri əhatə edən şərtlərinə yenidən baxır. Digər Tərəflər də imtiyazlara, güzəştlərə və immunitetlərə dair Protokolu mümkün qədər tez bağlamalıdırlar. Həm mənzil-qərargah haqqında sazişdə, həm də Protokolda onların qüvvədə olma müddətinin bitməsi şərtləri qeyd olunur; onlar Konvensiyadan asılı deyildir.

Maddə XIII


Yüklə 85,66 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin