"Avropa Peyk Rabitəsi Təşkilatının yaradılması haqqında" Konvensiyaya (düzəlişlərlə) qoşulmaq barəsində


(Düzəlişlər və Konvensiyanın qüvvəsinə xitam verilməsi)



Yüklə 85,66 Kb.
səhifə11/18
tarix07.01.2022
ölçüsü85,66 Kb.
#82824
1   ...   7   8   9   10   11   12   13   14   ...   18
(Düzəlişlər və Konvensiyanın qüvvəsinə xitam verilməsi)

a) Konvensiyaya düzəlişləri istənilən Tərəf təklif edə bilər. Düzəlişlər barədə təkliflər İcraçı katibə göndərilir, o, təxirə salmadan mətni Tərəflərin hamısına çatdırır. Tərəflərin Assambleyası düzəliş barədə təklifə onun yayıldığı andan ən azı altı ay keçdikdən sonra baxır və bu zaman Konvensiyaya düzəliş haqqında təklif Eutelsat SC-nin fəaliyyətinə toxuna bilərsə, ondan alınan məşvərət rəyində göstərilən bütün tövsiyələr lazımi qaydada nəzərə alınır. Hər bir konkret halda Tərəflərin Assambleyası başlıca məsələlər üçün nəzərdə tutulmuş prosedura müvafiq olaraq qəbul etdiyi qərarla bu müddəti qısalda bilər.

b) Tərəflərin Assambleyasının qəbul etdiyi düzəliş, bu düzəlişin Tərəflərin Assambleyasında qəbulu zamanı Tərəf olmuş dövlətlərin üçdə ikisinin qəbul etməsi barədə bildirişi Depozitarinin almasından yüz iyirmi gün keçdikdən sonra qüvvəyə minir. Düzəliş qüvvəyə mindikdən sonra bütün Tərəflər üçün məcburi sayılır.

c) Tərəflər bütün Tərəflərin üçdə iki səs çoxluğu ilə EUTELSAT təşkilatını buraxa və Konvensiyanın qüvvəsinə xitam verə bilərlər.

d) Konvensiyanın qüvvəsinə xitam verilməsi Eutelsat SC-nin mövcudluğunu sual altına almır.

c) Əgər Eutelsat SC ilə bağlı digər qərar qəbul edilməmişdirsə, EUTELSAT təşkilatının buraxılması barədə bu Maddənin c) bəndinə uyğun olan heç bir qərar III Maddənin b) bəndində göstərilən bütün beynəlxalq hüquq və vəzifələr tamamilə bitməyincə qəbul edilmir.

Maddə XV


Yüklə 85,66 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin