(Mübahisələrin nizamlanması)
a) Tərəflər arasında yaxud EUTELSAT-la hər hansı bir Tərəf və ya bir neçə Tərəf arasında Konvensiyanın təfsiri yaxud tətbiqi ilə bağlı istənilən mübahisə, əgər mübahisə Tərəflərindən birinin göstərilən mübahisəni xoşluqla həll etmək niyyəti barədə digər Tərəfə bildiriş göndərdiyi tarixdən etibarən bir il ərzində həll edilməyibsə, Konvensiyanın B Əlavəsinə müvafiq olaraq arbitraja verilir.
b) Konvensiyanın təfsiri və tətbiqi ilə bağlı Tərəflə artıq Tərəf olmayan Dövlət arasında yaxud EUTELSAT-la artıq Tərəf olmayan Dövlət arasında həmin Dövlət Tərəf olmadıqdan sonra ortaya çıxan hər hansı mübahisə, əgər mübahisə tərəflərindən birinin göstərilən mübahisəni xoşluqla həll etmək niyyəti barədə digər Tərəfə bildiriş göndərdiyi tarixdən etibarən bir il ərzində həll edilməyibsə, Konvensiyanın B Əlavəsinin müddəalarına uyğun olaraq arbitraja verilir, bir şərtlə ki, artıq Tərəf olmayan Dövlət buna razı olsun. Əgər Dövlət özünün iştirak etdiyi mübahisənin bu maddənin a) bəndinə uyğun olaraq arbitraja verilməsindən sonra artıq Tərəf olmazsa, arbitraj araşdırması sona çatdırılanadək davam etdirilməlidir.
Maddə XVI
Dostları ilə paylaş: |