"Avropa Peyk Rabitəsi Təşkilatının yaradılması haqqında" Konvensiyaya (düzəlişlərlə) qoşulmaq barəsində



Yüklə 85,66 Kb.
səhifə15/18
tarix07.01.2022
ölçüsü85,66 Kb.
#82824
1   ...   10   11   12   13   14   15   16   17   18
(Qoşulma)

a) Özünün Rabitə müdiriyyəti yaxud Tanınmış özəl istismar təşkilatı Konvensiyanın imzalanmaq üçün açıldığı tarixədək Müvəqqəti Sazişi imzalamış Tərəf olan yaxud belə Tərəf olmaq hüququna malik olan hər hansı Dövlət Konvensiyanın imzalanmaq üçün açıqlığına xitam verildiyi tarixdən ta Konvensiyanın qüvvəyə minməsindən sonra iki il bitənədək Konvensiyaya qoşula bilər.

b) Bu Maddənin c)-dən e)-dək bəndlərinin müddəaları aşağıdakı dövlətlərin qoşulma barədəki xahişlәrinә tətbiq edilir:

i) Özünün Rabitә müdiriyyəti yaxud Tanınmış özəl istismar təşkilatı Konvensiyanın imzalanmaq üçün açıldığı tarixədək Müvəqqəti Sazişi imzalamış Tərəf olan yaxud belə Tərəf olmaq hüququna malik olan, lakin Konvensiyanın XVI Maddəsinin a) bəndinin i) və ya ii) yarımbəndlərinə yaxud bu maddənin a) bəndinə uyğun olaraq, Konvensiyanın Tərəfi olmamış Dövlət;

ii) Beynəlxalq Elektrik Rabitəsi İttifaqının üzvü olan və Konvensiya qüvvəyə mindikdən sonra ona qoşulmağı arzu edən hər hansı bir Avropa dövləti.

c) Bu maddənin a) bəndində göstərilən şərtlərlə Konvensiyaya qoşulmağı arzu edən hər hansı Dövlət (bundan sonra "Ərizəçi dövlət" adlandırılacaq) İcraçı katibə bu barədə yazılı bildiriş və həmin ərizə ilə bağlı bütün məlumatları göndərməlidir.

d) İcraçı katib Ərizəçi dövlətin sorğusunu alır və onu Tərəflərin Assambleyasına göndərir"

e) Tərəflərin Assambleyası İcraçı katibin bu maddənin c) bəndinə uyğun olan bütün zəruri informasiyaya malik olduğunu qərarlaşdırdığı tarixdən altı ay ərzində Ərizəçi dövlәtin xahişi barədə qərar qəbul edir. İcraçı katib bu qərarı təxirə salmadan Tərəflərin Assambleyasına göndərir. Tərəflərin Assambleyasının qərarı başlıca məsələlərin həlli proseduruna uyğun olaraq gizli səsvermə

yolu ilə qəbul edilir. Bu məqsədlə Tərəflərin Assambleyasının növbədənkənar sessiyası çağırıla bilər.

f) İcraçı katib Tərəflərin Assambleyasının qoşulma üçün müəyyən etdiyi şərtlər barədə Ərizəçi dövlətə bildiriş göndərir. Bu şərtlər maraqlı Dövlətin saxlanılmaq üçün Depozitariyə təhvil verdiyi qoşulma aktına əlavə edilən Protokolun predmeti olmalıdır.

Maddə XIX


Yüklə 85,66 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin