(EUTELSAT-ın və Eutelsat SC-nin təsis edilməsi)
a) Bu Konvensiya ilə Tərəflər bundan sonra EUTELSAT adlandırılan Avropa Peyk Rabitəsi Təşkilatını təsis edirlər.
b) i) Eutelsat SC peyk sisteminin istismarı və peyk xidmətlərinin göstərilməsi üçün təsis edilmişdir və bu məqsədlə EUTELSAT təşkilatının aktivləri və operativ fəaliyyəti Eutelsat SC-yə keçirilir.
ii) Eutelsat SC təsis aktlarını və təsis edildiyi ölkənin qanunlarını əsas götürür.
iii) Tərəflə Eutelsat SC arasında bağlanmalı razılaşmalara uyğun olaraq, ərazisində Eutelsat SC-nin mənzil-qərargahı yerləşən yaxud aktivləri olan və/və ya istismar edilən hər hansı Tərəf Eutelsat SC-nin yaradılması və fəaliyyətinə yardım üçün bütün zəruri tədbirləri görür.
c) EUTELSAT təşkilatı ilə Eutelsat SC arasındakı qarşılıqlı münasibətlər Razılaşmada müəyyənləşdirilmişdir.
d) Konvensiyanın A Əlavəsinin müvafiq müddəaları EUTELSAT təşkilatının fəaliyyəti ilə Eutelsat SOnin fəaliyyəti arasında varisliyi təmin etməlidir.
Maddə III
Dostları ilə paylaş: |