"Avropa Peyk Rabitəsi Təşkilatının yaradılması haqqında" Konvensiyaya (düzəlişlərlə) qoşulmaq barəsində



Yüklə 85,66 Kb.
səhifə3/18
tarix07.01.2022
ölçüsü85,66 Kb.
#82824
1   2   3   4   5   6   7   8   9   ...   18
(EUTELSAT təşkilatının vəzifəsi)

a) EUTELSAT özünün əsas vəzifəsi olaraq diqqət yetirir ki, Eutelsat SC bu maddədə göstərilən Başlıca prinsiplərə, yəni aşağıdakılara riayət etsin:

i) ümumi istifadə xidmətinin/universal xidmətin vəzifələri: bu vəzifələr kosmik seqmentə və ümumi istifadədə olan telefon kommutasiya şəbəkəsinə qoşulmuş xidmətlərin təmin olunması üçün ondan istifadəyə tətbiq olunur; audiovizual xidmətlər və gələcək xidmətlər milli qaydalara və lazımi beynəlxalq sazişlərə, xüsusən Transsərhəd televiziya haqqında Avropa Konvensiyasının müddəalarına müvafiq olaraq və həmin müddəaların, universal xidmət anlayışına və cəmiyyətin informasiya təminatına tətbiq edilə bilənlərini nəzərə almaqla göstəriləcəkdir;

ii) Peyk sisteminin ümumavropa əhatəsi. Eutelsat SC özünün peyk sisteminin bütün Avropanı əhatə edə bilməsi sayəsində Üzv dövlətlərdə rabitə xidmətlərinə tələbatın mövcud olduğu bütün zonalara iqtisadi əsaslarla xidmət göstərməyə çalışır;

iii) ayrı-seçkiliyin olmaması: kommersiya çevikliyi və qüvvədə olan qanunvericiliyə uyğunluq istisna olmaqla, istifadəçilərə ədalətli zəmində xidmət göstərilir;

iv) loyal rəqabət: Eutelsat SC rəqabət məsələlərində qüvvədə olan bütün qanunlara və qaydalara riayət edir.

b) EUTELSAT təşkilatı həmçinin EUTELSAT-ın kosmik seqmentinin istismarından irəli gələn və Eutelsat SC-yə keçən beynəlxalq hüquq və vəzifələr sahəsində, xüsusən tezliklərdən istifadə ilə bağlı radiorabitə Reqlamenti baxımından varisliyi təmin etməyi öz qarşısına vəzifə qoyur.

Maddə IV



Yüklə 85,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin