(Hüquq subyektliyi)
a) EUTELSAT hüquq subyektidir.
b) EUTELSAT öz funksiya və vəzifələrinin yerinə yetirilməsi üçün zəruri olan tam hüquq qabiliyyətinə malikdir və konkret olaraq onun:
i) kontraktlar bağlamaq;
ii) daşınar və daşınmaz əmlak əldə etmək, icarəyə götürmək, saxlamaq və ləğv etmək;
iii) məhkəmə icraatının iştirakçısı olmaq;
iv) dövlətlərlə və ya beynəlxalq təşkilatlarla sazişlər bağlamaq hüququ vardır.
Maddə V
(Xərclər)
a) EUTELSAT-ın xərc və məsrəflərinin ödənilməsi üçün Razılaşmaya uyğun olaraq, EUTELSAT-la Eutelsat SC arasında hər cür razılaşmalar bağlana bilər.
b) Katibliyin təsis edilməsi və fəaliyyət göstərməsi ilə bağlı məsrəflər, onun yerləşdiyi binaların icarəyə götürülməsi və saxlanılması xərcləri, işçi heyətinin əmək haqları və mükafatlandırılması, Tərəflər Assambleyasının sessiyalarının təşkili və keçirilməsi xərcləri, EUTELSAT-la Tərəflər, eləcə də digər təşkilatlar arasında məsləhətləşmələr üçün xərclər və EUTELSAT-ın III maddəyə müvafiq olaraq, Eutelsat SC-nin Başlıca prinsiplərə riayət etməsini izləmək üçün gördüyü tədbirlərlə bağlı xərclər məhdudlaşdırılmadan Razılaşmada müəyyən edilən son hədd çərçivəsində V maddənin (a) bəndinin müddəalarına uyğun olaraq Eutelsat SC-nin üzərinə qoyulur.
Maddə VI
Dostları ilə paylaş: |