(Tərəflərin Assambleyası - Funksiyaları)
Tərəflərin Assambleyası aşağıdakı funksiyaları yerinə yetirir:
a) Eutelsat SC-nin Başlıca prinsiplərlə bağlı fəaliyyətini nəzərdən keçirir. Bu baxımdan Eutelsat SC Tərəflərin Assambleyasında nəzərə alınacaq tövsiyələr verə bilər;
b) Razılaşmaya uyğun olaraq Eutelsat SC-nin Başlıca prinsiplərə riayət etməsini izləyir;
c) bu Razılaşmaya daxil edilməsi təklif olunan dəyişikliklər barədə qərarlar qəbul edir, özü də həmin dəyişikliklər Razılaşmanın tərəfləri arasında razılıqla şərtləndirilir;
d) EUTELSAT-ın kosmik seqmentinin istismarından irəli gələn və Eutelsat SC-yə keçən beynəlxalq hüquq və vəzifələrinin, xüsusən tezlikdən istifadə ilə bağlı radiorabitə Reqlamenti baxımından varisliyin təmin edilməsi üçün zəruri olan bütün qərarları qəbul edir;
e) Tərəf olan və ya olmayan dövlətlərlə yaxud beynəlxalq təşkilatlarla rәsmi qarşılıqlı münasibətlər barədə qərarlar qəbul edir və xüsusən də Konvensiyanın XII maddəsinin c) bəndində göstərilən mənzil-qərargah haqqında Saziş üzrə danışıqlar aparır;
f) XIV maddənin c) bəndinin müddəalarına uyğun olaraq Konvensiyanın qüvvəsinə xitam verilməsinə yönəldilmiş bütün təkliflər üzrə qərarlar qəbul edir;
g) Tərəflərin təqdim etdiyi etirazları nəzərdən keçirir;
h) Konvensiyanın XIII maddəsinə uyğun olaraq, Tərəfin EUTELSAT təşkilatından çıxması barədə qərarlar qəbul edir;
i) Konvensiyanın XIV maddəsinə uyğun olaraq, Konvensiyaya düzəliş edilməsinə dair istənilən təklif üzrə qərar qəbul edir və onun fəaliyyətinin həyata keçirilməsinə təsir göstərə bilən düzəlişə dair hər hansı bir təklifi Eutelsat SC-yə təqdim edir;
j) Konvensiyanın XVIII maddəsinin e) bəndinə uyğun olaraq, qoşulma haqqında hər hansı ərizəyə dair qərarlar qəbul edir;
k) Konvensiyanın X maddəsinə uyğun olaraq, İcraçı katibi təyin edir və onu geri çağıra bilər, həmçinin İcraçı katibin tövsiyəsi ilə Katibliyin bütün heyətinin kadr tərkibini, statusunu və işə götürülmə şərtlərini Razılaşmanı lazımi qaydada nəzərə almaqla müəyyən edir;
l) İcraçı katib olmadıqda və ya onun öz vəzifələrini yerinə yetirməsi qeyri-mümkün olduqda yaxud İcraçı katib vəzifəsi vakant elan edildikdə onun vəzifələrini icra edən şəxs kimi fəaliyyət göstərən Katibliyin ali funksionerini təyin edir;
m) illik və ya ikiillik büdcəni qəbul edir:
n) Razılaşmanın müddəalarına uyğun olaraq Eutelsat SC-nin yerdəyişmələrini təsdiq edir.
Maddə X
(Katiblik)
a) Katibliyə Tərəflərin Assambleyasının təyin etdiyi İcraçı katib rəhbərlik edir.
b) İcraçı katibin mandatının müddəti, əgər Tərəflərin Assambleyası başqa qərar qəbul etməzsə, dörd ildir.
c) Əsaslandırılmış qərarla Tərəflərin Assambleyası İcraçı katibin mandatının müddəti bitmədən onu geri çağıra bilər.
d) İcraçı katib EUTELSAT təşkilatının qanuni təmsilçisidir. O, Tərəflərin Assambleyasının rəhbərliyi altında fəaliyyət göstərir və Katibliyə həvalə edilmiş bütün funksiyaların həyata keçirilməsinə görə Assambleya qarşısında bilavasitə məsuliyyət daşıyır.
e) XI maddənin k) bəndinin müddəalarına uyğun olaraq, Assambleyanın təsdiq etməsi şərti ilə İcraçı katib Katibliyin bütün heyətini təyin etmək səlahiyyətinə malikdir.
f) İcraçı katib vəzifəsi vakant olduqda yaxud İcraçı katib olmadıqda və ya o öz vəzifələrini yerinə yetirmək iqtidarında deyilsə, Tərəflərin Assambleyasının lazımi qaydada təyin etdiyi İcraçı katib vəzifəsini icra edən şəxs Konvensiyanın İcraçı katibə həvalə etdiyi səlahiyyətlərə malik olur.
g) İcraçı katib və Katibliyin heyəti onların EUTELSAT təşkilatındakı məsuliyyəti ilə bir araya sığmayan hər hansı hərəkətdən çəkinməlidirlər.
Maddə XI
Dostları ilə paylaş: |