Avropa Şurasının və Avropa Birliyinin 2015-2017-ci illər üzrə



Yüklə 471.75 Kb.
səhifə1/7
tarix22.10.2017
ölçüsü471.75 Kb.
  1   2   3   4   5   6   7



Avropa Şurasının və Avropa Birliyinin 2015-2017-ci illər üzrə

Şərq Tərəfdaşlığı Proqram Əməkdaşlığı Çərçivəsinin

“Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına,

hakimlərin təliminin təkmilləşdirilməsinə və

məhkəmələrdə özünü-idarəetməyə dəstək” adlı layihəsi çərçivəsində

Şəki Apellyasiya Məhkəməsinin qiymətləndirilməsinə dair

məmnuniyyət sorğuları keçirilmişdir.
Şəki Apellyasiya Məhkəməsinin

2016-cı ildə keçirdiyi məmnuniyyət sorğularına dair



Yekun Hesabat

Şəki 2017



MÜNDƏRİCAT

I Minnətdarlıq..........................................................................................................................................3

II Diaqramların siyahısı

  1. Giriş

1.1 Layihə haqqında məlumat......................................................................................................5

1.2 Məhkəmə haqqında məlumat.................................................................................................5

1.3 Metodologiya...........................................................................................................................6

  1. Nəticələr

2.1 Məhkəmə istifadəçilərinin məmnuniyyət sorğuları...............................................................6

2.2 Vəkillərin məmnuniyyət sorğuları..........................................................................................9

2.3 Məhkəmə işçilərinin məmnuniyyət sorğuları.......................................................................12

  1. Nəticələrə əsasən fəaliyyət planı......................................................................................................15

  2. Yekun................................................................................................................................................15

  3. Əlavələr

5.1 Məhkəmə istifadəçilərinə aid sorğu anketi..........................................................................16

5.2 Vəkillərə aid sorğu anketi.....................................................................................................18

5.3 Məhkəmə işçilərinə aid sorğu anketi....................................................................................20




I Minnətdarlıq


İnsan hüquqularının qorunmasını özünün ali məqsədi kimi elan etmiş Azərbaycan dövləti nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və məhkəmə sisteminin müasirləşdirilməsinə yönəlmiş köklü məhkəmə-hüquq islahatlarını uğurla davam etdirir. Bu baxımdan Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünüidarəetməyə dəstək” layihəsi mühüm əhəmiyyət kəsb edir. Layihənin icrası çərçivəsində ilk dəfə CEPEJ adından layihə koordinatoru cənab Leonid Antohinin rəhbərlik etdiyi işçi qrupunun Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında məhkəmə sədri, hakimlər və aparat işçiləri ilə görüşləri keçirilmişdir. Görüş zamanı ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin yaxşılaşdırılmasından ötrü hazırlanmış müvafiq tədris proqramları çərçivəsində CEPEJ alətlərinin mahiyyəti izah edilmiş və həmin alətlərin icrası istiqamətində fikir mübadiləsi aparılmışdır. Sonrakı mərhələlərdə CEPEJ alətlərinə müvafiq olaraq hesabatlar hazırlanıb təqdim olunmuş və digər 4 (Sumqayıt Apellyasiya, Bakı Şəhəri Yasamal Rayon, Oğuz Rayon və Sumqayıt İnzibati-İqtisadi) pilot məhkəmənin, eləcə də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının nümayəndələrinin iştirakı ilə Bakı şəhərində baş tutan görüşlər zamanı CEPEJ ekspertləri tərəfindən hesabatların müzakirəsi həyata keçirilərək məhkəmə proseslərinin müddətinin idarə edilməsinə dair “SATURN” təlimatının icra vəziyyəti qiymətləndirilmişdir.

Layihə çərçivəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının və beş pilot məhkəmənin nümayəndələrindən ibarət tərkibdə respublikanın hüdudlarından kənarda da (Fransanın Respublikasının Strasburq, Estoniya Respublikasının Tallin və Tartu şəhərlərində) görüşlər keçirilərək CEPEJ tövsiyələrinə uyğun olaraq məmnuniyyət sorğularının metodologiyalarına dair mühazirələr dinlənilmiş, bu sahədə əldə olunan təcrübələrdən bəhs edilərək azərbaycan dilinə tərcümə olunan əyani vəsaitlər təqdim edilmişdir. Xüsusən qeyd etmək istərdik ki, Estoniyanın Ali Məhkəməsinə və Tartu şəhər Apellyasiya Məhkəməsinə səfərlər zamanı Estoniyanın məhkəmə sistemi ilə yaxından tanışlıq olmuşdur.

Keçən dövr ərzində CEPEJ alətlərinin tətbiqi nəticəsində Şəki Apellyasiya Məhkəməsinin qiymətləndirilməsinə dair məhkəmə istifadəçiləri, vəkillər və məhkəmə işçiləri arasında məmnuniyyət sorğuları keçirilmiş, ötən ilin statistik məlumatları toplanılmış və hər iki xüsusiyyət üzrə təhlillər aparılmışdır. Məmnuniyyət sorğularının nəticəsində məhkəmədə təkmilləşdirilməsi zəruri bilinən sahələr aşkar olunaraq onların aradan qaldırılması üçün hədəflər müəyyən edilmişdir. Statistik məlumatların təhlili zamanı CEPEJ ekspertləri tərəfindən tövsiyə olunan göstəricilərin tətbiqi məhkəmənin necə fəaliyyət göstərdiyini, xüsusən də hansı çətinliklər və maneələrlə qarşılaşdığını daha aydın şəkildə görmək olar. Misal üçün, tövsiyə olunan göstəricilərdən “Məhkəmə işinin həll olunma (CR)” və “Məhkəmə işinə baxılma müddəti (DT)” göstəricilərinin daha uzun müddət tətbiqi hakimlərin, ümumilikdə məhkəmə fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə oluna bilər.

Sonda Avropa Şurası tərəfindən həyata keçirilən Avropa Şurasının və Avropa Birliyinin 2015-2017-ci illər üzrə Şərq Tərəfdaşlığı Proqram Əməkdaşlığı Çərçivəsinin “Azərbaycanda məhkəmələrin səmərəliliyinin artırılmasına, hakimlərin təliminin təkmilləşdirilməsinə və məhkəmələrdə özünü-idarəetməyə dəstək” adlı layihədə iştirakımıza, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində əldə etdiyimiz nəzəri və praktiki biliklərimizə, o cümlədən ölkə xaricində baş tutan maraqlı və faydalı tədbirlərə səfərlərimizə şərait yaratdılmasına görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına, bütün zəhməti olan şəxslərə, eləcə də maliyyə dəstəyinə görə Avropa Birliyinə, həmçinin layihə koordinatoru cənab Leonid Antohinə və ekspert qrupuna minnətdarlığımızı bildirərək bu kimi faydalı növbəti layihələrin icrası çərçivəsində yenidən beynəlxalq tədbirlərdə və ən müasir standartlara uyğun inşa edilmiş Şəki Məhkəmə Kompleksində də görüşməyi ümid edirik.

Əminlik ifadə etmək istəyirik ki, layihənin həyata keçirilməsi nəticəsində əldə edilmiş bilgilərin, o cümlədən CEPEJ alətlərinin və yoxlama vərəqələrinin tətbiqi metodologiyasının bütün məhkəmələr arasında təşviqi ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə nəticələnəcəkdir.



Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə