Metodologiya
Məhkəmə istifadәçilәrinin və vəkillərin məmnuniyyət səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə bir sıra məmnuniyyət sorğusu metodologiyaları təklif edilmişdir. Şəki Apellyasiya Məhkəməsi daxili resuslara əsaslanaraq kağız üzərində, yəni məhkəmələrin daxilində respondentlərin özlərinin doldurduğu sorğular metodundan istifadə etmişdir. Bu məqsədlə məhkəmə zallarının yaxınlığında, məhkəmə kompleksinin birinci mərtəbəsində iki, ikinci mərtəbəsində isə bir olmaqla, üç yer müəyyən edilmişdir. Xüsusi ayrılmış yerlərdə stolların üzərinə, önündə yazılar olan məhkəmə istifadәçilәri və vəkillər üçün sorğu anketləri qoyulmuş, anketlərin arasında şəffaf qutular yerləşdirilmiş, eləcə də sorğuların doldurulmasında iştirak edən respondentlər üçün münbit şərait yaradılmışdır. Bundan başqa, məhkəmə iclaslarına gələn şəxsləri sorğuda iştirak etməyə sövq etmək məqsədi ilə vətəndaşlar üçün nəzərdə tutulmuş ümumi girişin hər iki tərəfində yerləşən sütunlara və məhkəmə kompleksinin ictimai zonasında yazılar, ümumi girişdən girən kimi ön tərəfdə isə elan lövhəsi yerləşdirilmişdir. Həmin yazılarda və elan lövhəsində anonimliyin qorunması tədbirlərinə əməl olunacağı qeyd edilmişdir. Göstərilənlərlə yanaşı, məhkəməyə gələn şəxslər arasında məmnuniyyət sorğularının aparılması məqsədi ilə təbliğat və təşviqat işlərini həyata keçirən məhkəmə aparat işçiləri də respondentlərə yaxınlaşarkən onlar tərəfindən veriləcək məlumatların anonim saxlanılacağı bildirilmişdir.
Şəki Apellyasiya Məhkəməsinin qiymətləndirilməsinə dair aparılan məmnuniyyət sorğusunda 108 nəfər məhkəmə istifadəçiləri, 17 nəfər vəkil və 39 nəfər məhkəmə heyəti (məhkəmə aparatı işçiləri) iştirak etmişdir.
Nəticələr
2.1 Məhkəmə istifadəçilərinin məmnuniyyət sorğuları
Məhkəmə istifadəçilərinin məmnuniyyət sorğuları (Əlavə 5.1) 2016-cı ilin avqust ayının 15-dən oktyabr ayının 1-dək keçirilmiş və sorğuda 108 respondent iştirak etmişdir.
Məlum olmuşdur ki, respondentlərin 37 %-i 31-50 yaş həddində olmaqla, onlardan 66%-i məhkəmədə tərəflərdən biri kimi iştirak etmiş və tərəf qismində iştirak edən respondentlərin 32%-i məhkəmənin onlar barəsində çıxardığı qərarların lehinə olmuşdur.
D iaqram 1: Məhkəmə istifadəçilərinin yaş göstəricisi
|
Diaqram 2: Məhkəmə istifadəçilərinin məhkəmədə hansı qisimdə iştirak etmələrinə dair göstərici
|
Diaqram 3: Məhkəmədə tərəflərdən biri qismində iştirak edən məhkəmə istifadəçisi barəsində çıxarılan qərarın onun lehinə olub-olmamasına dair göstərici
|
Eyni zamanda müəyyən edilmişdir ki, tərəflərdən biri olan 71 respondentin 49%-i vəkil və ya nümayəndə ilə təmsil olunmamış və 48%-i təmsil olunmamağının səbəbini nümayəndəyə ehtiyac olmaması kimi göstərmişdir.
Diaqram 4: Məhkəmə istifadəçisini tərəflərdən biri olduğu halda onun vəkil və ya nümayəndə ilə təmsil olunub-olunmamasına dair göstərici
|
D iaqram 5: Məhkəmə istifadəçilərinin vəkillə və ya nümayəndə ilə təmsil olunmamasının səbəbinə dair göstərici
|
Respondentlərin 88 %-i prosesdə iştirak etmək məqsədi ilə gəlmiş və onlardan 56%-i məhz mülki işlə bağlı prosesdə iştirak edəcəyini bildirmişdir.
Diaqram 6: Məhkəmə istifadəçilərinin məhkəməyə gəlişlərinin nə ilə bağlı olmasına dair göstərici
|
Diaqram 7: Məhkəmə istifadəçilərinin hansı növ prosesdə iştirak etmələrinə dair göstərici
|
Məmnuniyyət sorğusunda iştirak edən 108 məhkəmə istifadəçisi məmnuniyyət səviyyəsini müəyyən edən suallar üzrə aşağıda qeyd olunan cavablardan birini seçməklə öz məmnuniyyətini ifadə etmişlər:
1: Heç məmnun deyiləm;
2: Məmnun deyiləm;
3: Neytralam;
4: Məmnunam;
5: Çox məmnunam.
və ya “Fikrim yoxdur” xanasını seçmişlər.
Məmnuniyyət səviyyəsinin müəyyən edilməsindən ötrü məmnuniyyət dərəcəsini ifadə edən cavablar təhlil olunmuşdur. Təhlil zamanı suallara cavab verməmiş və ya“Fikrim yoxdur” cavabını seçmiş respondentlərin sayı ümumi cavabların sayına daxil edilməmişdir.
S/S
|
|
Sual
|
Ortalama qiymət
| -
|
S.8
|
Məhkəmələrin fəaliyyəti sizi qane edirmi?
|
3,7
| -
|
S.9
|
Proseslər uzun çəkirmi?
|
3,5
| -
|
S.10
|
Vəkilə/nümayəndəyə xərclədiyiniz pulu nəzərə almadan məhkəmə xərclərini qiymətləndirin
|
3,5
| -
|
S.11
|
Məhkəmə sisteminə inanırsınızmı?
|
3,6
| -
|
S.12
|
Məhkəmədən ümumi məmnunluq səviyyəsi
|
3,7
| -
|
S.13
|
Hüquqlarınız haqqında məlumat almaq asan idimi?
|
4,1
| -
|
S.14
|
Məhkəmənin təqdim etdiyi məlumatlar sizi qane etdimi?
|
4,04
| -
|
S.15
|
Məhkəmə binasının yerləşdiyi yer
|
4
| -
|
S.16
|
Məhkəmə binasının içərisindəki yol göstərici nişanlar
|
4,7
| -
|
S.17
|
Gözləmə şəraiti
|
4,7
| -
|
S.18
|
Məhkəmə zalının mebel təchizatı
|
4,8
| -
|
S.19
|
Məhkəmə bildirişlərinin və çağırış vərəqələrinin aydınlığı
|
4,5
| -
|
S.20
|
Məhkəmə bildirişinin və ya çağırış vərəqəsinin göndərilmə tarixi ilə məhkəmə iclasının tarixi arasındakı müddət qənaətbəxş idimi?
|
4,2
| -
|
S.21
|
Məhkəmə iclasının vaxtlı-vaxtında keçirilməsi və işinizə baxılma şəraiti yaxşı idimi ?
|
4,2
| -
|
S.22
|
Məhkəmənin işçi heyətinin davranışları və nəzakət səviyyəsi ilə bağlı fikriniz
|
4,6
| -
|
S.23
|
Məhkəmənin işçi heyətinin səriştəlilik səviyyəsi
|
4,3
| -
|
S.24
|
Hakimlərin davranışı və nəzakətliliyi
|
4,4
| -
|
S.25
|
Hakimlərin dilinin anlaşıqlığı
|
4,3
| -
|
S.26
|
İclas vaxtı hakimin qərəzsizliyi
|
3,9
| -
|
S.27
|
Məhkəmə iclasında sizin və ya vəkilinizin dinlənilməsi üçün ayrılan vaxt
|
4,2
| -
|
S.28
|
Məhkəmə qərarının anlaşıqlığı
|
4,04
| -
|
S.29
|
Məhkəmənin maddi-texniki təchizatını qiymətləndirin
|
4,6
| -
|
S.30
|
Müraciətlərinizə verilən cavablar
|
4,3
|
8-30 suallar üçün ümümi ortalama qiymət
|
4,2
|
Göründüyü kimi, məmnuniyyət səviyyəsini müəyyən edən sualların təxminən 74%-i orta qiyməti 4 və 4-dən yuxarı, məmnuniyyət səviyyəsini müəyyən edən 23 sualın orta qiyməti isə 4,2 olmuşdur.
Təhlil zamanı, həmçinin orta qiyməti ən yüksək olan 5 sual
S/S
|
|
Sual
|
Orta qiymət
| -
|
S.18
|
Məhkəmə zalının mebel təchizatı
|
4,8
| -
|
S.16
|
Məhkəmə binasının içərisindəki yol göstərici nişanlar
|
4,7
| -
|
S.17
|
Gözləmə şəraiti
|
4,7
| -
|
S.22
|
Məhkəmənin işçi heyətinin davranışları və nəzakət səviyyəsi ilə bağlı fikriniz
|
4,6
| -
|
S.29
|
Məhkəmənin maddi-texniki təchizatını qiymətləndirin
|
4,6
|
eləcə də orta qiyməti ən aşağı olan 5 sual diqqətə alınmışdır.
S/S
|
|
Sual
|
Orta qiymət
| -
|
S.9
|
Proseslər uzun çəkirmi?
|
3,5
| -
|
S.10
|
Vəkilə/nümayəndəyə xərclədiyiniz pulu nəzərə almadan məhkəmə xərclərini qiymətləndirin
|
3,5
| -
|
S.11
|
Məhkəmə sisteminə inanırsınızmı?
|
3,6
| -
|
S.8
|
Məhkəmələrin fəaliyyəti sizi qane edirmi?
|
3,7
| -
|
S.12
|
Məhkəmədən ümumi məmnunluq səviyyəsi
|
3,7
|
Dostları ilə paylaş: |