Avropanın orta əsrlər tarixi



Yüklə 65,13 Kb.
tarix17.01.2017
ölçüsü65,13 Kb.
#552
növüMühazirə
Avropanın orta əsrlər tarixi


Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

HIST321, “Avropanın orta əsrlər tarixi (V-XVII əsrin ortaları)”, (3 kredit)

Departament

Tarix və Arxeologiya” departamenti

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Payız 2013

Fənni tədris edən müəllim (lər)

Yeganə Gözəlova

E-mail:

ygezalova@gmail.com

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

314 (O), VI gün – 13:40-15:00, 15:10-16:30

Məsləhət saatları

VI gün (razılaşdırılan vaxtda)

Prerekvizitlər




Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Əsas:

  1. Y.M.Mahmudov. Orta əsrlər tarixi. Bakı, 2012 (dərslik)

  2. Orta əsrlər tarixi. I cild. Bakı, 1988 (dərslik)

  3. Y.H.Gözəlova. Orta əsrlər tarixi. Bakı, 2008 (dərs vəsaiti)

  4. Y.H.Gözəlova. Beynəlxalq münasibətlər tarixi. Bakı, 2006 (dərs vəsaiti)

  5. Y.M.Mahmudov. Orta əsrlər tarixi. Erkən feodalizm dövrü. Bakı, 1990 (dərslik)

  6. Mühazirə mətnləri

Əlavə:

  1. Y.M.Mahmudov. Azərbaycan diplomatiyası. Bakı, 2006

  2. T.T.Mustafazadə. Ümumi tarix. I cild. Bakı, 2010

Kursun vebsaytı




Tədris metodları

Mühazirə

Tədris metodları

  • Tədris prosesində aşağıdakılar nəzərdə tutulur:

  • Mühazirələr

  • Mövzu ətrafında müzakirələr (məşğələ)

  • Xəritələrdən, kompüterdən, video və digər əyani vəsaitlərdən istifadə

  • Bəzi mövzularla bağlı dərslərə digər mütəxəssislərin dəvət edilməsi.




Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

Sentyabr-oktyabr ayında keçirilən mövzular əsasında tələbələrin biliyini yoxlamaq üçün noyabr ayında imtahan keçirilir.

30 bal

Praktiki məsələ






Fəallıq

Dərslərdə, diskussiyalarda, prezintasiyalarda və elmi seminarlarda iştirak etmək


15 bal



Tapşırıq və testlər





Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə




20 bal

Final imtahanı

Noyabr-dekabr keçirilən mövzular əsasındayanvar ayında final imtahan verilir.

40 bal

Digər







Yekun





100 bal

Kursun təsviri




Kursun məqsədləri

“Avropanın orta əsrlər tarixi” Azərbaycan Respublikasının ali tarix təhsili sistemində tədris olunan zəruri fənnlərdəndir. Fənnin tədrisini zəruri edən əsas amillər – tarixi prosesin öyrənilməsinə yeni baxış, formasiyalar nəzəriyyəsinin birtərəfli olması ilə əlaqədar marksist metodologiyanın qüsurlarının üzə çıxarılması, tarixi inkişafın qanunauyğunluqlarını öyrənmək üçün sivilizasiyalar nəzəriyyəsinin üstün cəhətlərinin daha çox olması, müasir dünyanın problemləri içərisində qloballaşma şəraitində sivilizasiyaların ünsiyyəti və ya toqquşması məsələsinin aktuallaşması kimi amillərdir.

Avropanın tarixi, xüsusilə orta əsrlər tarixi müasir tarixşünaslıq üçün yenə də aktual qalmaqdadır. Bu da ilk növbədə, Avropada orta əsrlərdə baş vermiş hadisələrin özəlliyi, dünya tarixinə göstərmiş olduğu böyük təsirilə bağlıdır. Xalqların böyük köçü, Frank imperiyası, Bizans mədəniyyəti, Renessans, Böyük Coğrafi kəşflər, müstəmləkəçilik sisteminin yaranması, Reformasiya bu tip hadisələrdəndir ki, müasir Avropanın və avropalıların həyatına təsiri yenə də davam edir. “Avropanın orta əsrlər tarixi” fənni bu özəlliklərin üzə çıxarılması və tədrisi məqsədi daşıyır. Avropa tarixinin tədqiqi və tədrisi ali tarix təhsilinin zəruri tərkib hissəsidir.

Tədris olunan kursun başlcıa məqsədi - tələbələrdə Avropanın orta əsrlər tarixi haqqında elmi bilikləri formalaşdırmaqdır.


Tədrisin (öyrənmənin) nəticələri

Fənnin tədrisinin nəticəsi:

Fənnin ümumi tədrisi prosesində tələbələrdə:



  • Avropa sivilizasiyasının digər sivilizasiyalardan fərqli və oxşar cəhətləri araşdırılacaq;

  • Avropa cəmiyyətinin Şərq sivilizasiylarından üstün olmadığı, əksinə onun bu sivilizasiyalardan bir çox şeyləri əks etdiyi xüsusi vurğulanacaq;

  • Avropanın erkən, inkişaf etmiş və son orta əsrlər tarixi üzrə siyasi və iqtisadi inkişaf xüsusiyyətləri öyrəniləcək;

  • Avropa mədəniyyətinin özəllikləri müəyyən olunacaq;

  • Avropa tarixinin ən önəmli hadisələri haqqında tam təsəvvür formalaşacaqdır.

Qaydalar (Tədris siyasəti və davranış)

QAYDALAR

Davamiyyət

Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.


Dərsə gecikmələr və ya digər dərs pozuntuları

Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.


Yoxlama işi

Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.


İmtahanlar

Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.

Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
Fənni bitirmək qaydası

Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.


İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.


Tələbənin davranış qaydaları

Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.




Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



21.09.2013

Mövzu 1. Orta əsrlər tarixi anlayışı

Mövzu 2. Avropa antikliklə orta əsrlərin hüdudunda

Kitab 1, səh. 3-19

Mühazirə mətnləri



28.09.2013

Mövzu 3. Davamı

Mövzu 4. Frank dövləti

Kitab 1, səh. 57-83

Mühazirə mövzuları



05.10.2013

Mövzu 5. Davamı

Mövzu 6. Bizans sivilizasiyası

Mühazirə mətnləri



12.10.2013

Mövzu 7. Orta əsr Avropa şəhərləri

Mövzu 8. Davamı

Mühazirə mətnləri



19.10.2013

Mövzu 9. Xaç yürüşləri

Mövzu 10. Avropa IX-XI əsrlərdə

Mühazirə mətnləri

Kitab 1, səh. 84-107



26.10.2013

Mövzu 11. Fransa XI-XV əsrlərdə

Mövzu 12. Davamı

Mühazirə mətnləri




02.11.2013

Mövzu 13. İngiltərə XI-XV əsrlərdə

Mövzu 14. Müsəlman İspaniyası

Mühazirə mətnləri




09.11.2013

Mövzu 15. XI-XV əsrlər Avropa mədəniyyəti

Aralıq imtahanı (1-15-ci mövzular)

Mühazirə mətnləri




16.11.2013

Mövzu 17. Son orta əsrlər anlayışı

Mövzu 18. Böyük Coğrafi kəşflər

Mühazirə mətnləri




23.11.2013

Mövzu 19. Davamı

Mövzu 20. Almaniyada Reformasiya

Mühazirə mətnləri




30.11.2013

Mövzu 21. İspaniyanın yüksəlişi

Mövzu 22. Niderland XVI-XVII əsrin birinci yarısında

Mühazirə mətnləri




07.12.2013

Mövzu 23. Davamı

Mövzu 24. İngiltərə XVI-XVII əsrin birinci yarısında

Mühazirə mətnləri




14.12.2013

Mövzu 25. Fransa XVI-XVII əsrin birinci yarısında

Mövzu 26. Davamı

Mühazirə mətnləri




21.12.2013

Mövzu 27. Beynəlxalq münasibətlərdə Osmanlı məsələsi

Mövzu 28. Davamı

Mühazirə mətnləri




28.12.2013

Mövzu 29. 30-illik müharibə

Mövzu 30. Səfəvilər və Avropa

Mühazirə mətnləri







FİNAL imtahan




Yüklə 65,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin