Avtomatlaşdırmanın əsasları” fənnindən mühazirələr. Giriş


Avtomatik sistemlərin əsas məqsədi və anlayışları



Yüklə 1,39 Mb.
səhifə16/70
tarix10.01.2022
ölçüsü1,39 Mb.
#109579
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   70
3.2. Avtomatik sistemlərin əsas məqsədi və anlayışları
Avtomatik sistemlər bir – biri ilə əlaqədə olan, müəyyən funk­siyaları yerinə yetirən və ümumiyyətlə, bütün idarəetmə prosesini, başqa sözlə, ilkin informasiyanın alınmasını, informasiya siqnalının güjləndirilməsini və onların idarəediji siqnallara çevrilməsini, ijra mexanizmlərinə təsirini və s. təmin edən element və qurğulardan təşkil olunur.

Avtomatik sistemlərin element və qurğuları özlərinin konstruk­siyalarına, iş prinsiplərinə, xarakteristikalarına, çevrilən siqnalların təbiətinə, idarəetmə sistemlərində yerinə yetirdikləri funksiyalarına görə çox müxtəlifdirlər.

Ümumi halda avtomatikanın elementi x girişinə və y çıxışına malik olan çevirijidir (şəkil 3.1a). Girişə forması sonrakı hərəkəti və təsiri üçün lazım olan formaya çevrilən informasiya daxil olur. Giriş kəmiyyəti fiziki kəmiyyətlərin ani qiymətləri (sürət, təjil, təzyiq, tem­peratur, yerdəyişmə, jərəyan, gərginlik və s.), sinusoidal və impuls elektrik kəmiyyətlərinin amplitud qiymətləri (jərəyanın və yaxud gər­ginliyin), fiziki kəmiyyətlərin tezliyi və s., çıxış kəmiyyəti isə qiy­mətinə və xarakterinə görə müxtəlif olan elektrk siqnalı ola bilər.

Avtomatik sistemlərin və onların elementlərinin əsas vəzifəsi tex­noloci prosesin və avadanlığın vəziyyəti haqqında ilkin infor­ma­siyanın alınması; informasiyanın qəbulu, çevrilməsi və ötürülməsi; informasiyanın saxlanılması, emal olunması və idarə komanda­ları­nın formalaşdırılması; komanda informasiyasından obyektə və yaxud prosesə təsir etmək və operator ilə əlaqə yaratmaq məqsədləri və s. üçün istifadə olunmasından ibarətdir. Aşağıda avtomatik sistemlərin bəzi əsas növləri ilə tanış olaq.



Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin