7.5. Ötürmə funksiyası
Avtomatik tənzimləmə nəzəriyyəsində sistemlərin, obyektlərin və sistemi təşkil edən ayrı-ayrı manqaların təsvirlər vasitəsi ilə yazılışı və tədqiqi ötürmə funksiyalarının köməyi ilə həyata keçirilir.
Tərif. Sıfır başlanğıc şərtlərində ATS-in və ya obyektin çıxış kəmiyyətinin təsvirinin giriş kəmiyyətinin təsvirinə olan nisbəti ötürmə funksiyası adlanır.
Başlanğıc şərtlərin sıfra bərabər qəbul olunması prinsipial məhdudiyyət deyil, çünki xətti ATS-in dayanıqlığı və keyfiyyət göstəriciləri başlanğıc şərtlərdən asılı deyil.
Proporsional (P) tənzimləmə qanununun ötürmə funksiyası aşağıdakı ifadə ilə hesablanır:
İnteqral (İ) tənzimləmə qanununun ötürmə funksiyası aşağıdakı ifadə ilə hesablanır:
Proporsional -diferensial ( PD ) tənzimləmə qanununun ötürmə funksiyası aşağıdakı ifadə ilə hesablanır:
Proporsional–inteqral (Pİ) tənzimləmə qanununun ötürmə funksiyası aşağıdakı ifadə ilə hesablanır:
Proporsional-inteqral-diferensial (PİD) tənzimləmə qanununun ötürmə funksiyası aşağıdakı ifadə ilə hesablanır:
Hər bir obyektin tezlik xarakteristikaları onun ötürmə funksiyası ilə əlaqədardır. Əgər obyektin ötürmə funksiyası məlumdursa, onda əvəzləməsi etməklə ötürmə funksiyasından bütün tezlik xarakteristikalarını almaq olar.
Dostları ilə paylaş: |