Avtomatlaşdırmanın əsasları” fənnindən mühazirələr. Giriş


Avtomatlaşdırmanın sahələri



Yüklə 1,39 Mb.
səhifə6/70
tarix10.01.2022
ölçüsü1,39 Mb.
#109579
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   70
1.3. Avtomatlaşdırmanın sahələri
Ayrı-ayrı cihaz və maşınlardakı texniki pro­ses­lər də texniki qurğuların qarşılıqlı fəaliyyətindən tutmuş bütöv qurğu-konstruksiyalaradək avtomatlaşdırıla bilər.

Bundan başqa avtomatlaşdırma bir çox sahələri də əhatə edir. Bu, məsələn, texniki obyektlərin layihələndirilməsi və hesablamaların aparılması, aralıq daşıyıcı olmadan kağız sxem və proqramların tərtibi, istehsal proseslərinin keyfiy­yətinin yoxlanılmasınadək planlaşdırılması və izlənilməsidir. Həmçinin bu texniki fəaliyyət növlərində kompüterlərin məhsul­darlığı artıq hesablama mərkəzində cəmlənməmişdir. O, eh­tiyacin olduğu yerdə, məsələn, qeyri-mərkəzləşdirilmiş inte­raktiv ma­sa­­üstü kompüterlər formasında və bir-biri ilə öz tərəfindən kom­munikasiya şəbəkəsi vasitəsilə birləşdirilmiş fərdi kom­püter­lər şəklində təqdim olunur. Öz-özlüyündə ta­mamilə müx­təlif olan tətbiq sahələri təcrübədə bir çox ümumi cəhətlərə malikdir.

İş yerlərindəki kompüterlər kimi avtomatlaşdırma qur­ğu­ları da informasiya mübadiləsi edirlər. Informasiya mübadiləsi həmçinin avtomatlaşdırma qurğuları ilə masaüstü kompüterlər arasında da həyata keçirilir. Hər iki tətbiq sahələrində, bundan savayı, qeyri-mərkəzləşdirilmış məlumatlar cəmləşmiş, mər­kəz­­ləş­dirilmiş şəkildə emal edilir və bunlar mümkün qədər rasio­nal­lıqla qeyri-mərkəzləşdirilmiş qurğuların ixtiyarına verilə bilər. Texnoloji əməliyyatların reallaşdırılması zamanı məlumat mü­ba­­diləsi istehsalın planlaşdırılmasından maşınların idarə­edil­məsinədək baş verir. Əksər proseslərin ümumi xüsusiy­yətləri av­tomatlaşdırmanın məqsədlərinin həlli zamanı eyni struktur­ların yaranmasına gətirib çıxarır. Müxtəlif tələblər isə, əksinə, avtomatlaşdırma texnikasının müxtəlif olması ha­lında təbii ki, bu strukturun reallaşdırılmasına, daha dəqiq desək, əsasən qurğulara və kommunikasiya şəbəkələrinə təsir göstərir. Op­ti­­mal həllin tapılması üçün prosesi dəqiqliklə öyrən­mək la­zımdır.

Əgər sərhədləri daha dəqiq müəyyənləşdirmiş olsaq, onda görərik ki, "fasiləsiz", "fasiləli", ya da nadir proseslərdən danı­şılır. İdarəetmə nöqteyi-nəzərindən proseslərin oxşarlığı və bu­n­lar arasındakı müxtəliflik əyani şəkildə növbəti bölmədə daha ətraflı təsvir olunacaqdir.



Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin