Tenzohəssas vericilər (tenzorezistorlar)
Tenzohəsas vericilər məftilin elektrik müqavimətinin onda yaranan mexaniki gərginlikdən asılılığına əsaslanmışdır.
Tenzorezistorlar məftildən, dolaqdan və yarımkeçirijidən hazırlanır. Ən geniş yayılmış məftil tenzorezistorunun quruluşu sxematik olaraq aşağıdakı şəkildə göstəilmişdir.
Ə sas adlanan kağız parçası, yaxud yapışqan təbəqəsi (1) üzərində ziqzaq şəkilli
mm-lik məftil (2) yerləşdirilir. Məftilin ujlarında metal folqadan olan kontaktlar (3) lehimlənir və ya əridilib yapışdırılır. Bu üsulla alınmış çeviriji tədqiq olunan hissəyə yapışdırılır və onun deformasiyasını qəbul edir. Hissə deformasiyaya uğradıqda, məftil də deformasiyaya uğrayır və nətijədə onun müqaviməti dəyişir. Çevirijinin giriş parametri deformasiya, çıxış parametri isə müqaviətin dəyişməsidir.
Məftili hazırlamaq üçün konstantan, nixrom, platin-iridium ərintisindən istifadə olunur. Çevirijinin uzunluğu onun bazası adlanır. Adətən mm olur. Lakin xüsusi hallarda kiçik bazalı (2,5 mm-ə qədər) tenzorezistorlardan istifadə olunur. Çevirijilərin eni mm, müqaviməti isə Om-a qədər olur.
Təjrübədə xüsusi fotoqrafiya üsulu ilə hazırlanan folqalı tenzorezistorlardan da geniş istifadə olunur. Folqanın əks tərəfi lak və ya yapışqanla örtülür. Aşkar olunduqdan sonra folqanın qorunmayan hissəsi emulsiya ilə kimyəvi üsulla təmizlənir və lak təbəqəsində yalnız tenzorezistorun konturu qalır. Folqa çevirijilər istənilən formalı və ölçülü hazırlana bilər. Onlar böyük səpələnmə güjünə malikdirlər, çünki çevirijinin metalı obyektlə yaxşı istilik kontaktlı, həmçinin, obyektin səthi ilə yaxşı mexaniki kontaktlı olur.
Qeyd olunan çevirijilərlə yanaşı sənayedə yarımkeçirijilərdən - silisium, germanium, qallium-arsenid və s. çevirijilər hazırlanır. Bunlarda yükün təsirindən həndəsi ölçülərlə yanaşı daha böyük qiymətlərdə xüsusi müqavimət dəyişir və tenzohəssaslıq və daha böyük olur. Bu tenzorezistorların nöqsanı mexaniki möhkəmliyin az olmasıdır.
Tenzorezistorların temperatur xətası çeviriji materialının və ölçmə obyektinin temperaturdan xətti genişlənmə əmsallarının fərqindən, həmçinin çeviriji materialının müqavimətin temperatur əmsalından asılıdır. Bu xətanı azaltmaq üçün çevirijiləri körpü sxemi üzrə diferensial birləşdirirlər.
Tenzorezistorların çıxış parametrlərini ölçmək üçün körpü sxemlərindən və bir müqaviməti çeviriji olan gərginlik bölüjülü potensiometrik sxemdən istifadə olunur (şəkil 4.4.)
R1, R2 bölüjüsünün dövrəsi E gərginlik mənbəyindən qidalanır. Çıxış gərginliyi Uv yük müqavimətinə Ry verilir. Tenzorezistor dövrəyə R1 və yaxud R2 müqaviməti kimi qoşula bilər.
Tenzorezistorlardan qüvvə, təzyiq, buruju moment, təjil və elastik deformaiyaya çevirilə bilən digər kəmiyyətləri ölçmək üçün istifadə olunur. Konstruksiyalarının sadəliyi və ölçülərinin kiçik olması tenzorezistorların müxtəlif maşın və mexanizmlərin çətin əlçatan yerlərində deformasiyanın ölçülməsi üçün işlədilməsinə imkan verir.
Dostları ilə paylaş: |