Avtomatlaşdırmanın əsasları” fənnindən mühazirələr. Giriş


Elektron gücləndiriciləri



Yüklə 1,39 Mb.
səhifə42/70
tarix10.01.2022
ölçüsü1,39 Mb.
#109579
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   70
5.2. Elektron gücləndiriciləri
Elektron güjləndirijilərinin əsas xüsusiyyəti onların yüksək həssaslığa malik olmaları, çox kiçik giriş güjlərini güjləndirə bilmələridir. Elektron güjləndirijilərinin istifadə olunması həssas elementlərin və yaxud verijilərin çox kiçik gücə (bir neçə mikro­vatt) malik olduqları zaman daha məqsədəuyğundur.

Güjləndirijiyə qoşulan yük müqavimətindən asılı olaraq onlar güc gücləndiricilərinə və gərginlik gücləndiricilərinə ay­rı­lırlar. Güc gücləndiriciləri müqaviməti bir neçə omdan bir neçə yüz oma qədər olan yükə işləyir və onda böyük jərəyan yaradır. Gərginlik gücləndiriciləri müqaviməti bir neçə kiloomdan onlarla meqaom olan yükə işləyirlər. Gərginlik güjləndirijiləri əsasən verijilərin və qapalı avtomatik sistemlərin müqayisə sxemlərinin çıxışında yaranan zəif siqnalları güjləndirmək üçün istifadə olu­nur­lar. Çoxkaskadlı güjləndirijilərdə ilk kaskadlar adətən gər­ginlik güjləndirijiləri, son kaskad isə güj güjləndirijisi olur. Gərginlik güjləndirijiləri yarımkeçiriji jihazlar və parametrlərinin yüksək etibarlılığı və stabilliyi ilə seçilən inteqral ijrada yerinə yetirilmiş əməliyyat güjləndirijiləri üzərində qurulurlar.

Güjləndirilən siqnalların növünə görə gücləndiricilər har­monik siqnal və impuls siqnal gücləndiriciləri olur.

Harmonik gücləndiricilər gücləndirilən zolağın tezliyinə görə sabit cərəyan (SCG) və dəyişən cərəyan gücləndiricilərinə (DCG) ayrılırlar. SCG tezliyi sıfırdan başlayaraq ən yüksək işçi tezliyə qədər olan siqnalları güjləndirmək üçündür. SCG-də çıxış siqnalı giriş siqnalının sabit və dəyişən təşkiledijilərinin jəminə mütənasibdir.

Dəyişən jərəyan güjləndirijiləri siqnalları müəyyən tezlik zo­lağı daxilində (sıfırdan böyük kiçik tezlikdən ən böyük işçi tezliyə qədər) güjləndirirlər. Belə güjləndirijilərdə çıxış siqnalı giriş siqnalının yalnız dəyişən təşkiledijisinə mütənasibdir.

Gücləndirilən siqnalların tezliyindən asılı olaraq dəyişən cə­rəyan gücləndiriciləri alçaq tezlik, yüksək tezlik və s. güclən­di­ri­cilərinə ayrılırlar. Gücləndirilən tezlik zolağının enindən asılı ola­raq dəyişən cərəyan gücləndiriciləri siqnalları dar tezlik zolağında (bir neçə hersdən bir neçə on hers) güjləndirilən seçici güjlən­di­rijilərə; siqnalları bir neçə kilohersə qədər tezlik zolağında güjlən­dirən zolaqlı güjləndirijilərə və siqnalları geniş tezlik zolağında (bir neçə meqahers) güjləndirən geniş zolaqlı gücləndiricilərə bölünürlər.

Dəyişən cərəyan gücləndirijilərində kaskadları bir-birilə əla­qələndirmək üçün kondensator və rezistorlardan daha çox istifadə olunur. Belə güjləndirijilər rezistiv-tutum əlaqəli güjləndirijilər adlanır.

Seçici, habelə güc gücləndiricilərində kaskadlar arasında və ya­xud kaskadla yük arasında əlaqə yaratmaq üçün trans­for­ma­torlardan istifadə olunur. Belə güjləndirijilər transformator əla­qəli güjləndirijilər adlanır.

Dəyişən jərəyan güjləndirijilərində kondensator və trans­for­matorlar çıxış gərginliyinin dəyişən təşkiledijisini e.h.q. mən­bə­yinin sabit jərəyan təşkiledijisinin qeyri-xətti elementdə yaratdığı gərginliyin sabit təşkiledijisindən ayırmaq üçün istifadə olunurlar. Belə güjləndirijilərdə qeyri-xətti element kimi bipolyar və yaxud sahə tranzistoru işlədilir.


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin