6.2. Elektromaqnit və elektromexaniki icra qurğuları
Elektromaqnit güc mexanizmli icra elementləri elektriki güc icra elementləri arasında daha sadə, etibarlı və cəldişləyən ijra elementləridir. Onlar təsbitedici qurğuların idarə edilməsində, tənzimləyici orqanların (dönən qapaqların, zolotniklərin, ventillərin və s.) daha böyük məsafələrə yerdəyişməsində və s. geniş istifadə olunurlar.
Cərəyanın növündən asılı olaraq elektromaqnitlər (onlar sadəcə olaraq belə də adlanırlar) sabit jərəyan (neytral və polyarizə olunmuş) və dəyişən jərəyan elektromaqnitlərinə ayrılırlar.
Dəyişən cərəyan elektromaqnitləri eyni qabaritli sabit cərəyan elektromaqnitlərinə nisbətən daha az qüvvə hasil edirlər, daha az həssaslığa malikdirlər və bu səbəbdən də az istifadə olunurlar.
Lövbərinin hərəkət xarakterinə görə elektromaqnitlər xətti (irəliləmə) və dönmə hərəkətli elektromaqnitlərinə ayrılırlar. Elektromaqnitlər işləmə anında qapanan əlavə kontaktlarla təjhiz oluna bilərlər. Əlavə kontaktlar siqnalizasiya və işə düşdükdən sonra elektromaqnitin dolağındakı jərəyanı azaltmaq üçün istifadə olunurlar. Şəkil 6.1-də dönən lövbərli neytral elektromaqnitin konstruksiyası göstərilmişdir.
Dolağa 1 jərəyan verdikdə lövbər 2 elektromaqnit qüvvənin təsiri nətijəsində dönür və lövbəri qütb ujluqlarına çəkir. Lövbər döndükdə spiral yay 4 da burulur və dönmə bujağına mütənasib əks təsir momenti yaranır. Fırlanma və əks təsir momentləri bir-birinə bərabər olduqda lövbərin dönməsi dayanır. Beləliklə, lövbərin və onunla əlaqəli olan qolun 5 dönməsi dolağın yaratdığı maqnit selinin qiymətinə və nətijədə giriş siqnalına – dolaqdakı jərəyana mütənasib olur. Bu jür elektromaqnitin =f(Igir) xarakteristikasını lövbərin və yaxud qütb ujluqlarının profilini həndəsi əyrilər – hiperbola, spiral və s. üzrə dəyişməklə dəyişmək olar.
Şəkil 6.1
Avtomatik sistemlərdə polyarizə olunmuş güj elektromaqnitləri də istifadə olunur. Polyarlaşma sabit maqnitin köməyilə əldə edilir. Belə ijra qurğuları zolotniklərin vəziyyətinin idarə edilməsində, bəzi jihazların güj kompensatorları və s. kimi tətbiq edilir.
Elektromaqnit icra qurğularının ən mühüm nöqsan jəhətləri hasil olunan qüvvə və yaxud momentin, eləjə də gücün (bir neçə Vattdan bir neçə yüz Vatta qədər) məhdud və çox da böyük olmamasıdır.
Elektromexaniki ijra qurğularına misal elektromexaniki muftaları göstərmək olar. Onlar idarə siqnallarına əsasən hərəkəti bir valdan digərinə vermək üçün istifadə olunurlar. Elektromexaniki muftaların köməyilə idarə obyektlərinin birləşməsini, ayrılmasını və ya tormozlanmasını tez bir zamanda yerinə yetirmək olar. Muftaların bəzi növləri fırlanma tezliyini və aparılan vala verilən momenti səlis tənzim etməyə imkan verir.
Elektromexaniki muftalar elektromexaniki jihazlarda, lent dartıjı mexanizmlərdə, rəqəm proqram idarəli dəzgahlarda, avtomatik manipulyatorlarda və s. geniş istifadə olunur.
Aparıjı və aparılan elementlər arasındakı əlaqənin xarakterindən asılı olaraq elektromexaniki muftaların konstruksiyaları iki qrupa ayrılır: mexaniki əlaqəli muftalar və maqnit sahəsi vasitəsilə (induksion) əlaqəli muftalar. Mexaniki əlaqəli muftalarda fırlanma momenti aparıjı valdan aparılan vala sürtünmə hesabına verilir.
Quru sürtünməli elektromexaniki muftalar friksion muftalar adlanırlar. Şəkil 7.2-də quru sürtünməli friksion muftanın sxemi göstərilmişdir.
Şəkil 6.2
Mühərrik 1 fasiləsiz olaraq disklə 2 birlikdə aparıjı valı fırladır. Muftanın işə buraxılmadığı zaman elektromaqnitin lövbəri 5 yayın 4 təsiri altında kənar sağ vəziyyətində olduğu üçün 2 və 3 diskləri arasında hava aralığı olur və ona görə də hərəkət 3 diskinə ötürülə bilmir.
Muftanı isə buraxdıqda elektromaqnitin 6 dolağından axan jərəyan maqnit sahəsi və lövbəri dolağın içərisinə çəkən elektromaqnit F qüvvəsi yaradır. Nətijədə aparılan disklə aparıjı disk bir-birinə sıxılır və hərəkət idarə obyektinə 7 ötürülür.
Dostları ilə paylaş: |