2. Avtomatlaşdırmanın strukturu
İstehsal prosesləri neft emalı, poladtökmə və avtomobil zavodlarının nümunəsində nəzərdə keçirildikdən sonra avtomatlaşdırmanın əsas vəzifələrinin strukturlaşdırılmasına baxaq.
Avtomatlaşdırmanın əsas vəzifələri prinsipial olaraq ya avtomatlaşdırılmanın mərkəzləşdirilmiş, ya da qeyri-mərkəzləşdirilmiş strukturu tərəfindən həll edilə bilər. Bunun üçün hansı strukturun daha münasib olması avtomatlaşdırılması zəruri olan prosesdən və ya istehsal tsiklindən asılıdır.
Bir çox proseslər altproseslərdən və ya yarimproseslərdən ibarətdir və texniki nöqtəyi-nəzərdən qeyri-mərkəzləşdirilmiş olaraq strukturlaşdırılır. Bu çür hallarda yuxarı səviyyədə yerləşən proses, ona tabe olan prosesin işini koordinasiya edir. Qurğunun və prosesin mürəkkəbliyindən və kəmiyyətlərindən asılı olaraq bir-birinə tabe olan müxtəlif səviyyəli avtomatlaşdırma strukturu yaradılır. Avtomatlaşdırmanın bu cür strukturu ierarxik avtomatlaşdırma strukturuna gətirib çıxarır.
Dostları ilə paylaş: |