Avtomobil təsərrüfatlarının təsnifatı



Yüklə 20,47 Kb.
tarix08.12.2022
ölçüsü20,47 Kb.
#120641
Avtomobil təsərrüfatlarının təsnifatı


Avtomobil təsərrüfatlarının təsnifatı

Nəqliyyat insanın cəmiyyətin zəruri bir tələbatını ödəyir.Məhsul,yük və sərnişin daşımaları ilə məşğul olur.Ölkəmizdə nəqliyyatın əsas növləri bunlardır:



  • Dəmir yol

  • Su

a)dəniz
b)çay

Nəqliyyatın növləri bir-biri ilə qarşılıqlı əlaqədə daşıma içini yerinə yetirir və inkişaf edirlər.Hal-hazırda nəqliyyatın göstərilən növləri ölkəmizin vahid nəqliyyat sistemini təşkil edir.Vahid nəqliyyat sisteminin ritmik ahəngdar işini təmin etmək üçün nəqliyyat növlərinin işinin düzgün əlaqələndirilməsi və tənzimlənməsi birinci dərəcəli əhəmiyyət kəsb edir.Eyni məhsul çox vaxt istehsalçıdan istehlakçıya bir neçə nəqliyyat növü vasitəsilə çatdırılır.Hər bir nəqliyyat növünün özünün texniki-iqtisadi xüsusiyyətlərinə müvafiq olaraq səmərəli tətbiq sferası vardır.
Nəqliyyatın əsas növlərindən biri olan avtomobil nəqliyyatı xalq təsərrüfatının mühüm sahələrindən birinə çevrilmişdir. Nəqliyyat sisteminin qarşısında duran əsas vəzifə xalq təsərrüfatının və əhalinin daşımaya olan təlabatını vaxtında keyfiyyətli,ən az xərclə və tam ödəməkdən ibarətdir.Nəqliyyat texniki-texnoloji tərəfinin bu sahənin texniki elimlərin ayrı-ayrı nəqliyyat növləri üzrə texniki istismar xassələri nəzəriyyəsi onun layihə və konstruksiya edilməsi nəqliyyat vasitələrinin yük və sərnişin daşımalarını və s. öyrənir.Nəqliyyat iqtisadi tərəfini nəqliyyatın iqtisadiyyatı təşkili planlaşdırılması və idarə edilməsi elmini öyrənir. Nəqliyyatın planlaşdırılması təşkili iqtisadiyyatı idarə edilməsi elminin öyrədilməsinin sadələşdirmək üçün bu elmi 2 tədris fənninə bölmək olar.
1)Nəqliyyat iqtisadiyyatı məqsədə uyğun hesab edilmişdir.
2)Nəqliyyat müəssisələrinin təşkili planlaşdırılması və idarə edilməsi
Nəqliyyat vasitələrinin istifadə formalarına görə avtomobil nəqliyyatı təsərrüfatı ümumi istifadə və xüsusi təsərrüfatlara bölünür ki, bu da daşımaların xarakteri ilə bağlıdır. Bu nöqteyi nəzərdən daşımalar 2 yerə bölünür.

  • Texnoloji daşımalar

  • Tədavül sferasındakı daşımalar.

Bu bölgüyə müvafiq olaraq nəqliyyat müəssisələri iki yerə bölünür:
1.Ayrı-ayrı nazirlik və idarələrin tabeliyində olan nəqliyyat müəssisələri ( nəgliyyat birlikləri );
2.Ümumi istifadə nəgliyyat müəssisələri ( müxtəlif nəgliyyat nazirlikləri və ya dövlət nəgliyyat konserni tabeliyində ).
Birinci tip müəssisələr bilavasitə istehsal prosesində ( sferasında ) daşımalar yerinə yetirir.İkinçi tip müəssisələr isə hazır məhsulu istehsalçıdan istehlakçıya çatdırmaqla əlaqədar daşınmaları yerinə yetirirlər ( sərnişin daşimalarını da bu tip müəssisələr yerinə yetirirlər ).
Nəqliyyat müəssisələri yerinə yetirəcəkləri funksiyalara görə 2 qrupa bölünür.
1)Kompleks (universal) nəqliyyat müəssisələri
2)İxtisaslaşdırılmış nəqliyyat müəssisələri
Kompleks nəqliyyat müəssisələrinin əsas tipi nəqliyyat-istismar təsərrüfatlarıdır. Bu müəssisələr yük və sərnişin daşımaları ilə yanaşı nəqliyyat vasitələrinin texniki qulluq və cari təmiri, onların yanacaq və sürtgü materialları ilə,habelə müxtəlif köməkçi materialları ilə təmin etmək, nəqliyyat vasitələrinin ( avtomobil, qatar, və s. ) saxlanması və müxtəlif işlərlə məşğul olurlar. İxtisaslaşdırılmış nəqliyyat müəssisələri isə təsərrüfatın yerinə yetirdiyi işlərin biri üzrə ixtisaslaşir. İxtisaslaşdırılmış nəqliyyat müəssisələrinə yük və sərnişin nəqliyyat stansiyaları, avtonəqliyyat qarajları, dayanacaqlar, texniki qulluq stansiyaları, təmir emalatxanaları və zavodları, yanacaq və sürtgü yağları doldurma stansiyaları və s.
Təsərrüfatda əsas istehsal prosesi yük və sərnişin daşımalarının nəqliyyat vasitələrinin texniki-iqtisadi xüsusiyyətləri də bu əsas prosesdə əlaqədar göstəricilərlə xarakterizə olunur. Yük və sərnişin daşımalarının həcmi (ton,sərnişin) yük və sərnişin dövriyyəsi yəni, nəqliyyat işi (ton,km) sərnişin km və pullu yürüş daşımada əldə ediləcək gəlir (manatla) daşımanın maya dəyəri mənfəət və tabelilik (faizlə).
Texniki qulluq stansiyalarının əsas istehsal prosesi nəqliyyat vasitələrinə texniki qulluq ( bəzən də cari təmir ) olduğundan, buna müvafiq olaraq əsas göstəriciləri texniki qulluq və cari təmir işinin həcmi ( adam-saatla ), texniki qulluq və cari təmirdən əldə ediləcək gəlirin məbləği, texniki qulluq və cari təmir işinin maya dəyəri , mənfəət və rentabellik.
Nəqliyyat vasitələrinin təmiri müəssisələrində əsas istehsal prosesi nəqliyyat vasitələrinin əsaslı təmiri prosesidir. Əsas göstəriciləri isə əsasli təmirin sayı və təmir işinin həcmidir. Əsaslı təmir işlərindən əldə edilən gəlir, təmir işinin maya dəyəri, mənfəət və rentabellikdir. Avtomobil nəqliyyat vasitələri qaraj-dayanacaqlarının əsas göstəriciləri: istifadə olunacaq maşın yerlərinin sayı ( və bunların istifadə dərəcəsi ), maşın yerlərində əldə ediləcək gəlirin məbləği ( manatla ), təsərrüfatın cari xərcləri, mənfəət və rentabellik.Yanacaq doldurma stansiyaların əsas göstəriciləri: stansiyanın buraxma ( buraxılıcıq ) qabiliyyəti ( vahid zamanda doldurulan avtomobillərin sayı ), bu işdən əldə ediləcək gəlirin məbləği, cari xərclərin məbləği, mənfəət və rentabellik.



Yüklə 20,47 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin