www.rizvan.net -
İslam Maarifi Jurnalı
10
onu yalnız fəsad törədib, qan tökən adlandırmışdılar! Bir sözlə,
onların cavabında bu şərif ayəni oxumağım onların qəzəbini sındırdı,
çöhrələrinin tutqunluğu getdi. Hətta biri o birinə dedi… Məlum olur
ki, bu, İslam alimlərindəndir, bundan sonra ona nəzakətlə sual
verməyimiz yaxşıdır.
O biri dedi… Bizim onunla rəftarımızın necəliyi başqa bir sualın
cavabı ilə bağlıdır və bu cavab kim olursa olsun, səbəb və nüfuzların
bizim nəzərimzdə etibarı yoxdur.
Sual verdilər…
PEYĞƏMBƏRİN KİMDİR?
Bu sualda qəlbimin döyüntüsü daha da azaldı, dilim daha da açıldı,
səsim daha da ucaldı. Cavab verdim… Mənim Peyğəmbərim Allahın
insanlara göndərdiyi elçidir. O, Həzrət Mühəmməd ibni Əbdüllah,
peyğəmbərlərin sonuncusu və ağasıdır.
Bu zaman onların narahatlığı və qəzəbi tamamilə yox oldu.
Çöhrələri işıqlandı. Mənim də qorxu və dəhşətim yox oldu.
Sonra kitab, qiblə, İmam və Allah Rəsulunun xəlifəsindən sual
verdilər. Mən cavab verdim…
Kitabım mehriban Allah tərəfindən alim və böyük Peyğəmbərə nazil
olmuş Qurani Kərimdir. Qibləm Məscidül-həramdır. Allah-Taala
buyurub… “Harada olsan, ibadət zamanı üzünü Məscidül-hərama
tut.” Həzrət İbrahim buyurdu… “Üzümü O Allaha tərəf tuturam ki,
yer və göy Onun əmri ilə hərəkətdədir, dinim var, şirkdən uzağam.”
İmamlarım Peyğəmbərin on iki haqq canişinidir ki, birincisi Həzrət
Əliyyibni Əbi Talib, sonuncusu Həzrət Bəqiyyətullahdır. Hər biri
vacibə alim, günah və xətadan pakdırlar.
Onlar dünyada əməllərimizə şahid, axirətdə şəfaətçi, Allahın
bağışlamasına vasitədirlər...
O böyük şəxslərin adlarını, əslini-kökünü adbaad saydım. Dedilər…
Təfsil lazım deyil, hər kəlmənin cavabı bir kəlmədir. Dedim… Sizin
üçün bundan da müfəssəl lazımdır, çünki bizim haqqımızda
əvvəldən bədgüman olmusunuz. Həkimin buyurduğuna etiraz caiz
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |