www.rizvan.net -
İslam Maarifi Jurnalı
12
Getdilər. Mən də ya yuxuya getdim, ya da bihuş oldum. Amma hiss
edirdim ki, həmin iztirablardan qurtulmuşam.
QƏBİRDƏ İLK YUXUDAN SONRA
Az sonra ayılıb gözümü açanda özümü xalılarla döşənmiş bir otaqda
gördüm. Xoş üzlü, xoş saçlı, xoş ətirli bir cavan başımı dizi üstünə
alıb, oyanmağımı gözləyirdi. Mən ədəb və təvazö üçün qalxıb, salam
verdim. O da gülümsünüb qalxdı, salamımı aldı. Görüş və
mehribanlıqdan sonra dedi… Əyləş, mən nə peyğəmbər, nə İmam, nə
də mələyəm, sənin dostun və rəfiqinəm.
Dedim… Adın nədir? Əslini-nəslini mənə de. Nə yaxşı ki, mənə rəfiq
olmusan, kaş daim səninlə olaydım.
Dedi… Adım Hadidir, yəni yol göstərən. Bir ləqəbim Əbül-vəfa, o biri
Əbuturabdır. Axırıncı sualın cavabını sənin dilinə gətirən mən idim.
Sən cavab verib, qurtuldun. Əgər cavab verə bilməsəydin, əmudla elə
vuracaqdılar ki, vücudundan od şölələnəcəkdi.
Dedim… Həzrət-Alinin mərhəmətindən məmnunam ki, sizin azad
etdiyiniz kəsəm. Amma onların sonuncu sualı nəzərimə faydasız və
bəhanə göründü. Axı İslami əqidələri düzgün cavab verdim və
gerçək işləri izhar edən şəxsə “nə üçün, niyə” nə lazım? Əgər biri o
birinin ovcuna od qoyursa, o da “əlim yandı” deyirsə “nə üçün əlinin
yandığını izhar edirsən”, deyə soruşmaq olmaz. Əgər biri cahillikdən
soruşursa, cavabı budur ki, məgər korsanmı, görmürsənmi od
ovcumdadır? Onların sonuncu sualı bu qəbildən idi.
O dedi… Yox, belə deyil. Təkcə sözün həqiqətlə uyğunluğu insanın
halına faydalı deyil. İnsaf və qəlbi əqidə lazımdır ki, əməlin yerinə
yetməsi üçün şövqə gələsən. Necə ki, buyurulmuşdur…
“Biz iman gətirdik, deməyin... Biz İslamı qəbul etdik, deyin. Hələ
iman sizin qəlblərinizə daxil olmamışdır.”
5
5“Hücürat” surəsi, ayə 14.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |