AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə13/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   9   10   11   12   13   14   15   16   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  13 

Məgər  əvvəlinci  gündə  “Mən  sizin  Pərvərdigarınız  deyiləmmi”-

sualının cavabında hamı “bəli” demədimi? Həqiqətin eynini, Həzrət-

Haqqın rübubiyyət və mənəviyyatını təsdiq etmədilərmi? 

Dedim… Bəli, elədir. 

Dedi…  Maddi  dünyada  insanlar  vəzifələrlə  imtahan  olunurlar. 

Əvvəl gündə bu iqrar sırf dillə olub. Bəziləri bu vəzifələrdən boyun 

qaçırıb,  imtahandan  xalis,  saf  çıxmırlar.  İndi  də  bu  dünyanın  ilk 

mənzilində  həm  möminlər,  həm  də  münafiqlər  suallara  doğru  və 

həqiqətə uyğun cavab verirlər. Həmin sual axırıncı imtahandır. Qəlbi 

əqidə olarsa, cavab verirlər və qurtuluş əldə olunar. Əgər qəlbi iman 

olmazsa,  cavab  verərlər  ki,  biz  camaatdan  təqlidlə  bu  əqidəyə 

yetişdik. Qəlbi rabitə, bağlılıq olmazsa, fayda verməz. 

Məsumların  (ə)  xəbərlərində  də  bu  barədə  buyurulduğunu  özün 

bilirsən. 

Dedim…  İndi  yadıma  düşdü  ki,  bu  barədə  xəbərlərdə  varid 

olmuşdur. Lakin dəhşət və vəhşət sual zamanı bu mətləbi yadımdan 

çıxardı və sən yadıma saldın. Allah məni sənsiz qoymasın. İndi məni 

haradan  tanıdığını  de,  axı  mənim  səninlə  tanışlığım  yox  idi.  İndi 

görürəm  ki,  sənə  olan  ifrat  eşqdən  səndən  uzaqlığı  özümə  həlakət 

görürəm. 

Dedi… 


Mən 

əvvəldən 

səninlə 

olmuşam, 

mehr-məhəbbət 

bəsləmişəm.  Lakin  sən  məni  hiss  etmirdin.  Çünki  maddi  dünyada 

sənin gözlərin bu qədər görmürdü. 

Mən  sənin  Əliyyibni  Əbu  Talib  və  Peyğəmbər  Əhli-beytinə  olan 

məhəbbət  və  əlaqənin  nəticəsiyəm.  Onların  səndəki  hidayətinin 

təzahürüyəm  (qabiliyyətincə).  Bu  səbəbdən  adım  Hadidir.  Əlbəttə, 

sənin üçün. O isə bütün pərhizkarların, təqvalıların Hadisidir. 

“Bu kitabda heç bir şəkk yoxdur və o, bütün təqvalıların rəhbəridir.”

6

 

Mən  sənin  həmin  qırılmaz  ipə  (“Ürvətül-vüsqa”ya)  can  atmağın, 



sığınmağınam. 

                                                 

6“Bəqərə” surəsi, ayə 2. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin