www.rizvan.net -
İslam Maarifi Jurnalı
15
Amma indiki peşimanlığın faydası yoxduræ artıq tövbə qapısı
bağlanmışdır.
Bu fikir, qəm-qüssə və iztirabda ikən məni yuxu apardı. Çox
keçməmiş biri xoş surətli, digəri isə bəd qiyafəli iki nəfərin birinin
sağ, o birinin isə sol tərəfimdə oturduğunu hiss etdim.
Əzalarımı başdan-ayağadək ayrı-ayrı iyləyirdilər. Əllərindəki
kağızda nə isə yazırdılar. Bir kiçik, bir böyük qutu gətirdilər. Onlara
nəsə yığır və ağızlarını möhürləyirdilər. Qəlb, xəyal, göz, dil, qulaq
kimi əzaları təkrar-təkrar qoxulayır və bir-birləri ilə pıçıldaşırdılar.
İkinci, üçüncü dəfə qoxulayır, sonra nə isə yazır, qutulara
yerləşdirirdilər.
Hərəkətsiz dayanmışdım ki, oyaq olduğumu hiss etməsinlər. Lakin
mənim gəlir və çıxarlarımı təftişlərindəki ciddiyyətdən anladım ki,
yaxşı və pis əməllərimi qeyd edirlər. Hiss etdim ki, həmin xoş surətli
fərd mənim xeyirxahımdır. Bir-birləriylə pıçıltı və söhbətlərindən
məlum olurdu ki, o, mənim tövbəmin, hansısa yaxşı əməlimin pis
əməli sildiyini dəlil gətirib, bəzi pis əməllərimi qeyd etməyə
qoymurdu. Axı ikisi də misi qızıla çevirir. Bu cəhətinə görə onu
sevdim.
İşlərini qurtarıb yazdıqlarını lülə şəklində burub, boynumdan
asdılar. Ağzı bağlı qutuları bir kisəyə yerləşdirib, başımın üzərində
qoydular, Sonra bədənimin ölçüsündə yeddi ərintidən hazırlanmış
qəfəs gətirib, məni onda yerləşdirdilər. Onun yivlərini, yaylarını
sıxdılar, bərkitdilər. Yavaş-yavaş qəfəs daraldı. Elə bir həddə çatdı ki,
məni sıxdı, nəfəsim kəsildi, səsimi çıxara bilmədim. Onlar, qəfəs
bədənimin formasını alanadək yivləri sıxdılar. Qəfəs kiçik samavar
təndirdi tək daraldı. Bütün sümüklərim qırılıb, xırdalaşdı.
Bədənimdən qara neft tək yağ çıxırdı. Huşum başımdan çıxdı, heç nə
dərk etmədim.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |