ZİYARƏTLƏRİMİN MÜKAFATI
Ailədən gördüyüm vəfasızlığa görə az qaldım onlara qarğış edəm,
amma... öz-özümə dedim ki, bir dərd onlara bəsdir, dərd dərd
üstündən olmasın. Qəbrin çatından daxil oldum. Gördüm Hadi gəlib,
alma dolu səbəti hücrənin ortasına qoyub. Soruşdum ki, bu
haradandır?
Hadi dedi… Bir kəs buradan keçirdi, gəlib “Fatihə” oxudu. Allah
rəhmət etsin, vaxtında gətirdi.
Gördüm Hadi özü hücrəni bəzəməklə məşğuldur, mis, qızıl və
gümüş oturacaqlar düzəldir və tavandan günəş tək şəfəq saçan
qəndil asır.
Dedim… Axı biz yol üstəyik, bu hücrəni nə üçün bu sayaq
bəzəyirsən?
Dedi… Eşitmişəm ki, qəbirlərin ziyarətinə getdiyin İmam övladları
və onların ataları, gecə namazında adını çəkdiyin, qəbirləri üstə
“Fatihə” oxuduğun alimlər sənin axirətə gəlişindən xəbərdar olublar.
Sənin haqqını ödəmək üçün görüşünə gələcəklər.
Dedim… Nə gözəl tovfiq və səadət! Ailə, qohumlarımdan üz vermiş
qəm-qüssə unuduldu. Bundan min dəfələrlə xoş xəbər qazandım.
Mən və bu qabiliyyət?! Mən və bu səadət?!
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |