AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə22/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   18   19   20   21   22   23   24   25   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  19 

Dedim… Hadi, hücrə kiçikdir. 

Dedi… Düzdür, kiçikdir, amma onların gəlişi ilə genişlənəcək. 

Birdən onlar daxil oldular. Necə nurlu surətlər, nə cəlal və əzəmət! 

Hər kəs öz mərtəbəsində əyləşdi. Hamıdan irəli Əbülfəzl (ə) və Əli 

Əkbər  (ə).  Hər  ikisi  böyük  bir  taxtda  oturdular.  Lakin  onlar  döyüş 

paltarında  idilər.  Mən  bir  zərrə  zəhmətsiz,  inadsız,  düşmənsiz 

aləmdə belə bir paltara təəccüb etdim. 

Mən,  Hadi  və  onlarla  gələnlər  ayaq  üstə  durub  onların  camal  və 

cəlalında məhv olmuşduq. Nəzərimi cəlal sahiblərinə dikmişdim. 

Əbülfəzl (ə.s) Hadidən soruşdu ki, atamdan keçid sənədi almısanmı? 

Ərz  etdi,  bəli.  Bu  ayəni  buyurdu…  “Ey  cin  və  insan  tayfası!  Əgər 

göylərin və yerin ətrafından kənara çıxa bilərsinizsə, çıxın. Siz yalnız 

(Allahın əta etdiyi) qüdrət və qüvvətlə çıxa bilərsiniz.”

12

 

Sonra lütf edib mənə buyurdu… Vilayət sultanı atam, həmin sənəd 



isə sənin nicatındır. Müjdə olsun sənə, doğru yolu tutmaqda! 

Mən  şövq  və  təşəkkürdən  torpağı  öpdüm,  ayağa  qalxdım,  belə  bir 

görüşdən duyduğum sevincdən göz yaşlarım axdı. Yanımda durmuş 

Həbib ibni Məzahir pıçıltıyla dedi… Qarşıdakı yolun çətinliklərindən 

keçəcəyindən  məyus  olma.  Çünki  bu  əzəmət  sahibləri  və  onların 

məsum ataları səni unutmamışlar. Onların gəlişi atalarının işarəsi ilə 

olub. Onların şiələr və dostlara yardımı yalnız işin sonunda olacaq. 

İndiki görüş isə yalnız sənin arxayınlığın, şadlığın üçün idi. Zeynəb 

(ə.s)  da  sənə  salam  göndərdi.  Buyurub  ki,  sənin  qardaşımın 

ziyarətinə  piyada  getməyini,  bu  ziyarətin  çətinliklərini,  aclığını, 

susuzluğunu, yol boyu axıtdığın göz yaşlarını unutmarıq. 

Dedim…  Mənim  və  Allahın  salamı,  rəhməti  və  bərəkəti  sənə  və  o 

Həzrətə olsun! 

Soruşdum  ki,  burada  ki  döyüş  yoxdur,  bəs  nə  üçün  ağalar  döyüş 

paltarındadırlar? 

Gördüm  Həbibin  rəngi  dəyişdi,  gözləri  yaşla  doldu  və  dedi… 

Kərbəlada bu iki nəfərin əzm və iradəsi elə bir həddə idi ki, təklikdə 

qoşun  dəryasını  tar-mar  edib  Cəhənnəmə  vasil  edə  bilərdilər.  İlahi 

                                                 

12“Ər-Rəhman” surəsi, ayə 33. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin