AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə23/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   19   20   21   22   23   24   25   26   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  20 

təqdir,  yazı  səbəbindən  mümkün  olmadı  ki,  öz  polad  iradələrini 

göstərsinlər.  O  vaxt  sinələrini  qübar  tutdu,  sıxıldılar,  indiyədək  də 

belədirlər. Ona görə ricət dövrünü gözləyirlər ki, ürəklərinin qübarını 

dağıtsınlar.  Döyüş  paltarı  kimi  görünən  həmin  dərddir,  amma  sən 

onu hiss etmisən. 

Birdən durub getdilər. Hadi ilə tək qaldıq. Hücrə əvvəlki tək kiçildi, 

daraldı.  Hadiyə  dedim  ki,  mən  bir  də  ailə  və  övladlarımın  yanına 

getmərəm. Çünki onların xeyirxahlığından əlimi üzmüşəm. Mənim 

adıma  bir  iş  görsələr  də,  əməllərinin  canı  öz  dünyaları  üçündür. 

Mənə qəm artırmaqdan başqa bir nəticəsi yoxdur. Olanlarıma qənaət 

edər,  çatdığım  xətərlərdə  bu  əzəmətli  şəxslərin  mərhəmətini 

gözləyərəm, intizarı asan qəbul edərəm. 

Hadi dedi… İndi sənin bir şeyə ehtiyacın qalmayıb. Yetkinliyin ilk üç 

ilinin  məlumatlarına  aid  olan  ilk  üç  mənzilin  qorxusu  yoxdur. 

Yetkinliyin  başlanğıcı  olan  on  beş  yaşdan  (zəif  əql,  güclü  şəhvət, 

həvəslər səbəbindən vacib əmrlərə müxalifətdə, haramların tərkində) 

ağıl  qüvvələrinin  inkişaf  və  möhkəmlənmə  zamanı  olan  on  yeddi 

yaşadək cəza əhəmiyyətsizdir. 

Həzrət  Haqq  əqli  icad  edərkən  buyurdu…  “Ey  əql,  sənə  görə 

cəzalandırıram, sənə görə mükafat verirəm.” 

Mükafat və cəza üçün ölçü əql oldu. Bu səbəbdən axirət dünyasının 

ilk  üç  mənzilində  yetkinliyin  başlanğıcındakı  səhlənkarlıqlara  görə 

elə bir xətər yoxdur. Əgər olsa da, tezliklə bitər. Demək, mənə elə bir 

ehtiyacın  yoxdur.  Mən  əvvəlcədən  dördüncü  mənzilə  gedib,  orada 

səni gözləyəcəyəm. Sabah yükünü dalına alıb, üzü qibləyə olan əsas 

yolla hərəkət edərsən ki, mənə çatasan. 

Dedim… Ey Hadi, sən özün bilirsən ki, sənin ayrılığın mənim üçün 

çətindir.  Bu  yol  düz,  geniş,  xətərsiz  olsa  da,  təklik  və  yoldan 

xəbərsizlik dərmansız bir dərddir. 

Dedi… Bu üç mənzildə tək qalmağının çarəsi yoxdur. Axı dünyada 

da mən həmin üç ildə səninlə olmamışam, sonra səndə doğulmuşam, 

vücuda  yetmişəm.  Çünki  mənim  təbiətim  illiyyindəndir  ki,  sənin 

inkişaf, hidayətinə sərf olunub. Bu qüsur da özündəndir. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin