www.rizvan.net -
İslam Maarifi Jurnalı
25
da, canımı qurtara bilmədim. İt mənə çatdı və mən qorxu içində yerə
yıxıldım. İtin sahibi özünü yetirib mənə doyunca çubuq çəkdi. Nə
qədər fəryad etdimsə ki, mən qarpız yeməmişəm, faydası olmadı.
Dedi… Əlini başqasının malına uzadandan sonra onu yeməklə, kəsib
yerə tökmək arasında fərq yoxdur!
Sözün qısası, min dəfə can verib, çubuq yeyəndən sonra onun əlindən
xilas oldum. Özümü yolun ortasına sürüdüm. Ağzımın yaralarından,
əzalarımın sınıqlarından, yorğunluqdan, susuzluqdan, eləcə də
Hadinin fərağından nalə çəkib ağlayırdım.
İşini görüb, arzusuna çatmış düşmənim kösöv, məndən aralı oturub,
gülümsünür, “sənin Hadinin əlindən nə gələr axı!” deyirdi. Davam
etdi… Axı dünyada əzab-əziyyət toxumunu mənimlə əkmisən.
Dünya axirət üçün əkinəcək, axirət isə məhsul götürmə günüdür.
Yoxsa Quranda oxumamısan ki, “hər kəs zərrəcə pislik etsə, onu
görəcək.”?
16
Aqillərin dediyini eşit…
İnan kim nə edir, özünə edir,
Yaxşı səadətə, pis oda gedir.
Məgər bu dəlillər və Quran ayələrinə qarşı Hadinin əlindən nə gələr?
İnşallah, o mənzildə ki Hadi səninlədir, mən də səninləyəm. Özün
görəcəksən ki, başına nə bəlalar gələcək və Hadi nəfəsini belə çəkə
bilməyəcək. Özü sənə demədi ki, günah etdiyin zaman səndən qaçar,
tövbə edəndən sonra yanına qayıdardım?! Peyğəmbər buyurub…
“Mömin möminlik halında zina etməz.” Özün de, Hadi ilə
yoldaşlığın faydası nədir?
Bu məlun nə məlumatlı bəla imiş! Hadinin zikrindən də dayandım.
Torbamdan bir alma çıxardıb yedim. Əlimin yaraları sağaldı, gücə
gəldim. Qalxıb, yola düşdüm.
16“Zəlzələ” surəsi, ayə 8.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |