www.rizvan.net -
İslam Maarifi Jurnalı
26
BEHİŞTİ XATIRLADAN ŞƏHƏRDƏ
İki yol ayrıcına çatdım. Sağ tərəfə gedən abad bir şəhərə aparırdı.
Xaraba bir kəndə uzanmış soldakı yolu qoyub, sağdakını seçdim.
Orada yola baxan şəxsə dedim… Arxamca gələn qara, bu gün məni
çox incidib. Mümkünsə, onu ardımca buraxmayın.
Dedi… O sənin kölgən kimi səndən ayrılmaz. Amma bu axşam
səninlə olmayacaq. Onlar sol tərəfdəki xaraba kənddə dayanacaqlar.
Ola bilsin ki, sonra az incitsinlər.
Şəhərə daxil oldum. Burada nələr var idi! Ali imarətlər, axar çaylar,
gözəl çəmənliklər, meyvəli ağaclar, iti ağıllı xidmətçilər, bəlağətli
natiqlər, xoş nəğmələr, pak yeməklər, dadlı şərbətlər! Qorxulu
biyabanlarda Cəhalətdən çəkdiyim əziyyətlərdən sonra bura əbədi
behişt kimi görünürdü. Əgər Hadiyə məhəbbət cazibəsi olmasaydı,
bu şəhərdən çıxmazdım.
Qovağsız bir bucaq, şipşirin bulaq,
Qəlbi tirək vuran munisi-müşfiq
Hər zaman olarsa əgər qismətin
Nə gözəl hədiyyə, nə gözəl tovfiq!
Burada əvvəllər tanıdığım dini elmlər oxuyan tələbələrdən bir neçəsi
ilə görüşdüm. Gecəni istirahət edib, sübh tezdən havası narınc
gülünün ətrini almış şəhər kənarına çıxdıq. Ötən günün əhvalatlarını
bir-birimizə danışırdıq. Bu yolun müsafirləri həmin mənzildə bir-
birlərinin halından xəbər tuturdular. Hərəkət zamanı az olur ki, biri
o biri ilə rastlaşsın.
“O gün onların hər birinin istənilən qədər işi olacaqdır (başqasının
halı yada düşməyəcək).”
17
Qaraların əlindən qurtulduğumuz üçün şükr edirdik.
“Allah təala Behişt əhlinin bir-birləri ilə söhbətlərinə aid buyurur…
onların sözü Allaha həmd və təşəkkür söyləməkdir. Bütün bu əbədi
17“Əbəsə” surəsi, ayə 37.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |