AxiRƏt aləMİNƏ SƏyahəT


ALLAH TƏKƏBBÜRLÜLƏRİ ALÇALDIR



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə33/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   29   30   31   32   33   34   35   36   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

ALLAH TƏKƏBBÜRLÜLƏRİ ALÇALDIR 

 

Qaralar bizə çatdılar və hər kəs öz qarası ilə yola düşdü. Bir-iki nəfər 



öz qarası ilə geridə qaldı, bir-ikisi qabağa düşdü. Bir sözlə, ayrıldıq. 

                                                 

18“Yunus” surəsi, ayə 10. 

19“Saffat” surəsi, ayə 61. 

20“Vaqiə” surəsi, ayə 64. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  28 

Mən də öz qaram ilə gedib bir dağın ətəyinə çatdım. Yol ağır, daş-

kəsəkli idi. Dağ aşağı uzanan dərə isə dərin də olsa, hamar idi. Dərədə 

hava  tutqun  olduğundan, ürəyimdən  keçdi  ki,  dağın  yüksəkliyi  ilə 

gedəm.  Qara  mənə  çatıb,  fikrimi  təsdiq  etdi.  Dedi…  Havanın 

tutqunluğundan savayı dərədə vəhşi heyvanlar, ilanlar da var. Dağın 

başından isə ətrafı seyr edə bilərsən. 

Maddi 


dünyada, 

tələbəlik 

illərində 

yuxarıdan 

getmək, 

yanındakılardan  üstün  olmaq  istərdik.  İndi  də  dağ  yuxarı  getdik. 

Dağın  zirvəsinə  yol  olmadığından  çarəsiz  qalıb,  dağın  arxasına  üz 

tutuduq.  Heç  burada  da  rahat  yol  olmadı.  İki-üç  dəfə  daşlar 

ayağımızın altından qaçdı və yıxıldıq. Bir neçə addım aşağı sürüşdük, 

az qaldıq ki, dərəyə düşək. Tikanlardan, daşlardan yapışıb özümüzü 

saxladıq. Əlimiz, ayağımız, kürəyimiz yaralandı. Burnum daşa dəyib 

sındı. Qarama dedim… Əcəb tamaşa, səyahət oldu! Kaş dərənin içi 

ilə gedərdik. 

O mənə gülüb dedi… Dünyada təkəbbürlü olanı Allah alçaldar. Hər 

kəs üstünlük, ucalıq axtarsa, burnu torpağa sütülər. 

“Öz cəzanı çək, çünki sən dünyada izzət, üstünlük tələbində idin!”

21

 

Çətinliklə də olsa, bu tordan xilas oldum. Amma bədənim yaralandı, 



ürəyim  dərdlə  doldu.  Bizdən  qabaqda  gedən  biçarə  sıldırımdan 

yıxılıb, dərəyə düşdü. Naləsi göyə ucaldı. Qarası arxasınca gülürdü. 

O, yerindəcə qaldı. 

Çoxlu məşəqqət və çətinliklərdən sonra hamar yola çatdıq. Başqa bir 

müşkülüm  olmadı.  Yalnız  yorğunluq,  susuzluq,  yaraların  sızıltısı! 

Qaram dəfələrlə sübut gətirib, məni yoldan çıxartmaq istədi. Könlüm 

istəsə də, qulaq asmadım. Ona itaət etmədiyimi görüb, arxada qaldı. 

 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin