AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
www.rizvan.net -
İslam Maarifi Jurnalı
29
Dedilər… Biz dünyadan oruc halda köçmüşük. Bu bizə verilən
iftardır. Sən özün iftar verdiyindən bu süfrədə sənin də haqqın var.
Mən əyləşib, meyvələrdən yedim. Susuzluğum, ağrılarım ötüşdü.
Soruşdular ki, bu yolda başına nələr gəldi? Dedim… Əlhəmdu lillah,
çətinliklər ötüşdü, sizi görməklə aradan qalxdı. Amma neçə nəfər
arxada qaldı. Onları qaraları saxladı. Mənim də qaram çox əlləşdi,
qulaq asmadım. İndi arxada qalıb. Ümid edirəm ki, mənə çatmaz.
Dedilər… Sən düşündüyün kimi deyil. Onlar bizdən əl çəkməzlər.
Məkr və yalanları ilə bizə əziyyət verərlər. Amma qarşıda ola bilsin
ki, yolkəsənlər tək, bizimlə vuruşsunlar.
Dedim… Bəs biz silahsız, əliyalın onlarla necə vuruşacağıq? Əgər
Darül-qürurda, maddi dünyada silah hazırlasaq, sonrakı mənzillərdə
bizə çatdırılar.
“Düşmənləri qorxutmaq üçün bacardığınız qədər qüvvə, döyüş atları
tədarük edin.”
22
Dedim… Mən bu ayədən maddi dünya döyüşü üçün silah başa
düşmüşəm.
Dedilər… Quran və onun ayələri bütün aləmlər, mənzillər,
məqamlara göstərişdir. Onların cəmi, bütün mərtəbələrin
məcmuəsidir. Bu kitab axırıncı asimani kitab, onu gətirən isə sonuncu
peyğəmbər
olduğundan
bütün
pərdə
arxasında
olanlar
buyurulmuşdur. Necə deyərlər, “bundan o yana kənd yoxdur”.
Hamımız qalxıb, yolumuza davam etdik. Bol bəhrəli ağacların
altından, şırıltılı çayların kənarından, ruh-reyhanlı nəsimdə
şadlıqdan məmnun gedirdik. Elə bil Allahın cəmalı təcəlla etmişdi.
Dostları ilə paylaş: