AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə35/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   31   32   33   34   35   36   37   38   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

MƏHƏBBƏT ŞƏHƏRİNDƏ 

 

Bir dayanacağa çatdıq. Hər birimiz qızıl, gümüş, bürünc kərpiclərdən 



tikilmiş ali qəsrlərin hücrələrində yerləşdik. Mənzillərdə hər şey öz 

qaydasında idi–onların təmizliyi, naxışları, genişliyi göz oxşayır, ağılı 

                                                 

22“Ənfal” surəsi, ayə 60. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  30 

heyran  edirdi.  Xoş  surətli,  xoş  libaslı,  xidmət  üçün  ətrafda  dövrə 

vuran xidmətçilər var idi. 

“Onların  dövrəsində  həmişəcəvan  oğlanlar  olacaqdır.  Onları 

gördükdə səpilmiş inci olduqlarını zənn edərsən. Hara baxsan nemət 

və böyük bir mülk görərsən.”

23

 

Onların  bizə  xidmət  etməsindən  xəcalət  çəkdim.  Gözüm  böyük  bir 



güzgüyə  sataşdı.  Özümü  onlardan  çox-çox  gözəl,  cavan,  dəyərli 

gördüm. Vüqar, yüksəklik hissi məni bürüdü, öz cəlalıma vuruldum. 

Axşam düşdü. Ağacların budaqlarının başından asılmış min lampalı 

çıraqlar  yandı.  İşıq  yarpaqlar  arasında  elə  bərq  vururdu  ki,  həddi-

hüdudu  yox  idi.  Bağlar,  cah-cəlallı  qəsrlər  gündüzə  nisbətən  daha 

işıqlı  idi.  Təəccüb  içində  özümə  dedim…  Xudaya,  bu  qədər  işığı 

yandıran necə mənbədir? Eşitdim kimsə ayə tilavət edir… 

“Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir 

taxçaya bənzər. Taxçadakı o çıraq bir qəndilin içindədir, o qəndil isə 

sanki bir parlaq ulduzdur. O çıraq nə şərqə, nə də qərbə meyl edən 

mübarək bir zeytun ağacından yandırılır. Onun yağına od toxunmasa 

belə, az qalır ki, öz-özünə alışsın. O, nur üstündən nurdur.”

24

 

Başa  düşdüm  ki,  bu  nur  Mühəmməd  ailəsi  şəcərəsindəndir. 



Müsafirlərin  dayanacağı  olan  bu  şəhər  məhəbbət  şəhəri  adlanırdı. 

Əhli-beyt (Peyğəmbər ailəsi) aşiqləri burada dayanardılar. Bu şəhərin 

sakinləri, müsafirlər cah-cəlallı qəsrlərdə bəşarət və sevinclə Haqqın 

zikr  və  həmdinə,  Vəliyyi-mütləqə  salam  verməyə  məşğul  idilər. 

Onların səsi cazibəli və dilruba idi. Biz də əmniyyət və kamal halında 

sevinc  duyurduq.  Şəhər  qapısının  yuxarısında  aydın  xətlə 

yazılmışdı… 

“Əli (ə) ilə dostluq elə bir savabdır ki, bu savab olarsa, heç bir günah 

zərər yetirməz.” 

 

 



 

                                                 

23“Dəhr” surəsi, ayə 19, 20. 

24“Nur” surəsi, ayə 35. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin