www.rizvan.net -
İslam Maarifi Jurnalı
31
AZĞINLARIN ARXASINCA GETMƏSƏk
Baş yol aydın görünürdü. Yolun iki kənarında yaşıllıq, gül-çiçək,
reyhanlar, çaylar vardı. Havanın ətirliliyi, fərəhliliyi vəsfə gəlmirdi.
Şəhər ətrafından çıxanadək belə idi. Sanki şəhərin gözəllikləri bizi
yola salırdılar.
Sonra yol çətinləşdi, kələ-kötürləşdi, dərənin ortasına endi. Dərə gah
sağa, gah da sola burulurdu. Müsafirlərdən qarşıda gedən olmasaydı
yolu azardıq. Çünki yol boyu sol tərəfə yollar ayrılırdı. Sol tərəfə
burulan dolanbaclardan birində qaralar bizim yolumuza daxil
oldular. Qara gözümə dəyəndə onunla görüşün qovğası az imiş kimi
ayağım da daşa dəyib yaralandı. Ayağımın ağrısından çətinliklə
yeriyirdim. Yoldakı müsafirlər qabağa düşüb uzaqlaşdılar və mən
geridə qaldım. Qara yolun sol tərəfi ilə gedirdi. Gəlib, iki yol ayrıcına
çatdıq. Burada sol tərəfə bir yol ayrılırdı. Hansı yolla getməli? Qara
özünü mənə yetirdi və dedi… Niyə dayanmısan? (Sol tərəfə işarə
etdi…) yol budur.
Özü o yolla bir neçə addım atdı və məni çağırdı. Mən qulaq asmayıb,
o biri yolla getməyə başladım və oxudum… Qurtuluş və nicat
azğınlara zidd olmaqdadır.
Qara nə qədər israr etdisə, onunla getmədim. Artıq bu sahədə
təcrübəm vardı. Hər kəs imtahandan çıxmış adamı imtahana çəkərsə
peşiman olar. Çox keçmədi ki, dərə qurtardı. Torpaq düzləşdi,
çəmənzar oldu. Üçüncü mənzil bağlarının gəzintisi başlandı.
Vəslinin vədəsi yaxın gələcək,
Məhəbbət alovu şölələnəcək.
Verdiyi vədəyə görə Hadi burada məni gözləməli idi. Yerişimi
sürətləndirdim. Cəhalət məndən məyus olub, geridə qaldı. Az sonra
şəhər darvazasına çatdım. Ruhuma çevrilmiş Hadi ilə burada
görüşdük. Salam verdim, görüşüb, qucaqlaşdıq. Vücuduma yeni
həyat verildi. Mənim üçün hazırlanmış qəsrə daxil olduq. Burada
bütün gözəlliklər toplanmışdı.
İstirahətdən, yeyib-içəndən sonra Hadi soruşdu… Bu üç mənzildə
başına nələr gəldi?
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |