www.rizvan.net -
İslam Maarifi Jurnalı
32
Dedim… Əlhəmdu lillah, bütün xətərlər Cəhalət tərəfindən idi.
Bunun da səbəbi özümdən idi ki, sənsiz olmuşdum (yetkinliyin ilk üç
ilində). Mənimlə olsaydın bu çətinliklər törənməzdi. Xülasə, hər nə
oldusa da salamatlıqla ötüşdü. Səni gördüm, dərdim sağaldı, qəmim
dağıldı.
Dedi… Bura qədər səninlə olmadığım üçün o, yalan və hiylələrlə səni
yoldan çıxarırdı, bundan sonra onun hiylələrini sənə göstərəcəyəm.
O daha güclü vasitələrlə səni yoldan çıxarmaq istəyəcək. Bil ki,
bundan sonra yoldan kənarda sonu fəlakətli, şiddətli əzablar olacaq.
Çünki mənim vücudum vasitəsi ilə sənə hüccət tamamlanır (yəni
bundan sonrakı səhvlər bilərəkdən olur).
Daha üzrlü səbəbin qalmır və bu mənzildə özünü müdafiə etmək
üçün əsa və qalxandan başqa bir silahın olmayacaq.
Dostları ilə paylaş: |