www.rizvan.net -
İslam Maarifi Jurnalı
36
“Onlar (arvadlarınız) sizin, siz də onların libasısınız.”
26
Gördüm ki, bu heyvanlardan bəzisi dardan asılıb. Onların cinsiyyət
üzvləri dəmir mıxlarla dar ağacına çalınıb.
Bəzilərini bundan əlavə, sim şallaqlarla vururlar. Onlar it kimi səs
çıxarırdılar və onlara deyilirdi…
“Allah buyurar… Orada zəlil, məyus vəziyyətdə durub qalın və
Mənə heç bir şey deməyin!”
27
“Kaş günahkarları Allahın hüzurunda başlarını aşağı dikib
“Pərvərdigara, gördük, eşitdik. İndi bizi dünyaya qaytar ki, yaxşı
işlər görək. Biz tam yəqinliklə inandıq”-deyəndə görəydin.”
28
Elə bu zaman qaraların gəlib çatdıqlarını gördüm. Bəziləri hücum
çəkdilər ki, yoldan çıxaq. Bəzi süvariləri qorxudur, bəzilərini məcbur
edib deyirdilər ki, yolun kənarı qurudur, yoldan kənara çıxın. Mən
görürdüm ki, süvari qaralar yolun kənarı ilə gedir, yol quru
olduğundan atlarının ayaq izləri də görünmürdü. Palçığın
çoxluğundan adam istəyirdi yolun kənarına keçə. Amma Hadinin
sözlərinə qulaq asır və atların cilovunu möhkəm tuturduq ki, yoldan
çıxmayaq. Qaraların əli ilə yoldan çıxmış bəzi müsafirlər boğazadək
bataqlığa qərq olurdular. Çölə çıxmaq olduqca çətin idi və əzab-
əziyyətlə çıxa bilənlərin bədəni qara palçığa bələnmiş olurdu.
Bircə dəqiqədən sonra palçıq onların bədənlərinin ətini hərarətdən
suya döndərir, yerə tökürdü. Aydın olurdu ki, bu təkcə palçıq deyil,
qır və qətran kimidir. Mən qorxudan atın cilovunu tutmağa ehtiyat
edirdim və deyirdim… “Əlhəmdu lillah”. Müsafirlərin də ucadan
“Əlhəmdu lillah” deyib, Allaha təşəkkür etdiklərini eşidirdim.
XƏSTƏ GÖRƏNDƏ
Mən Hadiyə dedim… Peyğəmbər (s.ə.v.v) buyurub ki, xəstə görəndə
astadan şükr edin ki, o eşitməsin və qəlbi ağrımasın, yanmasın.
26“Bəqərə” surəsi, ayə 187.
27“Möminun” surəsi, ayə 108.
28“Səcdə” surəsi, ayə 12.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |