www.rizvan.net -
İslam Maarifi Jurnalı
37
Hadi dedi… O dünyaya aid hökm idi. “La ilahə illəllah” əhli zahirən
möhtərəm idi. Amma burada cəza günüdür.
Ucadan təşəkkür etmək lazımdır ki, ilahi əzaba mübtəla olanların
qəm-qüssələri artsın, bütün örtülülər tədricən zahir olsun. Elə bil,
qaranlıqdan işığa, korluqdan görməyə, yuxudan oyaqlığa gedirik.
Dünya qaranlıq və kədər içindədir.
“Həqiqətən, şübhəsiz, axirət evi əbədi həyatdır.”
29
Birdən bəlalar artdı, yer şiddətlə silkələndi, hava tutuldu, zülmət
çökdü, göydən dolu tək daş yağmağa başladı. Yolun iki tərəfində
böyük fırtına qopdu. Fırtınaya düşənlər qorxunc sifətdə, təlaş içində
yandırıcı palçıqdan qurtulan kimi göydən ələnən daşlar başlarına
dəyir və yenidən mıx tək torpağa sancılırdılar.
Mən bu dəhşətli mənzərənin seyrindən fövqəl-adə heyrətdə yıxıldım.
Bədənim əsirdi.
Hadidən soruşdum… Bura haradır, bu bədbəxtlər kimdirlər ki, bu
qədər ağır əzaba düçar olublar?
Daşlar göydən elə şiddətlə yağırdı ki, Hadi başım üzərində
dayanmış, qorxudan rəngi qaçmış, qüvvəsi sarsılmışdı.
Cavab verdi… Bu həmin şəhvət yeridir. Burada əzab çəkənlər livat
(bir-biri ilə cinsi əlaqədə olan kişilər) əhlidir. Tələs, bunların
arasından tezliklə çıxaq. Əgər bir kəs bir dəstə adamın hərəkətinə razı
olsa, onların arasına daxil olsa və oradan çıxmasa, həmin adamlardan
hesab olunacaq.
Dedi… İnsan şəhvətindən bu hala düşmüş yolun ortasındakı palçıq
elə yapışqandır ki, ata sürətlə getməyə macal verməz.
Dedi… Çarə yoxdur. Qalxanı başına tut ki, sənə daş dəyməsin. Atına
da bir-iki qırmanc çək, bəlkə, ilahi yardımla bu bəladan xilas olduq.
“Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəsiniz?”
30
Bu bəla ərazisindən çıxıb, qurtulmağa iki fərsəxdən çox qalmamışdı.
Mən qüvvəmi toplayıb, ata bir neçə şallaq çəkdim, üzəngiylə arxasına
29“Ənkəbut” surəsi, ayə 64.
30“Nisa” surəsi, ayə 97.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |