VAY OLSUN TƏNƏ VURANLARA!
Şəhvət ərazisinin başqa bir məntəqəsinə daxil olduq. Buradakılar
qarınqulular və can bəsləyənlər idilər. Sağ tərəfdə ulaq, inək, qoyun
surətli canlılar vardı. Onlar öz halal malları ilə qarınqululuq
etdiklərindən əzabda deyildilər. Sol tərəfdə donuz, ayı sifətində
olanlar isə öz qarınqululuqlarında qorxmamış, halal-harama,
özününkü-özgəsininkinə baxmamışdılar. Onların qarınları olduqca
böyük, o biri əzaları isə arıq və gödək idi. Bu iki dəstə fərqli əzaba
düçar olmuşdular.
“Onlar heyvan kimidirlər, bəlkə, daha çox azğındırlar. Qafil olanlar
da məhz onlardırlar.”
32
Biyabanda müsafirlərin dayanacağına çatdıq. Burada heç nə
tapılmırdı. Müsafirlər yol çantalarında olanlardan istifadə edirdilər.
31“Hədid” surəsi, ayə 21.
32“Əraf” surəsi, ayə 179.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |