AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə51/90
tarix01.01.2022
ölçüsü1,51 Mb.
#110468
1   ...   47   48   49   50   51   52   53   54   ...   90
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT28

www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  43 

Əllərində  Cənnət  bulağından  dolu  piyalələr,  qədəhlər–o  şərabdan 

başları  ağrımaz  və  keflənməzlər–bəyənib  seçdikləri  meyvələrlə, 

istədikləri  hər  cür  quş  əti  ilə  onların  dövrəsində  hərlənəcəklər.  İri 

gözlü qəşəng hurilər də vardır. O hurilər sanki sədəf içində gizlənmiş 

incidirlər. Onlar (bu nemətlərə) etdikləri yaxşı əməllər müqabilində 

nail olacaqlar. Onlar Cənnətdə nə boş söz, nə də günaha bais olan bir 

şey eşidəcəklər. Eşitdikləri söz salam və yenə də salam olacaqdır.”

42

 

Yeyib-içdikdən sonra taxtlarda uzanıb, bir az istirahət etdik. Bir saat 



ötməmiş  insanın  huşunu  başından  alan  musiqi  səsi  ucaldı.  Birdən 

naz-qəmzəli Hicaz ləhnində “Həl-əta” surəsinin tilavəti başladı. Bu 

dilruba səsə ehtiram əlaməti olaraq, başqa səslər kəsildi. Mən özümü 

yatmış göstərirdim ki, Hadi bir söz deməsin, Qurana qulaq asa bilək. 

Tilavət  sona  çatdı.  Mən  qalxıb,  oturdum.  Hadi  də  qalxdı.  Ondan 

şəhərin adını soruşdum. Dedi… Darüs-sürurun kəndlərindən biridir. 

Dedim…  Fəda  olum  o  məmləkətə  ki,  onun  kəndi  belədir.  Görən 

paytaxtı necə olacaq? Bəs o mübarək surəni oxuyan kim idi? Qəlbimi 

yerindən oynatdı. Bu surəni dünyada olanda çox sevirdim. Xüsusilə, 

bu  ruhani  dünyada  könüloxşayan  səslə  bizə  yeni  həyat  verən, 

xəyalımızı  təzələyən  həmin  qareni  (Quran  oxuyanı)  tanımalı, 

görməliyəm. 

Hadi  dedi…  Bilmirəm,  amma  bu  məmləkətin  böyüyü  müsafirlər 

həddi  aşanda  buraya  gəlir.  Biz  də  imza  üçün  icazə  kağızını  ona 

çatdırmalıyıq.  Ola  bilsin  ki,  o  səsin  sahibi  də  onunla  gəlsin.  Bəlkə 

orada onu gördük. 

Dedim…  Hadi,  ola  bilərmi  ki,  o  imza  etməsin?  Əgər  o  imtina  etsə, 

necə olacaq? 

Dedi… Ağıla görə bu mümkündür. Bu halda aydındır ki, işimiz çətin 

olacaq. Amma çətin ki, imzalamaya. Hər halda bu sualı öz batininə 

ver. 

“Hər kəs özünü daha yaxşı görür, tanıyır.”



43

 

                                                 



42“Vaqiə” surəsi, ayə 15, 26. 

43“Qiyamət” surəsi, ayə 14. 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin