www.rizvan.net -
İslam Maarifi Jurnalı
44
Hadinin sözündən bədənim əsdi. Özümü araşdırdım. Gördüm ki,
qorxu və ümid arasında tərəddüddəyəm. La hovlə və la qüvvətə illa
billah.
Dedim… Hadi, doğrudur ki, bura Darüs-sürurdur (şadlıq sarayı),
amma sən onu qəm evinə döndərdin. Qalx gedək. Mənim iztirabım
anbaan artır. Ağıllı adam bir işin xətərindən qorxanda qüvvəsincə tez
hərəkət etməlidir.
ƏBÜLFƏZLİN (Ə) HÜZURUNDA
Qalxıb yola düşdük. Bir əzəmətli qəsrin qarşısına çatdıq. Yolun iki
tərəfindən xoş surətli, həmyaş cavanlar qılıncı çiyinlərinə qoyub
cərgə ilə durmuşdular. Hadi onların başçısından icazə istədi ki,
aralarından keçib, gedək. Sənədə imza qoyulub-qoyulmayacağı
sarıdan çox narahat idik. Biz qəsrin qapısına çatanda bir neçə silahlı
süvari bayıra çıxırdı. Qəsrdən heybətli “tələsin, tələsin!” sədaları
ucalırdı. Süvarilər tələsik getdilər. Səsdən hamının bədəni titrəyirdi.
Qəsrdən çölə çıxan şəxsdən soruşduq ki, nə olub?
Dedi… Şəhvət məntəqəsində məhbus olunmalı pis əxlaqlı bir alim
səhvən “Vadiyüs-səlama” daxil olub. Əbülfəzl (ə) qəzəblənib, süvari
göndərdi ki, onu geri qaytarsınlar.
Biz qorxa-qorxa, iztirabla qəsrə daxil olduq. Gördük ki, Həzrətin
çöhrəsi tutulub, qəzəbdən boyun damarları qalxıb, gözləri qan dolu
kasaya dönüb.
Buyurdu… Belə bir vücudla azad halda pak əraziyə girdikləri üçün
onların əzabı iki qat olmalıdır. Kimsə onlara mane olmayıbmı?
Onlarla qardaşımın qətlinə fərman vermiş Kufə qazısı arasında nə
fərq vardır?!
Həzrətin heybətindən nəfəslər içəri çəkilmiş, adamlar ruhsuz
mücəssəmə kimi dayanmışdılar. Biz də bir guşədə kizlənmiş, güvə
kimi əsirdik. Nəhayət, süvarilər qayıtdılar və ərz etdilər ki, həmin
alim veyl quyusuna salındı, müvəkkillər cəzalandırıldı.
AXİRƏT ALƏMİNƏ SƏYAHƏT
Dostları ilə paylaş: |